İki çarpayı və həyatla ölüm arasında mübarizə aparan iki xəstə.
Çarpayılardan biri pəncərənin qarşısında, o biri isə divarın dibindədir.
Pəncərə qarşısında yatan xəstə səhərdən axşama qədər bayıra baxaraq gördüklərini divarın dibində yatan yoldaşına danışır: "Bu gün dəniz dünənkindən daha sakitdir. Külək də dünənki kimi əsmir. Dənizdə üzən ağ yelkənlər sanki su sonalarıdır. Park?!
Parkda hələ ki heç kim yoxdur. Yelləncəklər də boşdur. Budur,keçən həftəki sevgililər gəldilər. Əl-ələ tutublar. Skamyaların birində əyləşdilər. Gözlərini bir-birindən çəkmirlər. Oğlan pıçıltı ilə qıza nəsə danışır. Nə qədər də bir-birilərinə yaraşırlar. Kaş ki, öz gözlərinlə görəydin. Qızılgüllər sanki bu gün bayram edirlər. Elə açıblar ki, hər tərəf qırmızı rəngə boyanıb. Alça ağacları da gəlin kimi başdan-ayağa ağa bürünüblər.
İndi də parkın bəzəyi olan uşaqlar gəldilər. Əllərində rəngbərəng çərpələnglər, şarlar var. Sanki ümidlərini göyə uçururlar.
Bu gün qağayıların da kefi kökdür. Mavi dənizin üzərində o yan-bu yana uçur, hərdən də suya baş vururlar..."
Günlər də beləcə keçib gedir, xəstə hər gün pəncərədən gördüklərini yoldaşına danışırdı.
Bir gün pəncərənin yanındakı xəstənin ürəyi tutdu. Əgər divar dibindəki xəstə düyməyə basıb həkimi çağırsaydı, bəlkə də yoldaşını xilas edə bilərdi.
Ancaq o, düyməyə basmadı. Çünki yoldaşı öləndən sonra pəncərənin qarşısındakı çarpayı boşalacaq və onu bu çarpayıya köçürəcəkdilər. Beləcə, bu günə qədər qulaqları ilə eşitdiklərini gözləri ilə görəcəkdi. Çox keçmədi ki yoldaşı öldü. Ertəsi gün onu pəncərənin qarşısındakı çarpayıya köçürdülər. Gözlədiyi an gəlib çatmışdı. Həyəcanla pəncərədən baxdı. Ancaq...
Ancaq bayırda qapqara divardan başqa heç bir şey yox idi.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dünyanı necə çirkləndirdiyinizi görün
Dolu düşəcək - XƏBƏRDARLIQ
Prezident Bilal Əliyevə ev hədiyyə etdi
"Destiny's Child" 2020-ci ildə yenidən birləşə bilər
Diş məcunu - evdarlıqda köməkçiniz
Sobada kartof dilimləri
BÜRCLƏR bizə nə vəd edir?-12 yanvar
Azərbaycan həkimlərindən insanlıq dərsi...
Tərəvəz ilə bişmiş toyuq (foto resept)
Sulu qəlyan ölümcül təhlükədir
Naxçıvana uçuşların sayı artırılır? - RƏSMİ AÇIQLAMA
İmtahanlar yenidən təxirə salınır - RƏSMİ
Diş sağlamlığına diqqət edin
Ölən Ərinin Maketi ilə Dünya Səyahətinə çıxdı-FOTO
Sabah şaxta olacaq
Kişilərin sevdiyi 4 qadın tipi
Qadınlar haqqında lətifələr
“İstərdik ki, Dağlıq Qarabağda bundan sonra heç vaxt qan tökülməsin”
Anne Laure Maisin ilham verən toyu
Düşmən texnikalarının məhv edilməsinin yeni görüntüsü - VİDEO
IV Qlobal Bakı Forumu başlayır
"Dünya gözəli"müsabiqəsinin keçdiyi yol
Ən bahalı kökə bişirildi
Elnur Hüseynov: "Eurovision"da Türkiyə üçün də yarışacam"
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq Yazıçısı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun Bakıda xatirə gecəsində iştirak edib
Ukraynada atəşkəs pozuldu
İTV-nin 7 əməkdaşı koronavirusa yoluxub
"Babil" bu tarixdə yayımlanacaq
Emin Sabitoğlunun ad günüdür
Qaralmış süd dişləri haqqında peşəkar məsləhəti
"Barselona"nın qəbirqazanı danışdı
Hamilələr daha ağıllıdırlar?
İsveçdə "Uğursuzluqlar muzeyi" açılacaq
Özgü Namaldan gözlənilməz qərar
HAVA necə olacaq?-29 yanvar
Veteranlara pul veriləcək - Prezident sərəncam imzaladı
Təkcə siqaret çəkənlərin tutulduğu xəstəlik
Avtomobil sənayesində inqilab
Ancaq qadınların bildiyi hallar
Kəsmikli zapekanka (foto resept)
Qışda daha sağlam olaq
Azərbaycanda geni dəyişdirilmiş bitki və bitki materiallarının istifadəsi qadağan edilir
Payızın trend rəngləri
Bu da yeni iPhone
Avokadolu əl maskası
Heminquey "Nobel" almağa niyə getmədi?
Ölkələrə görə oruc tutma müddəti
Facebook-da yenilik
Prezident İlham Əliyevin Sumqayıt şəhərinə səfəri
Şəhid general-mayor Polad Həşimov dəfn olunur
- ŞƏRHLƏR