İki çarpayı və həyatla ölüm arasında mübarizə aparan iki xəstə.
Çarpayılardan biri pəncərənin qarşısında, o biri isə divarın dibindədir.
Pəncərə qarşısında yatan xəstə səhərdən axşama qədər bayıra baxaraq gördüklərini divarın dibində yatan yoldaşına danışır: "Bu gün dəniz dünənkindən daha sakitdir. Külək də dünənki kimi əsmir. Dənizdə üzən ağ yelkənlər sanki su sonalarıdır. Park?!
Parkda hələ ki heç kim yoxdur. Yelləncəklər də boşdur. Budur,keçən həftəki sevgililər gəldilər. Əl-ələ tutublar. Skamyaların birində əyləşdilər. Gözlərini bir-birindən çəkmirlər. Oğlan pıçıltı ilə qıza nəsə danışır. Nə qədər də bir-birilərinə yaraşırlar. Kaş ki, öz gözlərinlə görəydin. Qızılgüllər sanki bu gün bayram edirlər. Elə açıblar ki, hər tərəf qırmızı rəngə boyanıb. Alça ağacları da gəlin kimi başdan-ayağa ağa bürünüblər.
İndi də parkın bəzəyi olan uşaqlar gəldilər. Əllərində rəngbərəng çərpələnglər, şarlar var. Sanki ümidlərini göyə uçururlar.
Bu gün qağayıların da kefi kökdür. Mavi dənizin üzərində o yan-bu yana uçur, hərdən də suya baş vururlar..."
Günlər də beləcə keçib gedir, xəstə hər gün pəncərədən gördüklərini yoldaşına danışırdı.
Bir gün pəncərənin yanındakı xəstənin ürəyi tutdu. Əgər divar dibindəki xəstə düyməyə basıb həkimi çağırsaydı, bəlkə də yoldaşını xilas edə bilərdi.
Ancaq o, düyməyə basmadı. Çünki yoldaşı öləndən sonra pəncərənin qarşısındakı çarpayı boşalacaq və onu bu çarpayıya köçürəcəkdilər. Beləcə, bu günə qədər qulaqları ilə eşitdiklərini gözləri ilə görəcəkdi. Çox keçmədi ki yoldaşı öldü. Ertəsi gün onu pəncərənin qarşısındakı çarpayıya köçürdülər. Gözlədiyi an gəlib çatmışdı. Həyəcanla pəncərədən baxdı. Ancaq...
Ancaq bayırda qapqara divardan başqa heç bir şey yox idi.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qızılın qiyməti artacaq
Portağal qabıqlı, kişmişli kekslər (foto resept)
Əhvalı yaxşılaşdıran idmanlar
Kakaolu paxlava(foto-resept)
Reyhanlı tomat sousu (foto resept)
Cəbhədə erməni təxribatı
Azərbaycanda seçkinin nəticələri ləğv edildi
Suyun əhəmiyyəti
Dünyaya səs salan Qarabağ xalçalarının rəngi qayıtdı - FOTO
10 milyona çatırıq: Oğlanlar çoxalır, qızlar azalır...
Pecenye M&M’S(foto resept)
Brüsseldə Qarabağla bağlı layihə: Ədalətsiz qərar dəyişdirildi
Doğulacaq körpələrinin cinsi məlum oldu
Möhtəşəm don modelləri
Diş məcunu sızanaqları yox edirmi?
Sevindirici XƏBƏR: qorxunc dəlik bağlanır
Peşə məktəblərinin şagirdlərinə ödəniləcək əmək haqqının məbləği açıqlandı
Tarixin ən uzunmüddətli günəş tutulması baş verəcək
Məşhur əsərlər günümüzdə
İnsanlar irəlidə 200 il yaşaya bilərmi?
2015-2016-cı illər payız -qış dəbi
Neft ucuzlaşmaqda davam edir
Azərbaycan dilinin informasiya bazası yaradılacaq
Belə rekord olmamışdı
Nazirlikdən bayram sovqatı
Stiven Spilberqin qızı Həbs Olundu-SƏBƏB
Hansı hallarda təqiyyə etmək olmaz?
Azərbaycan cənnəti qışda
Şeytanın sevdiyi 10 adam
Gözəl jaketlər
Kitabları mobillə oxuya bilərsiniz
Duzdan miqdarında istifadə edin
Sobada somon balığı (foto-resept)
İrina Şeykin gecə libasları
Saç rənginin təbii yolla açılması
Murat Bozdan sevgi açıqlaması
Hadisə reklamdan 5 milyon qazanacaq
Ronaldu tarixin ən yaxşı futbolçusu oldu - FOTO
Tapın görək?!
Mobil internetdən istifadə edənlər sürətlə artır
“WhatsApp”da “blokdan çıxmağın yeni üsulu
Yuxuda nadir hallarda gördüklərimiz
Daşıyıcı analıq
Saç üçün maskalar
"Ən Qəribə Ad"müsabiqəsinin qalibi bəlli oldu-FOTO
Sobada tərəvəzli toyuq (foto-resept)
Azərbaycan üçün qorxulu proqnoz
Mətbəx üçün praktik məlumatlar
Barak Obama və iki baş nazir: "Özümüzü çəkək" qalmaqalı
Kənan Doğulu Beren Saatla çəkdirdiyi yeni klipini təqdim etdi-VİDEO
- ŞƏRHLƏR