Səhərlər yuxudan gözümü açan kimi isti, təzə çörək qoxusu duyuram. Evdə sadiq köməkçim var. Bu köməkçim səhər tezdən xəmir yoğurur, mayalandırır və mən yuxudan durana kimi isti, yumşaq, ətirli çörəyimi bişirir. Hər gün belə edir, özü də nə deyinir, nə yorulur, nə də usanır. Köməkçimin adı çörəkbişirən aparatdır.
Antisanitariyanın baş alıb getdiyi sexlərin çoxluq təşkil etməsi heç kimə sirr deyil. Hansı qadın ailəsinə, uşaqlarına gigiyenik qaydalara uyğun olan keyfiyyətli çörək yedirtmək istəməz ki? Təbii ki, bütün xanımlar bunu istəyir. Lakin qadınlarımızın çoxu hər gün xəmir yoğurmağa tənbəllik edir, çoxları vaxt tapmır və ya sağlamlığı buna yol vermir. Bəs çxış yolu nədir? Çörəkbişirən aparatlar.
Texnikanın inkişaf etdiyi indiki dövrdə çörəkbişirən aparatlar mağazalarda öz yerini tutub. Müxtəlif firmaların müxtəlif formada istehsal etdiyi aparatlar xanımlarımızın əsl köməkçisinə çevrilib. Onlardan istifadə etmək asandır: lazım olan ərzaqları aparatın qabına tökmək, çörəyin növünü, çəkisini (750 qram, 1000 qram və 1500 qram), qızartma dərəcəsini (zövqə görə az qızarmış, orta dərəcədə qızarmış və çox qızarmış) seçmək lazımdır. Bişirmə müddətini aparat özü avtomatik olaraq seçir. Çörəyiniz hazır olanda isə siqnalla sizi xəbərdar edir. Ən əsası odur ki, zamanı özünüz də təyin edə bilərsiniz. Axşam yatmazdan əvvəl yuxarıda sadalananları yerinə yetirdikdən sonra taymeri səhərin istənilən saatına qura bilərsiniz. Nəticədə səhər yuxudan duranda artıq hazır isti çörəyiniz sizi gözləyəcək.
Belə aparatlarda çörəyin bir çox növünü bişirmək olar: ağ, kəpəkli, qara, hamburqer, sendviç, fransız çörəyi və s. Bundan başqa kekslər və cemlər bişirə, mayalı xəmirlər hazırlaya bilərsiniz. Aparatı alarkən sizə verilən kitabçada istifadə olunan ərzaqlar, onların miqdarı, bişirmə müddətləri qeyd edilir. Yaddan çıxarmayın: bütün ərzaqlar mütləq yazıldığı qədər tökülməlidir (elektron tərəzidən istifadə etməklə), əks halda çörəyiniz keyfiyyətli alınmayacaq.
Belə aparatları ixtisaslaşmış mağazalardan almaq daha məqsədəuyğundur. Çünki adi mağazalardan alınan aparatların çoxunda çörək tam bişmir və çiy qalır.
XƏBƏR LENTİ
190 manat veriləcək - Nazirdən açıqlama
Ümidləri puç olan müştərilər
Koronavirusun daha bir fəsadı aşkar edildi
Bakıda 47 qanunsuz stomatoloji kabinet aşkarlandı
Dəcəl Qadın.Net xanımları (2)
"Honkonq qripi"ndən artıq ölən var
Kağızdan əl işləri
"Dünya gözəli-2018" O oldu-FOTO
Sakit okeanı ilk dəfə avarla keçib
Azərbaycanda avtomobil idxalı azaldı
Məşhurlar dünən və bu gün
8 May-Şuşanın işğalı günüdür!
Billi Aylişin anası qızının qeyri-adi asılılığından danışdı - VİDEO/FOTO
Günün ulduz falı - 10.09.2013
Çimərlik geyimləri
Yaşları ilə görünüşləri üst-üstə düşməyən məşhurlar
Ərəb ölkəsində nikahdankənar yaşamağa icazə verildi
Ramazanın 17-ci günü: dua, imsak və iftar vaxtı
Quru dərilər üçün təbii nəm maskası
Bələdiyyə başçısının zarafatı sosial şəbəkədə müzakirə olundu
Twitter yeni şirkət alır
Lobyalı şorba
Seda Sayanın ayağına taxdığı saat gündəm oldu
Özümüzü tanıyırıqmı?
Bu tarixdə toy etməyin
Fatih Terim koronavirusdan tam sağaldı
Bakıda avtobuslarla bağlı daha bir yenilik
Çörəyin içərisindən sümük çıxdı - VİDEO
Dəbdəbəni sevən xanımlara
Ehtiyatlı olun! Sizi izləyirlər
11 il gizlədilən cinayətə görə 11 il həbs cəzası
Mart ayında HAVA necə olacaq?
İdeal bədən quruluşuna sahib modeldən AÇIQLAMA
Uşağa şəxsiyyət vəsiqəsi verilmir – SƏBƏB
Ermənilər Xankəndidən niyə əl çəkmir? - VİDEO
Azərbaycanda 40-dan çox orta təhsil müəssisəsi ləğv olundu - SİYAHI
Ev həsrətində olanlara şad xəbər
Bişmiş kəsmiklə qızardılmış çörək(foto resept)
"Maqnit adam" yeni rekordlara imza atdı
Türkiyənin yeni baş naziri bəlli oldu
Ermənilərdən şok etiraf
Ruslar niyə narahatdırlar?
Azərbaycanda hava şəraiti dəyişəcək
Maya maskası və faydaları
Bred Pitt və Ancelina Colinin qızlarının inanılmaz dəyişimi - FOTO
Bakılı sürücülər üçün xoş xəbər
Ceki Çan ölümlə üz-üzə
Paris moda həftəsində məşhurlar
Beyin üçün ən zərərli 3 qida
Alla Puqaçovanın 28 milyonluq evi-FOTO
- ŞƏRHLƏR