Səhərlər yuxudan gözümü açan kimi isti, təzə çörək qoxusu duyuram. Evdə sadiq köməkçim var. Bu köməkçim səhər tezdən xəmir yoğurur, mayalandırır və mən yuxudan durana kimi isti, yumşaq, ətirli çörəyimi bişirir. Hər gün belə edir, özü də nə deyinir, nə yorulur, nə də usanır. Köməkçimin adı çörəkbişirən aparatdır.
Antisanitariyanın baş alıb getdiyi sexlərin çoxluq təşkil etməsi heç kimə sirr deyil. Hansı qadın ailəsinə, uşaqlarına gigiyenik qaydalara uyğun olan keyfiyyətli çörək yedirtmək istəməz ki? Təbii ki, bütün xanımlar bunu istəyir. Lakin qadınlarımızın çoxu hər gün xəmir yoğurmağa tənbəllik edir, çoxları vaxt tapmır və ya sağlamlığı buna yol vermir. Bəs çxış yolu nədir? Çörəkbişirən aparatlar.
Texnikanın inkişaf etdiyi indiki dövrdə çörəkbişirən aparatlar mağazalarda öz yerini tutub. Müxtəlif firmaların müxtəlif formada istehsal etdiyi aparatlar xanımlarımızın əsl köməkçisinə çevrilib. Onlardan istifadə etmək asandır: lazım olan ərzaqları aparatın qabına tökmək, çörəyin növünü, çəkisini (750 qram, 1000 qram və 1500 qram), qızartma dərəcəsini (zövqə görə az qızarmış, orta dərəcədə qızarmış və çox qızarmış) seçmək lazımdır. Bişirmə müddətini aparat özü avtomatik olaraq seçir. Çörəyiniz hazır olanda isə siqnalla sizi xəbərdar edir. Ən əsası odur ki, zamanı özünüz də təyin edə bilərsiniz. Axşam yatmazdan əvvəl yuxarıda sadalananları yerinə yetirdikdən sonra taymeri səhərin istənilən saatına qura bilərsiniz. Nəticədə səhər yuxudan duranda artıq hazır isti çörəyiniz sizi gözləyəcək.
Belə aparatlarda çörəyin bir çox növünü bişirmək olar: ağ, kəpəkli, qara, hamburqer, sendviç, fransız çörəyi və s. Bundan başqa kekslər və cemlər bişirə, mayalı xəmirlər hazırlaya bilərsiniz. Aparatı alarkən sizə verilən kitabçada istifadə olunan ərzaqlar, onların miqdarı, bişirmə müddətləri qeyd edilir. Yaddan çıxarmayın: bütün ərzaqlar mütləq yazıldığı qədər tökülməlidir (elektron tərəzidən istifadə etməklə), əks halda çörəyiniz keyfiyyətli alınmayacaq.
Belə aparatları ixtisaslaşmış mağazalardan almaq daha məqsədəuyğundur. Çünki adi mağazalardan alınan aparatların çoxunda çörək tam bişmir və çiy qalır.
XƏBƏR LENTİ
Macarons (Fransa mətbəxindən) (foto resept)
Xəzər kənarında bu obyektlər hasarlana bilər - SİYAHI
Uşaqlıq travmaları – oğurlanmış həyatlar…
Güclü insanlar həyatın acı olduğunu bilir
Türkiyədə daşınmaz əmlakın satışı qaydaları sərtləşdirildi
Ayaq barmaqlarınız şəxsiyyətinizi ələ verir!
Los Ancelesə 50 il sonra ilk dəfə qar yağacaq
Bu gün "Qarabağ" çempion olacaq?
Ata Buş ABŞ-ın ən uzunömürlü sabiq prezidenti oldu
Bu reklamlara qadağa qoyulur
Qadın.Netlə birlikdə hamiləlik (38-ci həftə)
Bakıda ictimai nəqliyyatda "MasterCard"la ödəniş olunacaq
Bu yolda sürət həddi dəyişdi
Qorxudan sonra...
Azərbaycanlı gəncin qeyri-adi hobbisi - VİDEO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Dollar alaq, almayaq?
Dubayda fantastik layihə - “Üzən Venesiya”
Saçların sehrli gücü
Azərbaycanda sahibkarlar bu xərcdən azad edildi - QƏRAR
İngilis dili-Ss
İxtisas seçimi başladı
Gözəl modeldən dərini nəmləndirən maska
"Ən pis vəziyyət qabaqdadı, inanın mənə..." - ÜST-dən ŞOK XƏBƏRDARLIQ
"İTV Ermənistanın "Eurovision"dan kənarlaşdırılmasını tələb edib"
Doğulan körpələrin çoxu oğlandır
0-4 ay arası uşaqların qidalanması
Çili yenə silkələndi
Gil qab bazarı "ölüb"
Azərbaycanda gülüş doğuran adlar siyahıdan çıxarıldı
Bu şəxslər də güzəştli ipoteka krediti ALA BİLƏCƏK
Meyvə-tərəvəz buketləri
Messi keçilərlə şəkil çəkdirdi -FOTO
Hayko da "O səs Türkiyə"yə qatıldı?
Əfsanəvi 7 Oskar aparıcısı
Dəri çatlarının qarşısını necə almalı?
Azərbaycanda hava kəskin dəyişir: bir yağış yağacaq ki...
Sertab Erener onları məhkəməyə verdi
Bulvarda attraksionlar havayı olacaq
Sadə peçenye (foto resept)
Koronavirusa qarşı uzunmüddətli immunitetlə bağlı gözlənilməz açıqlama
Azərbaycanda erkən nikah problemləri: nə etməli?
Boşanıb dünyanın ən varlı üçüncü qadını oldu
Böyürtkən xərçəngin qarşısını alır?
Bu ifa izləmə rekordu qırdı-VİDEO
Qadınlar ilk dəfə kişilərdən daha ağıllı oldular
Seda ana oldu-FOTO
Hava haqqında
Kişilər hansı vərdişlərini dəyişmək istəmirlər?
Klassik fransız manikuru
- ŞƏRHLƏR