Təsəvvüf insanın daxili dünyasıyla ruhi və mənəvi cəhətdən özünü inkişaf etdirməsidir. Təsəvvüf termin olaraq Quranda və hədislərdə keçmir. Hicri tarixinin ilk iki yüz ilində insanın özünün daxili dünyasındakı dərinliyə və zənginliyə enməsini bildirən ifadə zühd, təqva, ibadət kimi kəlmələr istifadə olunur.Belə kəlmələrə zahid və abid deyilir. Hicri III əsrdə daha əhatəli olaraq təsəvvüf, “sufi”, “sufiyyə” kimi terminlərdən istifadə edilməyə başlandı. Və bir müddətdən sonra təsəvvüf ayrı bir elm və davranış forması kimi ortaya çıxmışdır.
Təsəvvüf Allahın ad və sifətlərini, kainatın meydana gəlməsini və insanın özünü “vəhdət-i vücud” fikiri ilə açıqlayan dini, fəlsəfi və mistik bir təlimdir. Təsəvvüfdə ana fikir kainatda tək varlığın olduğu tezisdir. Digər bütün varlıqlar isə o tək varlığın görünüşlərindən ibarət olaraq qəbul edilir. Bu baxımdan panteizmlə çox vaxt qarışdırılır. Panteizm kainatın bütününü tanrı olaraq qəbul edən fəlsəfi görüşdür. Təsəvvüfdə dini hiss, həyəcan və məlumatlar tərbiyəvi məqsədlər üçün araşdırılır. Bu halda bir yerdə təsəvvüf pedaqoji sahədir. Təsəvvüfdə bu xüsus “əxlaq” və “ədəb” sözü ilə ifadə edilir. Həqiqətən də təsəvvüf hər şeydən əvvəl bir ruh tərbiyəsidir və bu baxımdan da tərbiyə və əxlaq elmi ilə münasibətdədir. Ürək təmizliyi, gözəl əxlaqi və nəfsin təmiz hala gətirilməsi təsəvvüfün həm mövzusu, həm də məqsədidir. Bu xüsusları reallaşdıran insan kamil insandır. Bu halda təsəvvüfün məqsədi insanı yetkinləşdirmək və fəzilətlərlə təchiz etməkdir. Qısaca insanı insan etməkdir.
Qurani-Kərim, “..Ona bənzər heç bir şey yoxdur..” ayəsi ilə Allah Təalanın, heç bir şeyə bənzəmədiyini (bununla birlikdə bütün varlıqların xaricində və) onların yaradıcısı olduğunu ifadə etməkdədir. Halbuki təsəvvüf, əsas etibarilə Allahın, hər şeyin öz qaynağı olduğunu müdafiə edən bir düşüncədir. Bu səbəbdən təsəvvüfə görə kainatda nə varsa hər şey (haşa!) onun bir parçasıdır. Təsəvvüfün təməl daşı budur.
Qurani-Kərimə görə insan, sırf Allaha qulluq etmək üçün yaradılmışdır. İnsan varlıqdır və Allahın quludur. Təsəvvüfə görə isə insan Allahın təcəllisidir; Onun bir surətidir; hətta Onun bir parçasıdır... Ona aşiq olmalı, yenidən Ona dönməli, Onda əriyib bütünləşməli və Onunla birlikdə ölümsüzləşməlidir. Təsəvvüfün xülasəsi budur. Hallacı Mənsur, Ömər Xəyyam, Şihabuddin Suhrəverdi, İbn. Ataillah əl-İsgəndəri, İbn’ul-Fərid, Muhiddini Ərəbi, Molla Məscid və Abdulkərim əl-Ciyli kimi mutasavvıflar təsəvvüfü belə anlamış və açıqca belə işləmişlər.
O, hər şeyi bilən; elmi, yerlərin ən alt qisimiylə göylərin ən üst nöqtəsi arasında cərəyan edən hadisələri əhatə edən, zərrəciklərin də elmi xaricində qala bilmədiyi bir alimdir. O, atmosferdəki zərrəciklərin hərəkətlərini, bütün sirləri və ən gizli şeyləri bilir. Bütün bunları qədim və əzəli elmiylə bilməkdədir. Bu elm əsla dəyişməyəcək, heç bir zaman itməyəcək bir elmdir. Sonradan var olub bir zamana qədər davam edəcək bir elm deyil.” Şübhəsiz ki, Allah göylərin və yerin qeybini (gözə görünməyən sirlərini) bilir. O, ürəklərdə olanları da biləndir!”
Təsəvvüf yolunda irəliləyə bilmək üçün, Allahdan başqa hər şeyin sevgisini ürəkdən çıxarmaq lazımdır. Allah Təalanın lütfkarlığı ilə, ürək heç bir şeyi görməz olsa, deyilən şey hasil olar. Beləcə, istənilən şey hasil olar ki, axtarılan da budur. İslam dininin həqiqəti buradadır. Buna qovuşan şəxsə, Allah Təalanın razı olduğu, sevdiyi kimsə deməkdir.. Nəfs, küfrdən xilas olub, Allah Təalanın qəza və qədərindən razı olar. Allah Təala da ondan razı olar. Özünü anlar. Böyüklük, özünü bəyənmək xəstəliyindən xilas olar.
XƏBƏR LENTİ
“Instagram”da yeni fırıldaqçılıq
Yaponlar Lexus-u dəyişdilər
Hava haqqında
Cemli rulet (foto resept)
Həqiqət acı olsa da...
Azərbaycan tarixindən yüz şəxsiyyət-57
Ermənilər Xankəndidən niyə əl çəkmir? - VİDEO
Gözəl gözlərə sahib olan hindistanlılar
Bred Pittlə Anjelina Coli razılığa gəldi-FOTO
Monika Belluçi ETİRAF etdi-FOTO
Soyuducunun necə yarandığını bildirsinizmi?
Həkimlər xəbərdarlıq edir
Coca-Cola-da təhqir çıxdı
Rəngli gəlinlik modelləri
Toy rəqsi
Tartolet (foto-resept)
Gilaslı, limon souslu keks (foto-resept)
Həftənin ilk iş gününün HAVAsı açıqlandı
Sağlam beyin üçün tövsiyələr
Koronavirus peyvəndinə əks göstərişlər açıqlanıb
Hər şey öz əlimizdədir
160-dan çox ölkə bu qidaları QADAĞAN EDİB: alma, çörək, ət...
Kartofun dəriyə faydası
21 yaşlı qız hər kəsi şoka saldı!
Quş qripinə görə monitorinqə start verildi
Gül kələmli pizza (foto resept)
Xalq təbiblərinin bəzi məsləhətləri
Bank kreditləri: bizdə də ABŞ-dakı kimi olsun?
Azərbaycanlılara ailə təhsili lazımdırmı?
Körpəni ana südündən necə ayırmalı?
Vaksin hazırlanana qədər koronavirusa qalib gəlməyin yolu açıqlandı
11-ci sinif şagirdlərinə bəd xəbər
Günün qoroskopu: şəxsi münasibətlərlə işgüzar əlaqələri qarışdırmayın
Britaniya jurnalında səfirimizin məqaləsi dərc edildi
Əvvəlki illərin məzunları üçün imtahandır
Hayde Bruneder: "Azərbaycan gimnastları böyük irəliləyişlərə nail olublar"
Bakı bulvarı ancaq varlılar üçündür?
Məşhur aktyor 1 milyonluq yardım etdi
Uşaqlar kifayət qədər hərəkət etmir
Şəki kəndlərinin içməli su təchizatı yaxşılaşdırılır
Günün qoroskopu:Uğurlu gündür!
Bu müəllimlərin maaşı artırılacaq
Fərqli Audi Q3 TDI S təqdim olundu - FOTO
Ən gözəl bilərzik kombinasiyaları
Bakıya 12 milyon doza gətirildi
Tramp daha iki hind quşunu xilas etdi
Qar uçqunu 216 adamı öldürüb
Qadın.Net-li dostum
Əmgək problemi
Mirvari sırğalar
- ŞƏRHLƏR