Səhərlər gümrah və daha yaxşı əhval-ruhiyyə ilə oyanmaq hər zaman hər kəsə gərəklidir, amma bu hər səhər mümkün olmur. Ardındakı məsləhətləri oxuyub faydalana bilərsiniz.
1.Ən əvvəl özünüzün bioloji saatınızı qurun. Yəni, orqanizmin bəlli bir saatda yatıb və bəlli saatda oyanmasına özünüz qərar verin.
2. Hərdənbir zəng saatınızı dəyişin, daha gözəl melodiyası olan bir saat alın. Yaxud da telefonunuzun zəng çalarına sevdiyiniz bir musiqi qoyun və zəngi yuxudan qalxma saatından 10-15 dəqiqə əvvələ qurun. Zəng çaldığında o dəqiqə qalxmayın, əvvəlcə xoş musiqini dinləyin.
3.Yuxudan oyandıqda hələ yerinizdən qalxmadan özünüzdə yaxşı əhval-ruhiyyə hazırlayın. Belə monoloqları ("Axı niyə tez? Mən nə zaman rahat yatacam? Mən isti yatağımdan qalxmaq istəmirəm" və s. ) fikirləri özünüzə yaxın buraxmayın. Belə olan halda ən yaxşısı özünüzə bir sıra suallar verməkdir: "Mən nə edim ki, məndə yaxşı əhval yaransın?" Sual verdiniz? Cavabladınız? İndi də həyata keçirin.
Bir fincan isti qəhvə, ya da pürrəngi çay, sağlam səhər yeməyi, gözəl hava, sevimli geyiminiz sizi gözləyir.
4.Ən çox sevdiyiniz və sizdə xoş əhval-ruhiyyə yaradan musiqiləri CD-yə yazdırın (nəbadə televizoru qoşub ürəkbulandıran xəbərləri dinləyəsiniz) öz səhər musiqinizi özünüz seçmiş olun.
5.Bədəninizi yavaş-yavaş oyandırın.Bunun üçün gözəl bir duş almaq olar. Ya da idman hərəkətləri edin.
6.Səhər yeməyinə xüsusi diqqət edin. Axşamdan qalan yeməyi isidib yeməyin. 1 yumurta qaynadın, meyvə yeyin, buterbrod düzəldin və bilin ki, səhər saat 9-a qədər yediyiniz nə olsa, sizdə kökəlməyə sabəb olmayacaqdır.
7.Əgər günümüzü kiçik bir həyata bənzətsək, o zaman səhərimiz uşaqlıq çağımız olacaqdır. Ona görə də səhərlər arzulayın, qarşınıza məqsəd qoyun. Günün planını qurun. Bütün bunların sonunda insanlara yaxşılıq etmək fikri ilə yaşayın.
XƏBƏR LENTİ
Kiçik detallarla hər zaman qəşəng
2014-cü ilin ziyafət geyimləri
Ən yaxşı idman fotoları
Düşünməyə dəyər
Bakıda mənzillər ucuzlaşdı
Hormon nizamsızlığının 3 göstəricisi
Arıqlamağı çətinləşdirən səhvlər
Kolleclərə sənəd qəbulunun vaxtı açıqlandı
"Dəmir arakəsmələr dəyişdirlməyəcək"
Gül hörüyü (fotolarla hazırlanması)
Sağlam qocalın(2)
Yeni il makiyajı
Uşaqlara hansı yaşda hansı oyuncaq verilməlidir?
Uşaqlar üçün ad günü tortları
“Instagram”dan yenilik
Bakının keçmiş şagirdləri imtahan verəcəklər
Övlad həsrəti çəkən hərbçimiz üç uşaq atası olduğunu cəbhədə öyrəndi - VİDEO
Kofenin içinə bunları əlavə etsəniz, metobolizmanız sürətlənəcək
Ölkənin ilk uşaq kanalından daha bir yenilik - Səyyad Əlizadə ilə birgə
Qafqaz Müsəlmanları İdarəsindən dünya ictimaiyyətinə MÜRACİƏT
Hazal Kayadan gözlənilməz etiraf
Günün qoroskopu - 13.11.2013
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Azərbaycanda koronavirusa görə karantinə alınanların sayı 3500-ə çatır - RƏSMİ
Mövqelərimiz atəşə tutuldu
Yeni “AntiCOVID sistemi” təqdim olunub - VİDEO
Baş infeksionist: “Rayonlarda vəziyyət gərgindir..." - Müsahibə
Moskvada Qarabağ problemi müzakirə edildi
Azərbaycanda yenilik: böyük mənzil böyük xərcə döndü
Azərbaycanlı "Çarli Çaplin" adını "Ginnes"in rekordlar kitabına yazdırdı
Erməni silahlıları cəbhənin iki istiqamətində fəallaşıblar
İşgəncələrə qarşı Avropa Komitəsi Ermənistan hakimiyyətini tənqid etdi
İkili münasibətlərdə dəyərinizi bilin!
Saç və dırnaq maskası
Qalın Üst Geyim Kolleksiyası
Beyni məşq etdirir, xərçəngdən qoruyur
Ziyafət geyimləri
Göz əzələlərini gücləndirmək üçün təlimlər
Şamaxı Rəsədxanasından qorxunc proqnozla bağlı
Mehriban Əliyeva Aprel döyüşlərində şəhid olan oğullarımız haqqında yazdı - FOTO
Üstümüzə gələn tərbiyəsizlərlə nə edək?
Çağatay Ulusoyun son görünüşü hər kəsi təəccübləndirdi - FOTO
Mənim balam
Azərbaycanda uşaqlara qadağa gələcək?
Xaçmazlı pedaqoq "Tərəqqi" medalına layiq görüldü
Baş nazirdən tibb işçilərinin əməkhaqları ilə bağlı VACİB QƏRAR
Ultra HD-yə tələbat artır
Turmalin
Facebook videoreklama başlayır?
Avropada koronavirusun yeni dalğası başlayıb
- ŞƏRHLƏR