Göy məscid
İsa Əzimbəyov məqaləsində Göy məsciddə gördüklərini ətraflı təsvir etmişdir. O, məscidin iki ayrı korpusdan – qış və yay korpuslarından ibarət olduğunu, qış korpusunun kompleksin cənubunda, yay korpusunun isə şimalda inşa edildiyini, onların isə mədrəsə ilə əhatə olunduğunu yazır. İ.Əzimbəyov məscidin çox böyük həyətinin olduğunu, orada çinar və qovaq ağaclarının ucaldığını yazır.
Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan 1949-cu ilə aid bir arxiv sənədində Ermənistan SSR ərazisində qeydə alınan azərbaycanlılara aid 15 memarlıq abidəsi haqqında məlumatlar öz əksini tapmışdır. Həmin siyahıda nə zaman inşa edildiyi, nə məqsədlə istifadə edildiyi göstərilməklə, İrəvan şəhərində 4 məscidin mövcudluğu qeyd edilmişdir. Həmin sənəddə Zal xan məscidinin 1649-1685-ci illərdə, Göy məscidin 1776-cı ildə, Sərdar məscidinin 1807-1817-ci illərdə, Hacı Cəfər bəy məscidinin isə XVIII əsrdə inşa edildiyi göstərilmişdir.
İrəvan şəhərini təsvir edən bütün səyyahların və tədqiqatçıların əsərlərində həm ölçülərinin miqyasına, həm də gözəlliyinə görə şəhərin ən möhtəşəm memarlıq abidəsi kimi Göy məscidin adı birinci çəkilir. Şərq memarlığının nadir nümunələrindən hesab edilən Göy məscidin inşasına 1760-cı ildə başlanılmış, Hüseynəli xanın hakimiyyəti dövründə 1765-ci ildə başa çatdırılmışdı.
İrəvandakı mərkəzi örtülü bazarla üzbəüz yerləşən həmin məscid öz kompozisiyası və əsas ibadətxanasının formasına görə 1616-cı ildə Şah Abbas dövründə Gəncədə inşa edilən Cümə məscidinə bənzəyirdi. Onun ölçüləri 97,2 x 66 m idi. Məscidin adı onun günbəzinin göy rəngli kaşı ilə üzlənməsi ilə bağlı idi. Məscidin həyətində fontanlı daş hovuz tikilmiş, ətrafına sıx kölgəli ağaclar əkilmişdi.
Təkcə Göy məsciddə deyil, İrəvandakı bütün məscidlərdə ibadət üçün ayrıca qadın və kişi zalları olmuşdur ki, onlar da bir-biri ilə ya dəhliz, ya da pərdə ilə ayrılırdı. İbadət zallarının tavanı və divarları adətən gül rəsmləri ilə bəzədilirdi. Məscidlərin divarlardan və sütunlardan kişmir parçadan güllər düzəldilib asılırdı.
Erməni tarixçisi Tadevos Hakopyan “İrəvanın tarixi (1500-1800)” əsərində Eçmiədzin kilsəsinin yepiskopu Hovhanes Şahxatunyansa istinadən yazır: “Məscidin minarəsinin və günbəzinin bir hissəsi mavi saxsılarla üzlənmişdir. Əsas tikililər məscidin ərazisinin cənub və şimal tərəflərində idi. Yan tərəflərdə isə yardımçı tikililər və hücrələr yerləşirdi. Məscidin həyətində ətrafına sal daşlar döşənmiş və ağaclar əkilmiş bir balaca hovuz inşa edilmişdi. Məscidin üç qapısı olmuşdur. İki kiçik qapı şimal və şərq istiqamətinə, böyük giriş qapısı isə cənuba baxırdı. Məscid binası cənub səmtində yerləşirdi. Bina bir-biri ilə bağlı üç zaldan ibarət idi. Məscidin günbəzi digər iki kiçik zaldan hündür olan böyük zalın üzərində idi. Sadə görkəmli zalların yalnız həyətə baxan pəncərələri şəbəkə üslubunda işlənilmiş və rəngli şüşələrlə bəzədilmişdi. Həyətin şimal hissəsində kiçik bir ibadətxana da var idi. Məscidin minarəsi çox gözəl idi və İrəvanın tikililəri arasında ən hündür olduğundan şəhərin hər yerindən görünürdü. Azançı onun başına çıxaraq hər gün müsəlmanları ibadətə çağırırdı. Məscidin cənub portalının üzərindəki kitabədə Hüseynəli xanın adı və tikilmə tarixi həkk olunmuşdu.
1893-1894-cü illərdə və 1898-ci ildə İrəvanda səfərdə olmuş məşhur Britaniya səyyahı və coğrafiyaşünası Henri Linç səfərləri haqqında 1901-ci ildə Londonda çap etdirdiyi kitabında şəhərin tatar (azərbaycanlı) məhəlləsindəki Göy caminin, Hacı Nəsrullah (bu məscidin adı digər mənbələrdə Hacı Novruzəli bəy məscidi kimi çəkilir) bəy məscidinin və Şəhər camisinin adlarını çəkir. Göy məscid haqqında ətraflı məlumat verən Linç, onun minarələrinin, həyətindəki hovuzun və fasadının foto şəkillərini kitaba daxil etmişdir.
Erməni müəlliflərinin verdikləri məlumata görə, XX əsrin 30-cu illərində İrəvandakı bütün məscidlərin sökülməsi qərara alınsa da, erməni şairi Yeğişe Çarensin ciddi səyləri nəticəsində onun “Mavi brilliant” adlandırdığı Göy məscid muzeyə çevrilməklə yer üzündən silinməkdən xilas olunmuşdu. 1936-cı ildən Göy məscidin binasında İrəvan səhər tarix muzeyi yerləşdirilmişdi. İkinci Dünya müharibəsi başladıqdan sonra Göy məsciddən bir müddət eyni zamanda hərbi sursat anbarı kimi istifadə edilmişdi. Müharibədən sonra Göy məsciddə həmçinin Təbiət muzeyi və 1952-ci ildən etibarən isə məscidin kiçik ibadət zalında astronomiya həvəskarları üçün Planetariya fəaliyyət göstərmişdir. 1991-ci ildə Ermənistan müstəqilliyini əldə etdikdən və müsəlman ölkələri ilə diplomatik münasibətlər qurulduqdan sonra Göy məscidin yenidən məscid kimi fəaliyyət göstərməsi zəruriyyəti meydana çıxmışdı. Əvvəlcə 1991-ci ildə Təbiət muzeyi, 1994-cü ildə isə Tarix muzeyi məscid kompleksindən çıxarıldı. 1995-ci ildə İranla Ermənistan arasında imzalanan müqaviləyə əsasən İran hökuməti Göy məscidin yenidən qurulması xərclərini öz üzərinə götürdü. Rekonstruksiya işləri İranın “Bünyad-e Müstəzəfan və Canbazan” (Müharibə veteranları və şəhidlər”) xeyriyyə fonduna həvalə edildi. Məsciddə tamamlama işləri 2006-cı ildə başa çatdırılmışdır. Rekonstruksiya işləri məscid kompleksinin yalnız cənub-qərb və şimal hissəsində aparılmışdır. Göy məscidin 24 metrlik minarəsi, 28 köşkü (hücrə), kitabxanası, böyük zalı, günbəzi və həyəti rekonstruksiya edilmişdir. Hazırda Ermənistan rəsmiləri Göy məscidi xaricdən gələn qonaqlara “Fars məscidi” kimi təqdim edirlər.

XƏBƏR LENTİ
"Düşbərə" (foto-resept)
Daha bir sirli sütun Almaniyada peyda oldu
Şadlıq saraylarında işləyənlərin aqibəti necə olacaq?-VİDEO
WhatsApp-da azərbaycanlı istifadəçilərin sayı nə qədərdir?
Cazibədar futbol aparıcısı efirə çimərlik paltarında çıxdı
Ərdoğan Əsədin cavabını verdi
Cəbhəyanı bölgələrdə erməni silahları susmur
Yazmağı öyrənirəm - 5
Yaşa görə pensiyaların 88 faizi e-qaydada təyin olunub
Ledi Qaqadan gözlənilməz açıqlama
Toyuq suyuna şorba
Günün qoroskopu: Pozitiv gündür!
Avropada ucuz ev məsələsi doğrudur?
Havanın işıqlanması ilə ermənilərin vurduğu ziyan üzə çıxır
Özüm bu torpaqda, nəğməm dünyada!
Mahsun xanımı və qızı ilə - FOTO
Qələbə günü Azərbaycanda hava necə olacaq?
Bu azərbaycanlı gənclər təqaüd qazandı
Labirint-5
"Sen anlat Karadeniz" yeni sezonun tanıtım çarxı yayıldı
Turşulardan zəhərlənməmək üçün nə etməli?
Bakıda 2 mindən çox uşaq müsabiqə əsasında I sinfə qəbul edilib
Ceyhun Bayramov İndoneziya səfiri ilə görüşdü - FOTO
Azərbaycanlı sahibkarlar Gürcüstanda keçiriləcək beynəlxalq sərgiyə dəvət olunurlar
"Bütün dünya siyasətçiləri ulu öndər Heydər Əliyevdən bəhrələnirdi"
Ev almış jurnalistlərə müjdə
"Avroviziya -2018"in bütün iştirakçıları - SİYAHI və LOQO
Bu universitetdə tələbələr silah gəzdirə bilər
Pandemiya daha iki il davam edə bilər
İşin, yoxsa mənəviyyatın?
Qadınların fəallığını artırmaq lazımdır
2014-cü ildə Dövlət Neft Fondunun investisiyaları 34 milyard dolları ötəcək
Bakı-Qars qatarında bilet neçəyə olacaq? - Açıqlama
Güləşçilərimiz Antalyadan medallarla qayıdırlar
“Barselona” Messiyə qiymət qoydu
Saç uzadan turp maskası
Payız aksesuarı
58 tələbəmiz dünyanın ən yaxşı 20 universitetində oxuyacaq
Yay bitir, Bakının dərdi oyanır
Bu fotolara diqqətlə baxın
Dost dedikdə - 3 (son)
Qadın.Netlilər 2013-cü ili necə keçirib? (2)
Manatla verilən kreditlər artacaq
Bakıda klassik avtomobillərin yürüşü olacaq - FOTO
Saatlar geri çəkildi, fen qadağan olundu
Ən böyük partlayış baş verdi: ehtiyatlı olun
Qiyməli kartof (foto-resept)
Berkay və Hira barışdılar-FOTO
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva səs veriblər-FOTO
Cennifer Lopezdən maraqlı addım-VİDEO
