Dadlı yemək hazırlaya bilmək bir sənətdir. Hər insan bunu bacarmadığı üçün zaman-zaman hansısa məkanlarda yediyimiz yeməklər yaddaşımıza birdəfəlik həkk olunur. Daha sonra dəfələrlə eyni yeməkdən hazırlansa belə, eyni dad və keyfiyyəti almaq da mümkün olmur.
Yeməklərdə ərzaqların keyfiyyəti nə qədər önəmli olsa da, yemək bişirilən qabın da materialı əsas məsələ olur. Elə bu səbəbdən bəzi yeməklər məhz bişirilmə formasına görə fərqlənir və həmin üsuldan başqa üsullarla bişirildikdə eyni effekti vermir. Təndir çörəyi, piti, çömlək kababı və s. kimi xüsusi qidalar var ki, məhz bu qidalarda da əsas məsələ yeməkdən çox elə hazırlandığı qablardır.
Bu cür gildən hazırlanan xüsusi qabları əldə etmək asandır. Amma keyfiyyətli olub-olmaması sual altında qalır. Bu cür qablar xüsusi təmiz torpaq və gildən hazırlanıb bişirildiyi üçün əziyyətli bir iş hesab olunur. Bu səbəbdən gil qablar sex üsulu hazırlanır və nadir hallarda şəhərdə əl əməyi olan gil qablara rast gəlinir. Müxtəlif regionlarda isə bu cür qablar sırf əl əməyi olduğundan qiymət etibarilə də baha olur.
Gil saxlama, bişirmə qablarını Bakıda müxtəlif bazarlardan əldə etmək mümkündür. Qiyməti ölçüsünə görə 3-30 manat arasında dəyişən bu cür qabların bəzən ən kiçikləri belə yüksək qiymətli ola bilir. Buna səbəb isə bu qabların əl üsulu ilə hazırlanması və regionlardan gətirilməsidir. Satıcı Elşən Qabulov deyir ki, satılan gil qabların 80%-i bahalı qablar olur, çünki istifadəçi aldığı qabı iki gün istifadə edib atmaq üçün almır. Xüsusən kafe və restoranlar belə qablara maraq göstərdiyindən mümkün qədər keyfiyyətli qab alırlar: "Kafe və restoranlar adətən 2 adamlıq qapaqlı qablardan 50-60 dənə almaq üçün müraciət edir. Sex üsulu ilə hazırlanan qablar ucuz, eyni zamanda tez qırılan, nazik olduğu üçün onlara elə də maraq olmur. Ona görə də, regionlardan, xüsusən Şəkidən gil qablar gətiririk. Elə vaxt olur günə 1, elə vaxt olur 50-dən çox qab satılır. Sex üsulu ilə hazırlanan qabları keyfiyyətli qablardan ayırmaq olduqca çətindir. Yeni qabı alan kimi yemək bişirmək olmaz. Bu zaman həmin yemək yeyilməz və pis dad verər. Buna görə aldıqdan sonra qabı sirkəli soyuq suda 24 saat saxlamaq və daha sonra qaynatmaq lazımdır. Sirkəli suda saxlamaq qabın daha gec qırılması və uzun ömürlü olmasına, qaynatmaq isə qabı yemək bişirilməyə hazırlamasına kömək edər. Vam odda qablarda yemək hazırlamaq qabın qırılmasına səbəb olduğundan gil qabda bişirilən yeməklər xüsusi qaz üstü dəmirlər vasitəsilə bişirilməli və isidilməlidir".
Satıcının sözlərinə görə, Bakıda, ümumiyyətlə ,bu qabları hazırlayan bir emalatxana yoxdur. Onun dediyinə görə, bu qablarda bişən yeməklər dadlı, həm də ekoloji cəhətdən təmiz olur. Buna baxmayaraq, adi qazanlarla müqayisədə baha olduğundan bu sahəyə maraq göstərən də olmur: "Bakıda istənilən qədər belə qablardan tapmaq mümkündür, hansı ki Gürcüstandan gətirilir və ya elə sex üsulu ilə hazırlanır. Bu cür qabların keyfiyyəti Şəki qabları ilə qətiyyən müqayisə oluna bilməz. Ən keyfiyyətli qablar Şəki və Masallıdan gətirilən qablardır. Qablarda bişən və saxlanılan qidalar keyfiyyət baxımından mükəmməl olur, çünki torpaq və gil qarışığı olan qablar nəfəsalma (hava keçirmə) xüsusiyyətinə malikdir".
Aşpaz Elmir Məmmədin sözlərinə görə, gil qablar nəinki ət yeməkləri bişirmək, eləcə də tərəvəz yeməklərinin hazırlanması və saxlama qabı kimi də mükəmməl bir seçimdir. Uzun müddət istifadə olunsa belə, yeganə qablardır ki, tərkib etibarilə dəyişmir və sağlamlığı təhlükə altında qoyacaq heç bir əlavə maddə buraxmır: "Gil qabları saxlamaq və təmizləmək olduqca əziyyətli bir işdir. Müxtəlif tərəvəz yeməklərinin hazırlanması, sup və bulyonların daha dadlı olması üçün gil qablar əvəzsizdir. Eyni zamanda, gil qabda saxlanılan ayranın sərinliyinə və dadına söz ola bilməz".
Həmsöhbətimiz hesab edir ki, gil qab yeməkləri səbir tələb edən yeməkdir və yeməyin nə olmasından asılı olmayaraq yarım saat içində belə qablarda yemək hazırlamaq mümkün deyil. "Bu səbəbdən gil qabların bazarı ölmüş haldadır, çünki insanlar daddan çox ən tez nə bişər deyib yemək hazırlayırlar".
XƏBƏR LENTİ
ABŞ-dan şok etiraf
Bədən quruluşuna görə palto seçimi
Sabahın HAVAsı
Elmar Məmmədyarov Albaniyanın xarici işlər nazirini qəbul edib
Gəlin biraz gülək
Məşhur olmadan əvvəl aktyorların peşələri
Azərbaycanda ev şəraitində 83 uşaq doğulub - 6 AY ƏRZİNDƏ
Uşaqlar gün ərzində cəmi neçə saat yatmalıdır?
Bakıya qar yağır!
Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turniri başlayıb
Var-dövlət nümayişi mənəvi kasıblıqdan irəli gəlir
Meryem Üzerli Dominikdə belə görüntüləndi-FOTO
Sürücülər üçün məsləhət: maşını qışa hazırlayırıq
İşçiyə az maaş verənlərin nəzərinə!
Qatıqlı verməşil salatı (foto-resept)
Yaxşı ana olmağın sirləri
Evlilik məsləhətləri
Vətəndaşlar nazirdən nə istədilər?
Alma haqda bunları bilməlisiniz!
Uşağa baxan kişilərə müjdəli xəbər
Azneft meydanı bağlanacaq
Evlənəcəyiniz insandan bunları soruşun
Beren Saat xəstəxanaya aparılıb
HAVA necə olacaq?-26 Oktyabr
Vətənə 102 qızıl medal gətirdilər
Qorxunc silahlar İŞİD-in əlində
Facebook çökür?
İlon Mask oğlu ilə bağlı VİDEO paylaşıb
Afrika mənşəli virus Azərbaycanda
Tırtıl bisküvit (foto resept)
Təhsildə yenilik
Ayaq barmaqlarınız şəxsiyyətinizi ələ verir!
Dəbli çəkmələr
Sürücülərə XƏBƏRDARLIQ: "Ayaq tərləyir və sürüşür"
Güclü insanlar həyatın acı olduğunu bilir
Məşhur aktyorlar çəkiliş meydançasında öldülər-FOTO
Qadın.Netlə birlikdə hamiləlik (28-ci həftə)
"Elə bir ailə yoxdur ki, orada problem və ya münaqişə olmasın"
Günün ulduz falı - 14.10.2013
TQDK-dan imtahanlarla bağlı açıqlama
Yer yarıldı, avtomobillər yerə girdi
Facebook-da şərhlərdən şikayət olacaq
Benzinin qiyməti nəqliyyatda gediş haqqını da artırdı
Cavan olmam bir də mən?
Məşhurların 14 fevral paylaşımları
Toxunma şal nümunələri
Düşmənin raket hücumuna məruz qalan Gəncənin səmadan çəkilmiş görüntüləri - VİDEO
Bakılıları xəstə edən küy
Ayşvariya Ray ekranlara qayıdır
Ərəb serialındakı səhnələr QALMQAL yaratdı -VİDEO
- ŞƏRHLƏR