Ölkənin ilk uşaq kanalı "ARB Günəş" 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə maraqlı bir layihəyə imza atıb.
Milli.Az xəbər verir ki, televiziya tanınmış müğənni Səyyad Əlizadə və gənc ifaçı Hüseyn Ağayevin ifa etdiyi "Sülh nəğməsi" adlı mahnıya klip çəkib. Mahnının sözləri və musiqisi Razim Paşayevə məxsusdur.
Klipdə uşaqlar musiqinin sədaları altında bir araya gələrək bütün dünyada sülhün bərqərar olması və müharibəsiz həyat üçün bəşəriyyətə səsləniblər.
Klipin çəkilişləri Bakı və Xaçmaz şəhərlərində aparılıb. Çəkilişlərdə respublikanın müxtəlif yaradıcı uşaq kollektivləri iştirak edib.
"Sülh nəğməsi" layihəsinin məqsədi cəmiyyətin gələcəyi hesab olunan uşaqların daha çox qayğı ilə əhatə olunmasına nail olmaq, onların əmin-amanlıq, sülh arzularını hər kəsə bəyan etməkdir. Çünki hazırda ölkəmiz də Ermənistanla müharibə şəraitindədir.
Ermənilərin 1992-1994-cü illərdə Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində minlərlə uşaq həlak olub, 300 minə yaxın azyaşlı isə yaşadığı yerdən qaçqın düşüb. Bu gün də cəbhə xəttinə yaxın ərazilərdə yaşayan uşaqlar erməni təxribatları səbəbindən rahat yaşaya bilmir. "ARB Günəş" bu mövzuya həmişə həssaslıqla yanaşıb. Ötən il telekanal cəbhə xəttində yaşayan uşaqlara həsr olunan "Onlar uşaqlığını yaşaya bilmir" adı altında videoçarxlar hazırlayıb.
Milli.Az
XƏBƏR LENTİ
Ermənistan sərhədlərinə qayıdır
Zaxarova əsirlərin dəyişdirilməsindən danışdı
Qardaş qısqanclığı
Kiyev milisi odlu silaha əl atacaq
Bengü nişanlandı - FOTO
Bəşər Əsəd dürüstlük testindən keçdi
Yayın qısa saç trendləri
Çay sodasının faydaları
Dəbli polto modelləri
Qaşlar niyə tökülür?
150 balla bu ixtisaslara daxil ola bilərsiniz - SİYAHI
Kəmaləddin Heydərov: “FHN Suqovuşan su anbarını mühafizəyə götürüb”
Azərbaycanda əhali ən çox nəyə pul xərcləyir? - CƏDVƏL
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü - 50 yeni yoluxma
Koronavirusla bağlı seroloji testlərin keçirilməsi barədə AÇIQLAMA
Şəhidimiz torpağa tapşırıldı
Sarımsağın faydaları haqqında
Broyler toyuğunda təhlükə
Stilini dəyişən Porsche 911
Koronavirusun qorxunc təsiri
Közlənmiş qarğıdalı və makaron (foto resept)
Tərxunun xeyri nədir?
Sıla onunla ayrıldı
Xəzərdə zəlzələ olub
Limonun ən faydalı beş cəhəti.
Can Yamanla Demet münasibətlərini gizlədə bilmədilər-FOTO
Maus və klaviaturasız kompüter
Dünyaca məşhur aktrisa öldü-FOTO
Təəccübləndirən müştərilər
İstidə işləmək qadağan edildi
Körpənin inkişafı
Makiyajda səhvlərə son
Yer kürəsinin əkizi tapıldı
ASAN Xidmətdə işləmək istəyənlərə ŞAD XƏBƏR
Günün qoroskopu:Uğurlu gündür!
Kardi-B saçlarının təbii halını göstərdi-FOTO
Pesto souslu balıq (foto resept)
4 K ekran hazırlanıb
Dünya səyahətinə çıxan məşhur cütlük-FOTO
Azərbaycanda 2021-ci il üzrə kişilərin və qadınların pensiya yaşı açıqlandı
Qeyri-adi ayaqqabılar
Şəhzadə Harry və Meghanın toyu
Orucun qəbul olunmasının mühüm meyarları
Hande Erçel və Kerem Bürsinin yeni serialı bəlli oldu
Maraqlı vəziyyətdə qalan Ukrayna
Türkiyədə Qarabağ problemi ilə bağlı elmi əsər dərc olunub
Sofiya Verqara sevənlərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Necati Şaşmazdan Amerikada evlilik xəbərlərinə AÇIQLAMA
Kardi B "Muhteşem Yüz Yıl"a heyrandır-FOTO
Uşaqların gülməli fotoları