Səhərlər yuxudan gözümü açan kimi isti, təzə çörək qoxusu duyuram. Evdə sadiq köməkçim var. Bu köməkçim səhər tezdən xəmir yoğurur, mayalandırır və mən yuxudan durana kimi isti, yumşaq, ətirli çörəyimi bişirir. Hər gün belə edir, özü də nə deyinir, nə yorulur, nə də usanır. Köməkçimin adı çörəkbişirən aparatdır.
Antisanitariyanın baş alıb getdiyi sexlərin çoxluq təşkil etməsi heç kimə sirr deyil. Hansı qadın ailəsinə, uşaqlarına gigiyenik qaydalara uyğun olan keyfiyyətli çörək yedirtmək istəməz ki? Təbii ki, bütün xanımlar bunu istəyir. Lakin qadınlarımızın çoxu hər gün xəmir yoğurmağa tənbəllik edir, çoxları vaxt tapmır və ya sağlamlığı buna yol vermir. Bəs çxış yolu nədir? Çörəkbişirən aparatlar.
Texnikanın inkişaf etdiyi indiki dövrdə çörəkbişirən aparatlar mağazalarda öz yerini tutub. Müxtəlif firmaların müxtəlif formada istehsal etdiyi aparatlar xanımlarımızın əsl köməkçisinə çevrilib. Onlardan istifadə etmək asandır: lazım olan ərzaqları aparatın qabına tökmək, çörəyin növünü, çəkisini (750 qram, 1000 qram və 1500 qram), qızartma dərəcəsini (zövqə görə az qızarmış, orta dərəcədə qızarmış və çox qızarmış) seçmək lazımdır. Bişirmə müddətini aparat özü avtomatik olaraq seçir. Çörəyiniz hazır olanda isə siqnalla sizi xəbərdar edir. Ən əsası odur ki, zamanı özünüz də təyin edə bilərsiniz. Axşam yatmazdan əvvəl yuxarıda sadalananları yerinə yetirdikdən sonra taymeri səhərin istənilən saatına qura bilərsiniz. Nəticədə səhər yuxudan duranda artıq hazır isti çörəyiniz sizi gözləyəcək.
Belə aparatlarda çörəyin bir çox növünü bişirmək olar: ağ, kəpəkli, qara, hamburqer, sendviç, fransız çörəyi və s. Bundan başqa kekslər və cemlər bişirə, mayalı xəmirlər hazırlaya bilərsiniz. Aparatı alarkən sizə verilən kitabçada istifadə olunan ərzaqlar, onların miqdarı, bişirmə müddətləri qeyd edilir. Yaddan çıxarmayın: bütün ərzaqlar mütləq yazıldığı qədər tökülməlidir (elektron tərəzidən istifadə etməklə), əks halda çörəyiniz keyfiyyətli alınmayacaq.
Belə aparatları ixtisaslaşmış mağazalardan almaq daha məqsədəuyğundur. Çünki adi mağazalardan alınan aparatların çoxunda çörək tam bişmir və çiy qalır.
XƏBƏR LENTİ
Evin kimyəvi havasını təmizləyən bitkilər
Loğmanın öz oğluna tövsiyələri
Gecə lampaları
Niyə qocalmaq istəmirik...
ATƏT yenə narahatdır
6 ayda 7 minədək boşanma - STATİSTİKA
Süni günəş vannaları tabutunuz ola bilər
Ukrayna-Aİ arasında vizasız rejim başlandı
Yumurtanı suda yuyaraq istifadə edənlərin DİQQƏTİNƏ
İlham Əliyev bir qrup hərbçini “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif etdi
Xoşbəxt uşaq böyütməyin 3 yolu
Ramazanda qidalanmamız lazım olan 7 qida
Xolesterinin yüksək olduğu göstərən hallar
Tom Hanks və yoldaşı koronavirusa yoluxdu
Türkiyədə sərhəd dəyişdi
Vitaminlərin sirləri(2)
Günün ulduz falı
Yataq otağına hansı bitkiləri qoymalı?
"Doğulanlar çoxalıb, uşaq bağçaları çatmır"
Obama: "Konqresin fəaliyyəti ABŞ iqtisadiyyatını təhdid edir"
Mehmet Ali Erbil səhhətindən danışdı
Azərbaycanda koronavirusa yoluxma sayı 100-dən aşağı düşdü: İki nəfər öldü
Kəskin soyuqlara cəld reaksiya
Sərinlənmək üçün soyuq su içməyin!
Superlüks Lexus LX 570
FİFA ilin komandasını seçir
Sabah qar yağacaq
Evlərə görə vergi dəyişdi
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 84 yeni yoluxma - FOTO
Ərəb makiyajı
İçi doldurulmuş pomidor (foto resept)
Buzda sürüşməmək üçün məsləhətlər
Bitcoinlar hakerləri fəallaşdırıb
İtləri koronavirusa yoluxanları təsbit etməyə öyrədəcəklər
Peyvənd necə təsir edir və təhlükəsizdirmi?
Nazirlik xəbərdarlıq edir: bu yerlər təhlükəlidir!
Evdə heyvan saxlamağın 6 faydası
Qeyri-adi göbələk aşkar edilib
"Altılıq" Cenevrəyə toplaşır
Dadlı badımcan ikrası (foto resept)
Antonio Banderas Şah İsmayıl oldu
Satışa çıxarılan Harry Potter evi: De Vere House
Maradona xəstəxanaya yerləşdirildi
Ermənilərə dərs
Seksin səkkiz möcüzəsi
Ağalarov nikah evi açdı - FOTO
Gəmi NƏHƏNG canlı ilə toqquşdu-FOTO
Ağ südün qara üzü
78 ildir yemir və içmir
Bu otelə uşaqlı ailələrin girişi qadağan edilib-FOTO
- ŞƏRHLƏR