Faşizm üzərində Qələbə günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edən Prezident İlham Əliyev ölkəmizin Qələbənin əldə olunmasında həm ön, həm də arxa cəbhədə böyük rol oynadığını bildirdi.Müharibə veteranlarına bir daha öz hörmətini ifadə edən prezident İlham Əliyev builki Qələbə gününün xüsusi ruh yüksəkliyi ilə qeyd olunduğunu vurğuladı.
Ötən ayın əvvəlində qoşunların təmas xəttində təxribat törətməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə qarşı ordumuzun uğurlu əks-hücum əməliyyatı keçirdiyini və bu əməliyyat nəticəsində bəzi ərazilərin işğaldan azad edildiyini xatırladan dövlət başçısı bu qələbə münasibətilə təbriklərini çatdırıb.
Azərbaycanın öz tarixi keçmişinə böyük hörmətlə yanaşdığını bildirən dövlət başçısı müstəqilliyin ilk illərində 9 May - Qələbə Gününün qeyd olunmadığını təəssüflə bildirdi və yalnız ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra bu bayramın xalqa qaytarıldığını vurğulayıb.
Sabah Ulu Öndərin anadan olmasının 93-cü ildönümünün qeyd ediləcəyini deyən prezident İlham Əliyev ümummilli liderin Azərbaycan naminə gördüyü işlərdən danışıb, Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın həm Sovet İttifaqı dövründə, həm də müstəqillik illərində inkişaf etdiyini xatırlatdı.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərindən danışan prezident İlham Əliyev bu münaqişənin süni şəkildə ortaya atılmış bir təxribat olduğunu və bu gün də Azərbaycanın bu təxribatın acı nəticələrini yaşadığını söylədi. Vurğuladı ki, H.Əliyev müstəqilliyin ilk illərində hakimiyyətdə olsaydı, Dağlıq Qarabağ münaqişəsi baş verməzdi.Dövlət başçısı 1990-cı illərin əvvəlində Azərbaycanda hökm sürən siyasi və iqtisadi böhrandan danışıb, H.Əliyevin qayıdışından sonra Azərbaycanın dinamik inkişafa qədəm qoyduğunu, Azərbaycançılıq məfkurəsinin formalaşdığını, çoxmillətli, çoxkonfessiyalı cəmiyyətin inkişaf prosesinin başlandığını qeyd edib. Bildirib ki, Heydər Əliyev müstəqil Azərbaycanın banisidir.
“Azərbaycanda xalq-iqtidar birliyi inkişafımızın əsas şərti, sabitliyin əsas amilidir”, - deyən prezident İlham Əliyev siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının, onun qayğılarının dayandığını bildirib. Qeyd etdi ki, dünyadakı iqtisadi böhrana baxmayaraq, Azərbaycan bütün məsələlərin öhdəsindən uğurla gəlir. Çünki iqtisadiyyatın şaxələndirilməsi sahəsində siyasət davam edir, “Əsrin müqaviləsi” çərçivəsində aparılan işlər iqtisadi gücümüzü artırır. Neft-qaz sahəsində reallaşdırılan irimiqyaslı layihələri xatırladan dövlətimizin başçısı hazırda bu istiqamətdə əlavə tədbirlərin görüldüyünü qeyd etdi.
Prezident İlham Əliyev bildirdi ki, bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan və fəaliyyətinə böyük rəğbətlə yanaşılan Azərbaycan mötəbər beynəlxalq tədbirlərin təşkilatçısıdır. Bu isə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına xidmət edir. Çünki ölkəmizə gələn qonaqlar bu həqiqətləri öz gözləri ilə görürlər.Gələcək inkişafla bağlı dəqiq proqramların mövcud olduğunu deyən Prezident İlham Əliyev indi əsas məsələnin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olduğunu söylədi və bildirdi ki, bu istiqamətdə biz öz mövqeyimizi danışıqlar prosesində gücləndiririk.
Ermənistan ilə Azərbaycan arasında fərqin göz qabağında olduğunu bildirən dövlətimizin başçısı aprel döyüşlərinin Azərbaycan Ordusunun istənilən vəzifəni icra etməyə qadir olduğunu bir daha nümayiş etdirdiyini vurğulayıb. Dövlət başçısı çıxışını “Bu yol Heydər Əliyev yoludur. Biz bu yolla gedirik, gedəcəyik və Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik” fikri ilə yekunlaşdırıb.
Mənbə: ANSPRESS
XƏBƏR LENTİ
"Köpək" salatı (foto resept)
Erməni terroru-1 ("Nemezis"- terror hərəkatı)
Zövqlü aksesuarlar
"İçerde"nin aktrisası Avstriyada toy edəcək - FOTO
"Arayışsız kredit" niyə ləğv olundu?
Elmdə inqilab: sirli hissəciklər tutuldu
Dırnaq boyasını 3-4 dəqiqəyə qurutmaq üçün üsul
Ümidsizlik
Arı südünün faydaları
Azərbaycanın bu ərazilərində sürüşmə sahələri aktivləşdi
Arıqladan detokslar
İran təyyarəsində UNO həyəcanı
Məşhur aktrisa imicini dəyişdi-FOTO
Qan aldırmaq nəyə kömək edir?
Manat yeni "iş" yerləri açdı
Ermənilərə Türkiyə vətəndaşlığı verilə bilər
İnanılmaz əməliyyat-FOTO
Sibel Can pəhrizi ile 2 aya 10 kilo
İnternetdə dolaşan təhlükə
Şəhid ailələri ilə bağlı qaydalarda dəyişiklik
"Qarabağ" çempion oldu
Azərbaycanda “ Dərslik portalı” yaradıldı
Aktrisanı yuxuya verib 200 minini oğurladılar
Bədəndəki xalları götürmək olarmı?
Selin Dion geyimi ilə HEYRƏTLƏNDİRDİ-FOTO
Günün ulduz falı - 22.10.2013
Bakıda atəşfəşanlıq olacaq
Məşhur futbolçu çoxarvadlı olduğunu Etiraf etdi-FOTO
Doğa Rutkay 37 illik FOTO paylaşdı
Hər zövqə uyğun üzüklər
Yeməkdən sonra ağızda acı dadın səbəbi
Hindistanda "buynuzlu" şəxsi əməliyyat etdilər
McDonald's-ı belə "yıxdılar"
Bu il Azərbaycanda Əli ilə Ömərlərin sayı artıb
Hava haqqında - 21.09.2013
Sənətçilərimizin gerçək yaşı - SİYAHI
Burcu Esmersoy hər kəsi HEYRƏTLƏNDİRDİ-SƏBƏB
Putindən sensasion yasaq
Məzəli şəkillər
Badımcanla göbələk bir arada(foto resept)
HAVA necə olacaq?
Almalı tort (foto resept)
Mustafa Sandalı Şikayət etdilər-SƏBƏB-VİDEO
Neftimiz yenə ucuzlaşdı
Ronaldo Yeni İmicdə-FOTO
Uşağı gələcəyə sağlam hazırlayaq (1)
Pəhriz saxlayanların nəzərinə
Azərbaycana yay gəlib?
Məşhur neyrocərrahdan inanılmaz açıqlamalar
Azərbaycanda qeyri-adi məktəb