Məhrəm olmağa səbəb olan süd vermənin 8 şərti var:
1. Uşaq diri qadının südünü içməlidir.
2. Süd anasının südü şəriət qanunlarına müvafiq doğuşdan olmalıdır. Əgər doğuş sayəsində olmayan, yaxud zina etmək nəticəsində əmələ gələn südü uşağa içizdirsələr, heç kəsə məhrəm olmayacaqdır.
3. Uşaq südü döşdən əmməlidir, yəni, südü onun boğazına töksələr, məhrəm sayılmayacaqdır.
4. Süd xalis və qatqısız olmalıdır, heç nə ilə qarışmamalıdır.
5. Məhrəmliyə səbəb olan süd bir ərdən olmalıdır; yəni süd verən qadına təlaq verilsə, sonra başqasına ərə getsə və ondan hamilə qalsa, doğana qədər birinci ərindən südü qalsa, məsələn, doğmamışdan öncə 8 dəfə birinci ərinin südündən, doğandan sonra 7 dəfə ikinci ərin südündən bir uşağa versə, həmin uşaq bir kəsə məhrəm olmaz.
6. Uşaq südü qusmamalıdır.
7. Uşağa süd vermək – sümükləri həmin süddən bərkiyəcək və bədəninə ət gələcək miqdarda olmalıdır. Əgər bu həddə yetişib-yetişməməsi məlum olmasa, belə ki, bir sutka ərzində, yaxud on beş dəfə sonrakı məsələdə deyiləcək şəkildə doyunca süd əmsə bəs edir. Amma uşağın bir sutka, yaxud on beş dəfə süd əmməsinə baxmayaraq, bu südün uşağın sümüklərinin bərkiməsində və bədəninə ət gəlməsində heç bir rolu olmadığı məlum olsa, o zaman vacib ehtiyat əsasında əməl etmək tərk olunmamalıdır. Deməli, qeyd olunan hallarda onlarla izdivac etməməli və məhrəmcəsinə nəzər salmamalıdır.
8. Uşağın iki yaşı tamam olmamalıdır. Əgər iki yaşı tamam olduqdan sonra süd versələr, məhrəm olmaz. Hətta iki yaşı tamam olmamışdan öncə səkkiz dəfə və ondan sonra yeddi dəfə süd əmsə, məhrəm olmaz. Amma süd verən qadının doğmasından iki ildən çox zaman keçsə, südü qalsa və bir uşağa süd versə, həmin uşaq deyilən kəslərə məhrəm olar.
Südün məhrəmliyə səbəb olmasının üç meyarı vardır:
1. Südü elə bir həddə içməlidir ki, camaat arasında ət əmələ gəlməsinə və sümüyün bərkiməsinə səbəb sayılmalıdır. Onun şərti budur ki, bu işdə yalnız südün rolu olmalıdır, südlə yanaşı yemək yeməməlidir. Bir az yemək yesə və təsiri olmadığını desələr, eybi yoxdur. Əgər iki qadından süd əmsə, ət-sümüyün bir qismi bir qadına, digər qismi isə ikinci qadına istinad edilsə, hər ikisi süd anası sayılacaq. Əgər ikisinə birlikdə istinad verilsə, məhrəm olmağa səbəb olmaz.
2. Zaman hesabı ilə: Şərti budur ki, bir sutka ərzində yemək yeməsin, yaxud başqa bir kəsin südünü əmməsin. Amma əgər su içsə, yaxud dərman qəbul etsə, ya da çox az yemək yesə, belə ki, “arada yemək yeməyib” – deyilsə, eybi yoxdur. Gecə-gündüz boyunca ardıcıl olaraq ehtiyac duyduğu, ya meyl etdiyi zaman süd yeməlidir və bunun qarşısı alınmamaldır. Hətta vacib ehtiyata əsasən, gecə-gündüzün əvvəlini uşağın acıdığı, axırını isə doyduğu vaxt hesab etməlidirlər.
3. Say hesabı ilə: Yəni on beş dəfə bir qadının südünü içməlidir və on beş dəfə ərzində başqa bir kəsin südünü içməməlidir. Amma onlar arasında yemək yeməsinin zərəri yoxdur. On beş dəfə süd əmmək arasındakı zaman fasiləsinin olmasının eybi yoxdur, Hər dəfə kamil süd əmməlidir. Yəni, acımış olmalı və tam şəkildə doyuncaya qədər süd əmməlidir.
Seyid Sistaninin rəyi əsasında tərtib olunub
Farid Abdullah

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR