İki çarpayı və həyatla ölüm arasında mübarizə aparan iki xəstə.
Çarpayılardan biri pəncərənin qarşısında, o biri isə divarın dibindədir.
Pəncərə qarşısında yatan xəstə səhərdən axşama qədər bayıra baxaraq gördüklərini divarın dibində yatan yoldaşına danışır: "Bu gün dəniz dünənkindən daha sakitdir. Külək də dünənki kimi əsmir. Dənizdə üzən ağ yelkənlər sanki su sonalarıdır. Park?!
Parkda hələ ki heç kim yoxdur. Yelləncəklər də boşdur. Budur,keçən həftəki sevgililər gəldilər. Əl-ələ tutublar. Skamyaların birində əyləşdilər. Gözlərini bir-birindən çəkmirlər. Oğlan pıçıltı ilə qıza nəsə danışır. Nə qədər də bir-birilərinə yaraşırlar. Kaş ki, öz gözlərinlə görəydin. Qızılgüllər sanki bu gün bayram edirlər. Elə açıblar ki, hər tərəf qırmızı rəngə boyanıb. Alça ağacları da gəlin kimi başdan-ayağa ağa bürünüblər.
İndi də parkın bəzəyi olan uşaqlar gəldilər. Əllərində rəngbərəng çərpələnglər, şarlar var. Sanki ümidlərini göyə uçururlar.
Bu gün qağayıların da kefi kökdür. Mavi dənizin üzərində o yan-bu yana uçur, hərdən də suya baş vururlar..."
Günlər də beləcə keçib gedir, xəstə hər gün pəncərədən gördüklərini yoldaşına danışırdı.
Bir gün pəncərənin yanındakı xəstənin ürəyi tutdu. Əgər divar dibindəki xəstə düyməyə basıb həkimi çağırsaydı, bəlkə də yoldaşını xilas edə bilərdi.
Ancaq o, düyməyə basmadı. Çünki yoldaşı öləndən sonra pəncərənin qarşısındakı çarpayı boşalacaq və onu bu çarpayıya köçürəcəkdilər. Beləcə, bu günə qədər qulaqları ilə eşitdiklərini gözləri ilə görəcəkdi. Çox keçmədi ki yoldaşı öldü. Ertəsi gün onu pəncərənin qarşısındakı çarpayıya köçürdülər. Gözlədiyi an gəlib çatmışdı. Həyəcanla pəncərədən baxdı. Ancaq...
Ancaq bayırda qapqara divardan başqa heç bir şey yox idi.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Düyülü kartof kotleti (foto resept)
Kendall Jennerin tərzi
Nazir yarmarkaya gəldi
Uşaqları televizordan necə uzaq tutmalı?
Şirə və nektar,fərq nədədir?
Ev seçərkən diqqət edilməsi lazım olan 6 məqam
Ermənilərdən Qarabağ etirafı
Qadağan olunmuş şəhər
Bananlı tort (foto resept)
Siz də lider ola bilərsiniz
Yeni dərs ilində uşaqlarınızı onurğa əyriliklərindən necə qorumalı?
Sosial şəbəkələrin “yalançı çobanları”
Kardioməşqlər beyni cavanlaşdırır
Kivi mürəbbəsi (foto-resept)
Hava haqqında - 10.02.2014
Bəzi evdarlıq üsulları
Dünyanın ən qeyri-adi 5 toy adəti
Viktoriya sevgi döyməsini sildirdi-FOTO
Fındıqlı biskuvit (foto-resept)
Rühəngiz Allahverdiyeva yeni imicdə-FOTO/VİDEO
Bunlar əsl sənət əsərləridir
Çində koronavirusa yoluxanların sayı 24 mini aşdı
Müdafiə Nazirliyi yaralı qadınlarımıza görə qisas alacağına söz verdi
Yeni "iPhone 7" gəlir
Məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər - Nazirlik açıqladı
"Dostlar" Serialı Yenidən Çəkilir-FOTO
Fevral ayının qalibləri!
Bakı metrosundakı əsas məhdudiyyət açıqlandı - RƏSMİ
Möhtəşəm kirpiklər üçün 4 tuş hiyləsi
3 saatda 34 min xərclədi
Aztəminatlı ailələrə şad xəbər - mənzil veriləcək
"Ən böyük arzum Türkiyə və Azərbaycanın tək dövlət olmasıdır”
Bakı sakinlərinə müraciət: Sabah küçəyə çıxmayın
Kolleclərə sənəd qəbulunun vaxtı açıqlandı
Cəlilabadda möhtəşəm Alov festivalı
Dəbli yarımboğaz çəkmələr
Badamlı balıq (foto resept)
Sadə donlar
Çərəzlər
İnsanı çürüdən xəstəlik
Burcu Esmersoy BOŞANIR-FOTO
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edildi - YENİLƏNİB
Tikinti zamanı 20 əsrlik tabut tapıldı
"Alyonka"nın balaca qəhrəmanı 53 il sonra - FOTO
Körpə gözləyən valideynlərə məsləhətlər
Yay donları
Eynəklər
Yıldız Tilbenin cəzası bəlli oldu
Hande Erçel 2020-ci ilin ən gözəl qadını seçildi
Şəkər xəstələri, günəşə diqqət!
- ŞƏRHLƏR