
Təsəvvür edin ki, bir dəstə uşaq məktəbdən qaçır. Və siz də yolda onlarla rastlaşıb məktəbin, elmin nə qədər gözəl, gərəkli olduğunu izah edirsiniz. Onlar da hamısı bir səslə dediklərinizi təsdiq edirlər və söyləyirlər ki, elə sənsiz də bunları bilirik. Əgər siz “Bir halda ki, bilirsiniz, daha məktəbdən niyə qaçırsınız?” - soruşsanız, hərəsi bir bəhanə gətirəcək. İndi özünüz təsəvvür edin: elmin də, məktəbin də insan üçün çox böyük fayda gətirdiyini bilən şagird məktəbdən qaçırsa, onda elmin nə qədər gərəkli olduğuna inanmasından nə fayda? İbadət də belədir. İnanmıram ki, bu gün yurdumuzun harasında olursa-olsun, bir soydaşımızı yolundan saxlayıb Allah-Təala haqqında bir neçə şey soruşmaq istəsən, heç tərəddüd etmədən “Allaha da qurban olum, Onun kitabına da” deyəcək. Amma Allahın buyurduqlarını yerinə yetirmək məsələsi ortaya gələndə dərsdən qaçan şagird kimi bir şey uydurmağa çalışacaq. Qurani-Kərim bütün elmlərin açarıdır. İnsan ağlının məhsulu deyil, Allah kəlamıdır. Bütün dərdlərin dərmanıdır. Biz bunu bilirik, amma nə edəsən ki, bu müqəddəs kitab bizə görə ancaq ölü üstündə “Yasin” oxumaq üçündür. Təsəvvür edin ki, birisi xəstələnib və həkimin yanına gedir. Həkim də onun diaqnozunu müəyyənləşdirib resept yazır. Xəstə də həmin resepti cibinə qoyub evinə gedir və həmin reseptdən şəfa gözləyir. Müqayisə edin: cibdə gəzdirilən reseptin o xəstə üçün nə qədər faydası varsa, oxunmayan, kəlmə-kəlmə, hərf-hərf öyrənilməyən, hər sirrin açarı, hər dərdin dərmanı kimi bilinməyib bir güncdə saxlanan Qurani-Kərimin də bizə o qədər xeyri var. Uşaq elmin faydasını bildiyi halda dərsdən qaçırsa, xəstə yatağına uzanıb əlində tutduğu reseptdən çarə gözləyirsə, hər birimiz Allaha və Onun birliyinə inanıb, əmrlərini yerinə yetirmiriksə, demək, qarşıda çox işlər durur.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Real görünən rəsmlər
Ermənilərdən sərsəm tələb
Sobasız pirojna (foto resept)
Ayaqqabını necə ağartmalı?
Moskvada hava limanı iflic oldu
Dukan pəhrizi haqqında bilmədikləriniz
Boyunu sağa-sola fırlatmaq təhlükəlidir-XƏBƏRDARLIQ!-VİDEO
Elvis Presli əfsanəsi geri qayıdır
"Bakcell"lə "Nar" birləşir?
Final türk hakimlərə tapşırıldı
Günün ulduz falı
Sumqayıt susuz qalacaq
Qan iltihablanması və müalicəsi
Fransa Kubokunda ilk finalçı bəlli oldu
Məşhur modeldən gözlənilməz etiraf
Günün qoroskopu:Ünsiyyətdə ehtiyatlı, sayıq olun
Dəbli ətəklər
Hadise izləyicilərinin diqqətini çəkdi - FOTO
Paşinyan istefanı qəbul edib? - VİDEO
Messidən gözlənilən jest
“Dərs vaxtı” üzrə teledərslərin sabaha olan cədvəli
İdmanda edilən 8 səhv!
Şahzadə quşları üçün 80 təyyarə bileti aldı
Xaricdə oxumuş nadan
Üzməyin təəccübləndirən 4 faydası
"Survivor-2020"nin qalibi bəlli oldu-FOTO
Bu ölkədə hicab və niqab qadağan ediləcək
Bijüteriya asqısı nümunələri
Günün ulduz falı
17 il əvvəlki şəklini görənlər tanımadılar-FOTO
Aksessuarlar
İşçinin vurduğu ziyan nə zaman ödənilmir?
Bakı sakinlərinə həkim xəbərdarlığı
Dadlı qurabiyə (foto resept)
Kosmosda beş ay qaldı, 1,4 milyon telefon borcu gəldi - Foto
Milli Ordunun yaranmasından 101 il ötür...
Uzun və sağlam saçlar üçün
Orduda könüllü xidmət etmək istəyənlərin sayı 38 minə çatdı
Badamlı çörək (foto resept)
Vətəndaşlar pulsuz müayinədən keçdi
Dəst aksessuarlar
Cennifer Enistondan gözlənilməz addım-FOTO/VİDEO
Sabah Azərbaycanın bəzi yerlərində qar yağacaq
Hicablı nişan geyimləri
İlham Əliyev pensiya və əmək haqlarının artırılması ilə bağlı tapşırıq verdi
Günün qoroskopu: Qətiyyətli olun!
Nemtsovun xatirə marşı Moskvanı titrətdi
Gəncənin qisası ağır oldu: Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edildi - RƏSMİ
Çində ən güclü superkompüter hazırlanır
Onlar arxadan hücum edirlər














