Qadin.NET / Təsəvvüf

Təsəvvüf

Təsəvvüf

Təsəvvüf insanın daxili dünyasıyla  ruhi və mənəvi cəhətdən özünü inkişaf etdirməsidir. Təsəvvüf termin  olaraq Quranda və hədislərdə keçmir. Hicri tarixinin ilk iki yüz ilində insanın özünün daxili dünyasındakı dərinliyə və zənginliyə enməsini bildirən ifadə zühd, təqva, ibadət kimi kəlmələr istifadə olunur.Belə kəlmələrə zahid və abid deyilir. Hicri III əsrdə daha əhatəli olaraq təsəvvüf, “sufi”, “sufiyyə” kimi terminlərdən istifadə edilməyə başlandı. Və bir müddətdən sonra təsəvvüf ayrı bir elm və davranış forması kimi ortaya çıxmışdır. 

 

Təsəvvüf Allahın ad və sifətlərini, kainatın meydana gəlməsini və insanın özünü “vəhdət-i vücud” fikiri ilə açıqlayan dini, fəlsəfi və mistik bir təlimdir. Təsəvvüfdə ana fikir kainatda tək varlığın olduğu tezisdir. Digər bütün varlıqlar  isə o tək varlığın görünüşlərindən ibarət olaraq qəbul edilir. Bu baxımdan panteizmlə çox vaxt qarışdırılır. Panteizm kainatın bütününü tanrı olaraq qəbul edən fəlsəfi görüşdür. Təsəvvüfdə dini hiss, həyəcan və məlumatlar tərbiyəvi məqsədlər üçün araşdırılır. Bu halda bir yerdə təsəvvüf pedaqoji sahədir. Təsəvvüfdə bu xüsus “əxlaq” və “ədəb” sözü ilə ifadə edilir. Həqiqətən də təsəvvüf hər şeydən əvvəl bir ruh tərbiyəsidir və bu baxımdan da tərbiyə və əxlaq elmi ilə münasibətdədir. Ürək təmizliyi, gözəl əxlaqi və nəfsin təmiz hala gətirilməsi təsəvvüfün həm mövzusu, həm də məqsədidir. Bu xüsusları reallaşdıran insan kamil insandır. Bu halda təsəvvüfün məqsədi insanı yetkinləşdirmək və fəzilətlərlə təchiz etməkdir. Qısaca insanı insan etməkdir.

Təsəvvüf

Qurani-Kərim, “..Ona bənzər heç bir şey yoxdur..” ayəsi ilə Allah Təalanın, heç bir şeyə bənzəmə­di­yini (bununla birlikdə bütün varlıqların xaricində və) onların yaradıcısı ol­du­ğunu ifadə etməkdədir. Halbuki təsəvvüf, əsas etibarilə Allahın, hər şeyin öz qaynağı olduğunu müdafiə edən bir düşüncədir. Bu səbəbdən təsəvvüfə görə kainatda nə varsa hər şey (haşa!) onun bir parçasıdır. Təsəvvüfün təməl daşı bu­dur.

 Qurani-Kərimə görə insan, sırf Allaha qulluq etmək üçün yaradılmış­dır. İnsan varlıqdır və Allahın quludur. Təsəvvüfə görə isə insan Allah­ın təcəllisidir; Onun bir surətidir; hətta Onun bir parçasıdır... Ona aşiq olmalı, yenidən Ona dönməli, Onda əriyib bütün­ləşməli və Onunla birlikdə ölümsüzləşməlidir. Təsəvvüfün xülasəsi budur. Hallacı Mənsur, Ömər Xəyyam, Şihabuddin Suhrəverdi, İbn. Ataillah əl-İsgəndəri, İbn’ul-Fərid, Muhiddini Ərəbi, Molla Məscid və Abdulkərim əl-Ciyli kimi mutasavvıflar təsəvvüfü belə an­lamış və açıqca belə işləmişlər.   

Təsəvvüf

O, hər şeyi bilən; elmi, yerlərin ən alt qisimiylə göylərin ən üst nöqtəsi arasında cərəyan edən hadisələri əhatə edən, zərrəciklərin də elmi xaricində qala bilmədiyi bir alimdir. O, atmosferdəki zərrəciklərin hərəkətlərini, bütün sirləri və ən gizli şeyləri bilir. Bütün bunları qədim və əzəli elmiylə bilməkdədir. Bu elm əsla dəyişməyəcək, heç bir zaman itməyəcək bir elmdir. Sonradan var olub bir zamana qədər davam edəcək bir elm deyil.” Şübhəsiz ki, Allah göylərin və yerin qeybini (gözə görünməyən sirlərini) bilir. O, ürəklərdə olanları da biləndir!”

Təsəvvüf yolunda irəliləyə bilmək üçün, Allahdan başqa hər şeyin sevgisini ürəkdən çıxarmaq lazımdır. Allah Təalanın lütfkarlığı ilə, ürək heç bir şeyi görməz olsa, deyilən şey hasil olar. Beləcə, istənilən şey hasil olar ki, axtarılan da budur. İslam dininin həqiqəti buradadır. Buna qovuşan şəxsə, Allah Təalanın razı olduğu, sevdiyi kimsə deməkdir.. Nəfs, küfrdən xilas olub, Allah Təalanın qəza və qədərindən razı olar. Allah Təala da ondan razı olar. Özünü anlar. Böyüklük, özünü bəyənmək xəstəliyindən xilas olar.

Təsəvvüf
2 yanvar 2013
GO BACK