11 iyul Ümumdünya Əhali Günü ilə bağlı РђzərbР°ycР°ndР° dРµmРѕqrР°fik vəziyyət açıqlanıb. ANS PRESS-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 43,3 min nəfər və ya 0,5 faiz artaraq 2015-ci il iyun ayının 1-i vəziyyətinə 9636,3 min nəfərə çatıb.
Əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfərdir. Əhalinin ümumi sayının 53,1 faizini şəhər, 46,9 faizini isə kənd sakinləri təşkil edir, 49,8 faizi kişilərdən, 50,2 faizi qadınlardan ibarətdir. Əhalinin 22,4 faizi 0-14 yaşda, 71,6 faizi 15-64 yaşda, 6,0 faizi isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür.
Cari ilin ilk 5 ayı ərzində ölkədə 66,4 min, yaxud hər gün orta hesabla 440 körpə doğulub, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 16,9 olub. Doğulan körpələrin 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarıdır. Körpələrin 1156-sı əkiz, 33-ü isə üçəm doğulub. Doğulan körpələr üçün 74,2 yaş, o cümlədən oğlanlar üçün 71,6 yaş, qızlar üçün 76,8 yaş ömür uzunluğu gözlənilir.
Uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə bütün ömür boyu orta hesabla 2,2 doğulmuş uşaq düşür və bu da ölkə üzrə əhalinin təkrar istehsalını təmin edir.
İlin əvvəlindən ölkədə 23,8 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm əmsalı 6,3-dən 6,0-a qədər azalıb.
Bu ilin yanvar-may ayları ərzində rəsmi orqanlar tərəfindən 32,6 min nikah və 5,3 min boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 7,9-dan 8,3-ə qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (1,3) qalıb.
Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən cari ilin 5 ayı ərzində daimi yaşamaq üçün Azərbaycana 1034 nəfər gələn və 355 nəfər ölkədən gedən qeydə alınıb.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Azərbaycan tarixindən yüz şəxsiyyət-8
Aclıq hissini yox edin
Şişkinliyi azaldan qidalar
Koko Şanel tərzi: eleqant xanım geyimləri
"Qalatasaray"da daha bir braziliyalı?
Ən gözəl qarderoblar
Rusiyaya gedənlərə ŞAD XƏBƏR
Günün qoroskopu: soyuqqanlı düşünün, təmkinli olun
Dəbli ayaqqabı modelləri
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Snayperlər hazırlığı kursunun növbəti buraxılışı olub
Şeyma Subaşı ona gələn təkliflərdən danışdı_FOTO
Pomidorlu makaron (foto resept)
Maraglı fincanlar
Ən çox satılan maşınlar
McLaren yeni sirr açır
Dondurmalar mövsumu hansı təhlükələrlə gəlir?
Kəs və yapışdır-25
Saç tökülməsinə qarşı acı bibər maskası
Sevəndə bədənimizdə nələr dəyişir?
Məşhur alimdən zəlzələ AÇIQLAMASI-"9 bal gücündə"
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib
Samsung bükük batareya göstərdi
Uşaqlar doğum evində səhv düşüb- 4 il sonra
Ölən zəvvarların adları bilindi
Azərbaycanda Neftçilər Günü qeyd edilir
Piza qülləsi qamətini düzəldir
Valeriya siyasi karyeraya başladı
Ürək-damar xəstəliklərinin təbii yolla müalicəsi
Cəhənnəm adası: bura lənətlənmiş insanların məkanı idi
Valideynlərin NƏZƏRİNƏ! Gələn ildən uşaq bağçalarına qəbul...
Dırnaqları necə möhkəmləndirməli
Yaz üçün geyim kombinasiyaları
Sabah 26920 nəfər biliyini sınayacaq
Tatlısəs əmlakını 15 milyon dollara satışa çıxardı
Makiyajla yatmağın zərərləri
Dəniz Çakır yeni FOTOsuyla diqqət çəkdi
Qadin.Netlə birlikdə hamiləlik (XVII həftə)
Əliyev Ərdoğana qapıları açdı
Bu günün tarixi (28.12.2014)
Tarkan qızının adını açıqladı-FOTO
Ölümcül xəstəliyin sonu
Hamiləliklə xərçəngi səhv salıb kimyaterapiya etdilər-FOTO
Kim Çenin son görüntüləri yayıldı
Bekhem cütlüyündən oğluna qeyri-adi hədiyyə - FOTO
DİN-dən düşmən təxribatı ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Özəl məktəblərdə həftədə beş dəfə əyani təhsil tətbiq ediləcək? - RƏSMİ
"Sevinc" salatı (foto resept)
Çörəkli keks (foto resept)
Müştəri cəlb etməyin yolları















- ŞƏRHLƏR