Taxta və rəngli şüşələrin birləşməsiylə yaranan və şüşə bəzəmə üsulu olaraq xarakterizə edilən "şəbəkə" sənəti, Azərbaycanın tarixi şəhərlərindən Şəkidə, bu sənətin yox olmasını istəməyən bir neçə zənaətkar tərəfindən nəsildən nəsilə keçərək qorumağa çalışırlar.
Daha çox məscid, saray kimi əhəmiyyətli arxitektura strukturlarda istifadə edilən və istifadə sahələrdə fərqli bir vizual estetik təqdim edən şəbəkə, Azərbaycanın memarlıq incisi sayılan Şəki Xan Sarayının təməl elementlərindən biridir.
Şəbəkə sənətini atasından öyrənən və 34 ilini bu məşğul olan usta Tofiq Rəsulov, şəbəkənin, Sovet Birliyi dövründə tamamilə yox olduğunu lakin babası və daha sonra da atası Usta Əşrəf tərəfindən canlandırıldığını söylədi.
Uşaqlığından bəri şəbəkə sənəti ilə məşğul olduğunu ifadə edən Tofiq Rəsulov, "Maraqlı bir sənətlə məşğul oluruq. Mismar və yapışdırıcı istifadə etmədən taxta işi edirik. Etdiyim işlər xaricdə bir çox ölkədə sərgilərdədir.
Şəbəkənin başlanğıc tarixini 17-ci əsr olaraq bilirik. Günümüzə qədər çatan tarixi Xan Sarayının şəbəkələrinin bərpasını 1959-cu ildə atam etdi. 2004-cü ildə eyni vəzifə mənə də nəsib oldu. Atamdan öyrəndiyim sənəti uşaqlarıma da öyrətdim. Dörd qurşaqdır bu işi edirik. Bu sənəti yaşatmağı müqəddəs bir borc kimi qəbul edirik.
Şəkinin tanınmış adlarından Usta Əşrəfin şagirdlərindən Hüseyn Hacımustafazadə, 24 ildir şəbəkə sənəti ilə məşğul olduğunu, səkkiz il ustasının yanında çalışdıqdan sonra öz emalatxanasını açdığını söylədi.
Quruluş etibarilə çətin və bahalı bir sənət olması səbəbiylə istifadə edilməyən şəbəkənin son dövrlərdə rəğbəti artdığını vurğulayan Hacımustafazadə, Bakıda, Gəncədə bir çox məscidin təmirində, Azərbaycanda bir çox bölgədə bərpa işlərində istifadə olunduğunu açıqladı.
Şəki Xan Sarayının təmirində vəzifə aldığını söyləyən Hacımustafazə, "Ən müvəffəqiyyətli işimi Şəki Xan Sarayının təmirində etdim. Tarixi məkanlarda işləmək fərqli bir vasvasılıq tələb edir. Şəbəkənin quruluşundan əvvəl eskizi çəkilir, sonra taxta bölüm hazırlanır. Hər bir qisim hazırlanarkən 10-12 fərqli əməliyyatdan keçir . Bir millimetrlik bir səhv belə şəbəkənin pozulmasına səbəb olur. Olduqca vasvası bir iş tələb edən bir peşə .
-Şəbəkə Sənəti-
Şəbəkə; taxta arasına müxtəlif rənglərdə şüşə yerləşdirilərək edilən həndəsi naxışlı ənənəvi əl sənəti növü olanarak bilinir. Ümumiyyətlə qapı və pəncərələrdə istifadə olunur. Şəbəkənin istehsalında mismar və hər hansı bir yapışdırıcı maddə istifadə edilmir.
Dünyada bir bənzəri olmayan şəbəkə, yalnız Azərbaycanda, Şəki şəhərində qorunub saxlanılır. Şəbəkə istehsalında istifadə edilən rəngli şüşələrə görə bəzən Şəbəkənin, köhnə Türk halısının vizual xüsusiyyətlərini daşıyan qönçə gül və medalyon naxışları istifadə edilməkdədir.
Bu ana qədər təsbit edilən ən köhnə şəbəkə nümunələri 250 il əvvəl inşa edilmiş Şəki Xan Sarayının pəncərələrindəki şəbəkələr olaraq bilinir.
Qoz, şimşir, palıd kimi sərt ağaclardan hazırlanan şəbəkənin, "Cəfəri", "səkkiz", "on altı", "Gülabi", "Şəms", "Gollum", və "bend-i rumi" kimi növləri var.

XƏBƏR LENTİ
Murad Bozun keçmiş xanımı TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Sosial siğorta nədir və onun əhəmiyyəti nədən ibarətdir?
Sabahdan 40% bahalaşma
Sən və o - aranızdakı fərq
Çəkinizi artıq göstərən geyimlər
Azərbaycanda son iki ildə qoyulan ən məşhur adlarla bağlı rəsmi açıqlama
Sinoptiklər hansı hava şəraitini vəd edirlər?
Möhtəşəm salat nümunələri
DİQQƏT! Ağcaqanad dərmanları fəsadlara yol aça bilər!
Yeni quş qripi pandemiyaya çevrilə bilər
Ölmədən əvvəl tabut seçənlər
Türk kürəyinə alman bıçağı
Günün ulduz falı
Üzümlü, qozlu peçenye (foto-resept)
Ingilis dili-XXVII-dərs
Nüsretin paylaşımı HEYRƏTLƏNDİRDİ-7,2 milyard-FOTO
Qartal, dəvə, ilan və digər heyvanlar... - SANKİ CANLIDIRLAR
Tarkandan “Evdəqal” paylaşımı - FOTO
Cazibədar görünmək istəyənlər üçün
Aqata Kristi-Həyat qaydaları
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Yer çatışmazlığı olarsa, xəstələr şadlıq saraylarında müayinə olunacaq? - VİDEO
Azərbaycanlı model Hollivudda - FOTO
Məhkəmə Eldar Həsənov barəsində qərar verdi
Çimərlikdəkiləri heyran qoydular
Sinan Akçıl BOŞANDI
Cəmil Həsənli bunu bilərəkdən edir, yoxsa?..
Azərbaycanlı məhkumların əl işləri - FOTOSESSİYA
Rəssam sevdiyi ilə maraqlı günlərini rəsmlərə həkk etdi
Nyu-Yorkda kilsə məscidə çevriləcək
Mini albalı keksi
Prezident: “Paşinyan psixoloji sarsıntılar keçirir”
Koronavirusa yoluxma riski ilə genetika arasındakı əlaqə açıqlanıb
Pomidorun yararları
Ən gənc tələbə: “Arzum müəllim olmaq idi”
Dizlərdə menisk yırtığı
Hansı şərtlərdə evdə doğuş etmək olar?
Qum sənəti
Saçınız elektriklənirmi?
Öləndən sonra barmağı kəsilən dahi
Əyləş və dincəl
Payız fəslinin ən aktual rəngləri
Ebru Şahin hər kəsi təəccübləndirdi-VİDEO
Girovlar qaytarıldı
Daxilimizdəki dünyalar
Yanvarın 10-dan 11-nə keçən gecə Ay tutulması olacaq
Cəbrayıl və Füzulisiz 27 il...
Bülent Ersoy fanatını vurdu-VİDEO
Putin İlham Əliyevə məktub göndərdi
Bəzi telekanallara xəbərdarlıq edildi

- ŞƏRHLƏR