Azərbaycanda dəniz kənarında hasarlarına məhdudiyyət qoyulmayan xüsusi əhəmiyyətli dövlət obyektlərinin siyahısı təsdiqlənib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndinin yeddinci cümləsində nəzərdə tutulmuş xüsusi əhəmiyyətli dövlət obyektlərinin Siyahısı"nın təsdiq edilməsi barədə" 20 sentyabr tarixli qərarında əksini tapıb.
Həmin obyektlərin siyahısına Heydər Əliyev adına Neft Emalı Zavodu (istehsalat sahələri), Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu,s u təchizatı sistemləri, Yüksək Texnologiyalar Parkı (Pirallahı rayonu), müdafiə və təhlükəsizlik orqanlarının hərbi hissələri, xüsusi təyinatlı təhsil (təlim) müəssisələri, idarələri, təşkilatları, Silahlı qüvvələrin döyüş mövqeləri, idarəetmə məntəqələri, telekommunikasiya qurğuları, radiotexniki sistemlər, bazalar, poliqonlar və hərbi təyinatlı digər qurğular, döyüş sursatlarının, partlayıcı, radioaktiv, kimyəvi, bakterioloji və zəhərli maddələrin istehsalı və saxlanılması müəssisələri, dövlətin müdafiəsi və sərhəd təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edən obyektlər, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər dəniz limanları, gəmilər üçün yanalma körpüləri, mayaklar, Bakı Gəmiqayırma Zavodu, gəmi təmiri zavodları, Sumqayıt çirkab sutəmizləyici qurğusu (mövcud), Lökbatan çirkab sutəmizləyici qurğusu (mövcud), Bayıl Qəsri, Əl Oyunları Stadionu və Bakı Dəniz Vağzalının binası daxil edilib.
Qeyd edək ki, xüsusi əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna olmaqla, sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun
Milli.Az

XƏBƏR LENTİ
İkimərtəbəli evini "iPhone 6"-ya dəyişən var
Super lüks Lamborghini
"WhatsApp"da maraqlı yenilik - FOTO
İriçaplı pulemyotlar işə düşdü - Atəşkəs yenidən pozuldu
Türkiyədə korrupsiya ilə bağlı saxlanılanlardan 9 nəfər məhkəməyə çıxarıldı
Pensiyalar nə zaman veriləcək?
Azərbaycanda ipoteka kreditlərinin 20 faizdən çoxu güzəştli əsasda verilib
Ebru Şallının paylaşımı görənləri ağlatdı
Bakıya bir yağış yağacaq ki...
Oxumağı sevən uşaqlar üçün dünya klassikləri
Kanadadan Türkiyəyə böyük JEST
Filiz Akının başına 11 tikiş vuruldu-FOTO
Kosmosda beş ay qaldı, 1,4 milyon telefon borcu gəldi - Foto
Hələ ki, biz onu məhv edirik...
Tibetdə ölümsüzlük suyu icad edildi - SENSASİYA
DİQQƏT! Ödəniş terminallarında YENİLİK edildi
Rezidenturaya qəbul imtahanı keçirilir
Misirdə ilin ən böyük arxeoloji tapıntısı aşkar edilib
Avtobusunu “Instagram” səhifəsinə çevirdi - VİDEO
Ağ rəngdən istifadə edərkən bunlara diqqət edin!
Vampir adamın SİRRİ AÇILDI-FOTO
La Liqa: "Land of fire Azerbaijan" 5 - rəqib 0
Məndə səhv ola bilməz!
Qadın DYP avtomobilində uşaq dünyaya gətirdi
Azərbaycanda komendant saatı tətbiq edilə bilər? - VİDEO
Magistr olmaq istəyənlərə xəbər var
“Dünya gözəli-2019” seçildi- FOTO
Alman dili 7-ci dərs
8 May Şuşanın işğalı
Azərbaycanda karantin rejimində keçirilən toy yarımçıq dayandırıldı: Saxlanılanlar var
Evlərimiz nə vaxt qızacaq?
Qar qızlar parad keçirdilər
Hind toyu
Maydanda üçüncü qüvvələr işləyir
8 Mart hansı ölkədə necə qeyd edilir?
68 yaşlı bəy, 19 yaşlı gəlin - Toylarına heç kim gəlmədi - VİDEO
Azərbaycan xüsusi dronlar alacaq
Bakıda güləş üzrə beynəlxalq turnir keçiriləcək
Anamın əl işləri(2)
HAVA necə olacaq?-20 Avqust
Məşhur "Hollywood" ulduzu Bakıda
Kəsmikli, qaymaqlı tort (foto resept)
Ronaldonun yeni klubu bəlli oldu
"Beynəlxalq Çempionlar Kuboku" turnirinin təqvimi açıqlanıb
Sabahın HAVAsı
Tanınmış siyasi və ictimai xadimlər Prezident İlham Əliyevi təbrik edirlər
Yeni tədris ili ilə bağlı əsas hədəflər müəyyənləşdi
Kobeta (foto resept)
Ailə münasibətləri üçün test
Aprel döyüşləri təkrarlanacaq?
