17 il dostluq edən iki qadın illər sonra doğma bacı olduqlarını öyrəniblər.
UPI-nın məlumatına görə, bu hadisə ABŞ-ın Pensilvaniya ştatında baş verib.
31 yaşlı Eşli Tomas və 29 yaşlı Toya Uimberli hələ məktəbdə oxuyarkən bir-birləri ilə tanış olublar və o vaxtdan heç vaxt bir-birindən ayrılmayıblar. 15 il öncə Eşli öyrənir ki, onu doğma atası tərbiyə etməyib, əsl atasının kimliyini isə ancaq anası deyə bilərdi, o, isə dünyadan köçmüşdü.
Bu sirrin üstünü açmaq isə illər sonra rəfiqəsi sayəsində mümkün olub. Belə ki, Eşli “Facebook”da Toyanın atasının şəklini görür və bir vaxtlar anası ilə görüşən kişini tanıyır.
Bundan sonra rəfiqələr bacı ola biləcəklərini düşünüblər. DNT testi onların şübhələrini təsdiqləyib
Bu xəbər kişini şoka salıb. O, qızı barədə heç nə bilmədiyini iddia edib.
“Mənsiz doğulan və böyüyən qızım üçün çox pis olmuşam, ancaq eyni zamanda xoşbəxtəm ki, bu gözəl və uğurlu karyerası olan qadın mənim balamdır”, - deyə, o etiraf edib.
“Sən demə bu səbəbdən biz Eşli ilə bu qədər oxşarıq, altıncı sinifdən bəri ayrılmamışıq”, - deyə Toya özünün “Facebook” səhifəsində yazıb

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR