Tədqiqatçılar Antarktida üzərində ozon təbəqəsində baş verən nazilmənin azalmağa başladığına dair ilk dəqiq faktlar əldə ediblər.
Milli.Az lent.az-a istinadən bildirir ki, 2015-ci ilin sentyabr ayında aparılan müşahidələr ozon təbəqəsindəki dəliyin 2000-ci illə müqayisədə 4 milyon kvadratkilometr azaldığını müəyyən ediblər. Bu, təxminən Hindistanın sahəsi ilə bərabər ölçüdür. Dəlikdəki daralmanın ən azı yarısının ozana, zərərli kimyəvi maddələrin istifadəsinin mərhələli olaraq azaldılması sayəsində reallaşdığı düşünülür. Dəliyin xüsusilə Antarktida qitəsi üzərində meydana gəlməsinin səbəbi isə həddindən artıq soyuq hava və bölgəyə düşən günəş şüalarının intensivliyi olub.
BBC Türkiyənin məlumatına görə, ingilis tədqiqatçıları Antarktikanın təxminən 10 kilometr üzərindəki ozon təbəqəsinin diqqətə çarpan şəkildə nazilməsini ilk olaraq 1980-ci illərin ortalarında müşahidə ediblər. 1986-cı ildə ABŞ-lı alim Susan Solomon xloroflorokarbon (CFC) qazlarının ozon təbəqəsinə zərər verdiyini sübut edib. Bu qazlar saç spreylərindən soyuduculara və kondisionerlərə qədər bir çox sahələrdə istifadə edilir. 1987-ci ildə imzalanan Monreal protokoluna əsasən, CFC qazlarının istifadəsinə istiqamətli qəti tədbirlər görülüb. 2000-ci ildən etibarən bu qazların istehsalı ciddi formada aşağı düşüb. CFC qazlarının atmosferdəki ömrünün 50-100 il olduğu təxmin edilir. Hazırda stratosferdə (atmosferin 2-ci qatı) olan CFC-lərin müəyyən zaman ərzində tamamilə yox olmasıyla, ozon təbəqəsindəki dəliyin daha da kiçiləcəyi təxmin edilir.
Araşdırmanı icra edən qrup 2015-ci ilin oktyabr ayında "ozon təbəqəsindəki dəliyin rekord səviyyəyə çatdığına" dair tapıntıların, o dövrdəki vulkanik fəaliyyətlərdən qaynaqlandığını bildirib.
Çilidəki Kalbuko Yanardağı keçən ilin aprel ayında 43 il aradan sonra yenidən fəaliyyətə başlayıb. Canlıların günəşin ultrabənövşəyi şüalarının zərərindən qorunmasını təmin edən ozon təbəqəsinin incəlməsi dəri xərçəngi və katarakt hadisələrinin artmasına səbəb olduğu kimi, heyvanlar və bitkilər üçün də təhlükə yaradır.
Milli.Az
XƏBƏR LENTİ
Qurani-Kərimdə adı çəkilən 6 meyvə
Dik dur, əyilmə!
Kenan Doğuludan Beren Saat ETİRAFI
Çoxlarını narahat edən məsələyə aydınlıq gəldi
Evdə güldan düzəltmək
Paraben - gizli düşmənimiz
Pendir souslu yaz salatı(foto resept)
FHN Suqovuşan su anbarını mühafizəyə götürüb
Hər kəs bu VİDEOdan danışır
Hava haqqında
Qubadlı şəhəri bizimdir! - VİDEO
Azərbaycan valyuta bazarının həftəlik icmalı
Alma suyunun faydası
Vahiməyə salan təbiət
Dərman əvəzinə meyvələr
Pizza xəmirində balıq
Dünyanın ən böyük aeroportu açılacaq-FOTO
O, məzhəb davasını uğurla həll etdi
Günün ulduz falı
Pakistan Azərbaycana yeni səfiri təyin etdi
Gün var əsrə bərabər: Ötənləri yada salaq
İnstaqramda trendə çevrilən geyimlər
Yer sakinləri acından ölə bilər
Məşhurların milyon dollara satılan əşyaları
Sevdiyin insanı ölçülü sev
Sürücülərin diqqətinə: başlanır!
Sağlam kökəlməyin yolları
Ziyafət çantaları
200 kaloridən az olan 2 sağlam smoothie
Bu gündən Bakıda bayram yarmarkaları təşkil olunur
Rusiya sülhməramlılarından ibarət 10-cu təyyarə Dağlıq Qarabağa yola düşdü
Nepalda yenidən güclü zəlzələ oldu
Səudiyyə nefti bahalaşdırdı
Havaların kəskin soyuması nələrə səbəb ola bilər?
Qızıl kəskin ucuzlaşdı
Monteneqro sabahdan Azərbaycandan gedən turistləri qəbul edəcək
Çillərdən qurtulaq!
Şahzadənin sevinci ürəyində qaldı-FOTO
Nikah üçün məcburi müayinə - xəstəlik aşkarlanan cütlüklər evlənə bilməz?
Kim Çen In həyat yoldaşını edam edib?
Sıla Ziynet Salı ilə barışdı
İnteryerdə incəlik
Sərdar Ortaç bir milyon ödədi-SƏBƏB
Məşhur model şahzadə Harridən ayrılmasının səbəbini açıqladı - FOTO
Günün ulduz falı
Meghan Marklenin pozduğu qaydalar
Ulduz futbolçu azanı eşitdi və ...
Amniotik maye
Limon peçenyesi (foto resept)
Kabab (foto resept)