Uzun müddətdir ki, gündəmdə olan Azərbaycanın bölgələrində işləyən müəllimlərin diaqnostik qiymətləndirməsi məsələsi realaşmaq üzrədir. Bu qiymətləndirmədən üzü ağ çıxan müəllimlərin maaşı da artırılacaq.
Bölgələrdə 190 manat, hətta ondan da az əmək haqqı alan müəllimlər çoxdur. Elə müəllimlərin sınaq qiymətləndirilməsi prosesini səbirsizliklə gözləmələri də buna görədir.
Müəllim Mehriban Hacıyeva deyir ki, diaqnostik qiymətləndirmə bir növ müəllimlərin məsuliyyətini və onların özünə inamını bir daha artırır.
Diaqnostik qiymətləndirilmə təcrübəsi artıq paytaxtda 30 min müəllim üçün sınaqdan çıxarılıb. Sınaq qiymətləndirmənin yekunu olaraq isə imtahanda yüksək nəticə göstərən müəllimlərin əmək haqqı artırılıb.
120 minlik müəllim ordusunun daha 30 mini üçün diaqnostik qiymətləndirmə bu dəfə bölgələrdə keçiriləcək. Artıq sınaq qiymətləndirmənin keçiriləcəyi tarixlər də bəlli olub.
“Təbii ki, müəllimlərin hamısı yüksək səviyyədə bu diaqnostik qiymətləndirməyə hazır olmaya bilər. Buna baxmayaraq müəllim bu diaqnostik qiymətləndirmədə iştirak edəcəksə, o, hansısa bir uğura imza atmış olacaq”, – deyə Təhsil Şurasının sədri Əjdər Ağayev bildirib.
Bölgələrdə keçiriləcək sınaq qiymətləndirmə paytaxt məktəblərinin müəllimlərinin yoxlanılmasından nisbətən fərqlənəcək.
“Diaqnostik qiymətləndirmənin məzmununa gəlincə, heç bir dəyişiklik olunmayıb. İstər ixtisasla bağlı, istərsə də metodiki sullarla bağlı. Hazırda 40-ı ixtisas, 20-si isə metodiki suallardır. Ümumilikdə isə 60 sual olacaq. Sualları cavablandırmaq üçün müəllimlərə 90 dəqiqə vaxt veriləcək. Burada ancaq yeganə dəyişiklik formatla bağlıdır. Belə ki, Bakıda kağız üzərində imtahan idisə, indi rayonlarda bu kompyüter formatında olacaq”, – deyə insan resursları şöbəsinin müdir müavini İlham Nağıyev qeyd edib.
Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqlarının artılmasını vəsilə olmaqla yanaşı, həm də saxta diplomla işləyənlərin aşkara çıxmasınada kömək edəcək.
Sınaq qiymətləndirmə mərhələli şəkildə respublikanın bütün bölgələrini əhatə edəcək.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Qızılın qiyməti artacaq
Portağal qabıqlı, kişmişli kekslər (foto resept)
Əhvalı yaxşılaşdıran idmanlar
Kakaolu paxlava(foto-resept)
Reyhanlı tomat sousu (foto resept)
Cəbhədə erməni təxribatı
Azərbaycanda seçkinin nəticələri ləğv edildi
Suyun əhəmiyyəti
Dünyaya səs salan Qarabağ xalçalarının rəngi qayıtdı - FOTO
10 milyona çatırıq: Oğlanlar çoxalır, qızlar azalır...
Pecenye M&M’S(foto resept)
Brüsseldə Qarabağla bağlı layihə: Ədalətsiz qərar dəyişdirildi
Doğulacaq körpələrinin cinsi məlum oldu
Möhtəşəm don modelləri
Diş məcunu sızanaqları yox edirmi?
Sevindirici XƏBƏR: qorxunc dəlik bağlanır
Peşə məktəblərinin şagirdlərinə ödəniləcək əmək haqqının məbləği açıqlandı
Tarixin ən uzunmüddətli günəş tutulması baş verəcək
Məşhur əsərlər günümüzdə
İnsanlar irəlidə 200 il yaşaya bilərmi?
2015-2016-cı illər payız -qış dəbi
Neft ucuzlaşmaqda davam edir
Azərbaycan dilinin informasiya bazası yaradılacaq
Belə rekord olmamışdı
Nazirlikdən bayram sovqatı
Stiven Spilberqin qızı Həbs Olundu-SƏBƏB
Hansı hallarda təqiyyə etmək olmaz?
Azərbaycan cənnəti qışda
Şeytanın sevdiyi 10 adam
Gözəl jaketlər
Kitabları mobillə oxuya bilərsiniz
Duzdan miqdarında istifadə edin
Sobada somon balığı (foto-resept)
İrina Şeykin gecə libasları
Saç rənginin təbii yolla açılması
Murat Bozdan sevgi açıqlaması
Hadisə reklamdan 5 milyon qazanacaq
Ronaldu tarixin ən yaxşı futbolçusu oldu - FOTO
Tapın görək?!
Mobil internetdən istifadə edənlər sürətlə artır
“WhatsApp”da “blokdan çıxmağın yeni üsulu
Yuxuda nadir hallarda gördüklərimiz
Daşıyıcı analıq
Saç üçün maskalar
"Ən Qəribə Ad"müsabiqəsinin qalibi bəlli oldu-FOTO
Sobada tərəvəzli toyuq (foto-resept)
Azərbaycan üçün qorxulu proqnoz
Mətbəx üçün praktik məlumatlar
Barak Obama və iki baş nazir: "Özümüzü çəkək" qalmaqalı
Kənan Doğulu Beren Saatla çəkdirdiyi yeni klipini təqdim etdi-VİDEO
- ŞƏRHLƏR