Avokado qabığı yaşıl, yeyilən qisimləri ağ, iri nüvəli bir meyvədir. Ləzzətini anlamaq üçün yetişməsini gözləmək lazımdır. Dərhal yemək üçün alırsınızsa, yumşaq olanını seçməlisiniz. Seçərkən eyni zamanda dərisinin parlaq və sürüşkən olmasına diqqət edin.
* Avokadonun qəbizliyə qarşı təsirli, immunitet sistemini gücləndirici xüsusiyyətləri var.
* Bədən toxumalarının və dərinin yenilənməsinə köməkçi olur.
* Yaraların yaxşılaşmasına kömək edir.
* Yaxşı bir hüceyrə qoruyucu və antioksidandır.
* Ehtiva etdiyi doymamış yağ turşuları qanda xolesterinin yüksəlməsini önlədiyi üçün ürək və damar xəstəlikləri üçün ən yaxşı təbii dərmandır.
* Avokado bədəndə toksik maddələri təsirsiz hala gətirərək yaşlılığa yol açan zərərli maddələri yox etməklə yaşlanma müddətini yavaşladır və xəstəliklərin qarşısını almaqda əhəmiyyətli rol oynayır.
* Tərkibində olan zülal, mineral və vitaminlər kiçik uşaqların və hamilə qadınların balanslı və sağlam bəslənmələrində çox lazımlı olan maddələrdir.
* Dərini qurumaqdan qoruyur və xüsusilə həssas, quru, köhnəlmiş və yaşlanmış dəriləri yaxşılaşdırır və gücləndirir.
* Bol miqdarda ehtiva etdiyi A vitamini hüceyrələrin yenilənməsini dəstəkləyir.
Avokado ilə qış mövsümünün sərt təsirini üzünüzdən silə bilməyin ideal həllini tapa bilərsiniz. Püre halına gətirilmiş avokadoya bir-iki damcı zeytun yağı və limon suyu əlavə edin. Üzünüzə sürtüb on dəqiqə gözləyin. Avokado maskası üzünüzdəki nahamar təbəqəni yox etməklə qalmayıb, sağlam bir dərinin ehtiyacı olan vitaminləri də təmin edəcək və dərini bəsləyəcək.
Avokadonun faktor maddələri dərinin qurumasına mane olur, dərinizi nəmləndirir. İstər yağı, istərsə də suyu bir çox kremlərdə istifadə edilir. Quru, köhnəlmiş və yaşlanmış dəriyə sahibsinizsə, mütləq bunu tətbiq edin. Xüsusilə yazda işinizə daha çox yarayacaq. Çünki avokadonun yağlı turşuları dərini günəş şüalarından qoruyur. Avokadonun bu xüsusiyyəti fındıq, somon balığı və kətan toxumunda olan yağlarda da vardır. Bu məhsullar da dəri hüceyrələrinin özlərini yeniləməsinə kömək edir.
Dərinizi avokado ilə bəsləyin. Canlandırıcı avokado maskası:
Yetişmiş avokadonun yarısı
1 çay qaşığı bal
1 çay qaşığı badam yağı
Çəngəllə avokadonu əzin, üzərinə balı,badam yağını əlavə edib təkrar qarışdırın, təmiz dərinizə tətbiq edin. Mümkünsə pilinq sonrası tətbiqini təklif edirəm. Təxminən 20 dəqiqə üzünüzdə saxlayın. İlıq su ilə yuyun. Maskanın ardından dərinizin canlanıb bəsləndiyini və nəmləndiyini görəcəksiniz. Həftədə 1 və ya 2 gün bu maskanı tətbiq edə bilərsiniz.
Dəriyə qulluq məhsullarından ən çox istifadə edilən məhsul avokadodur. Kosmetik dükanlarında ən çox gördüyümüz avakado tərkibli məhsullar içindəki E, C və D vitaminləri ilə zəngindir. Xüsusilə dərinin yaşlanmaması, günəş şüalarından və çirkli havalarda qorunması üçün faydalıdır. Dərinin su tarazlığını nizamlayır və nəm saxlayır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İspanaqlı lazanya (foto resept)
Bu günün hava proqnozu
Heydər Əliyev Fondu aztəminatlı ailələrə Novruz sovqatları paylayır - FOTO
"Aşk-ı Memnu"nun aktrisası TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yuxulara inanırsınızmı?
Hande və Keremin çəkildiyi serialdan ilk görüntülər-VİDEO
Azərbaycan səhiyyəsi birinci Avropa Oyunlarının keçirilməsinə hazırdır
Məktəblərdə qış tətili bu tarixdə başlayacaq
Körpələrdə göz rəngi nə vaxt dəqiqləşir?
Qəbələdə 725 yaşı olan kitab sərgilənir
Mayli Sayrus ana olacaq
Gün ərzində 20 dəqiqə
Sobada südlaç (foto resept)
Ölkəmizlə bağlı proqnoz dəyişdi
Litvalı deputat: "Azərbaycanda Avropa standartlarına cavab verən seçkilər keçirildi"
NASA 15 min qalaktikanı eyni anda çəkdi-FOTO
Marsa gedən ilk asiyalı
Qapı-qapı gəzib su filtri satanlarla bağlı AÇIQLAMA
İkinci nəsil Nissan Qashqai
Ballı keks (foto resept)
Ən faydalı göyərti seçildi
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Rafet El Romanın 29 yaşlı sevgilisi diqqət çəkdi-FOTO
İtkin düşən atasını 24 ildən sonra qonşu zirzəmidə tapdı - VİDEO
Çağırışçılar üçün yeni xidmət işə düşdü
Hülya Avşar tərzindən danışdı-FOTO
Ali məktəb müəllimlərinin maaşları necə müəyyənləşdirilsin?
Bədəni koronanirusdan qoruyan amillər hansılardır?
Bakıda kimdir günahkar - yolu gedən, yoxsa göstərən?
Adınıza saxta profil yaradılıbsa...
Qoltuqaltı qaralmalarına qarşı 5 təklif
Ruslardan ermənilərə etiraz: "Rədd olun!"
Toronto Film Festivalı: Qırmızı Xalça
Mehriban Əliyeva məzunları təbrik edib
"Linzer" peçenyesi (foto-resept)
Göz quruluğunun yaranma səbəbləri
Həftənin ilk iş günü hava necə olacaq?
Fransız sayağı şorba (foto resept)
Sosial şəbəkədə istifadəçilərinə müraciət edildi
Türkiyənin tanınmış simaları Bakıda - FOTO
70 il sonra gələn məktub
İpoteka almaq istəyənlərə şad xəbər
Südvermə dövründə necə qidalanmaq lazımdır?
Castin Biber satıcı oldu-VİDEO
Millimizin futbolçusu türk klubundan qovulub
Qara rəngli ziyafət donları
Günün qoroskopu: xırda işlərə görə inciməyin
BÜRCLƏR bizə nə vəd edir?-29 Mart
Azərbaycanda vətəndaşlara evdən çıxmaq qadağan olundu - RƏSMİ
Rəqqasə prezidentliyə namizəd oldu - FOTO
- ŞƏRHLƏR