Hamının tanıdığı, sevdiyi və salatlarımızdan əskik etmədiyimiz xiyarın faydaları ilə tanış olaq:
Xiyar gündəlik ehtiyacınız olan bir çox vitaminlərlə zəngindir. Xiyarın tərkibində B1, B2, B3, B5, B6, C vitaminləri, folik turşu, kalsium, dəmir, maqnezium, fosfor, kalium və sink var. Günortadan sonra yorğunluqmu hiss etdiniz? Qəhvəni, çayı, soyuq içkiləri bir kənara qoyun və bir xiyar yeyin. Xiyar yaxşı B vitaminləri və karbohidratlar qaynağıdır, buna görə də yediyiniz zaman yorğunluğunuzu qısa bir müddətdə ortadan qaldırar. Duş və ya duşdan sonra aynanızın buğlanmasından şikayətçisinizmi? Bir xiyar dilimini götürüb aynanı ovun. Həm buğlanma yox olacaq, həm aynanız parıldayacaq, həm də hamamınız təravətlənəcək.
Xiyar qırışlara da yaxşı təsir edir. Xüsusilə də göz ətrafındakı qırışlarda daha çox effektlidir. Pəhriz saxlayanlar, aclığınızı ortadan qaldırmaq istəyirsiniz? Xiyar yeyin. Ayaqqabı boyanız qurtarıb? Təzə kəsilmiş xiyar ilə ayaqqabınızı silin. Tərkibində olan kimyəvi maddələr ayaqqabınıza həm möcüzəvi parlaqlıq verəcək, həm də dərini su keçirməz hala gətirəcək.Özünüzü gərgin, əldən düşmüş hiss edirsiniz? Bir tas qaynar suyun içinə bütün xiyarı incə dilimlərə bölərək əlavə edin. Tası da olduğunuz otaqda uyğun bir yerə qoyun. Xiyardakı kimyəvi maddələr qaynar suda reaksiyaya girəcək və suyun buxarı ilə birlikdə olduğunuz otağa gözəl bir ətir yayılacaqdır. Bu qoxu sizin bütün gərginliyinizi götürərək, sizə sakitlik bəxş edəcək. Yemək yediniz (məsələn, kabab) və ağzınızdan pis qoxu yayılır. Bir xiyar dilimini götürüb dilinizlə damağınıza yerləşdirin və ən azı 30 saniyə saxlayın. Ağzınızda pis qoxulara səbəb olan bakteriyaların ölməsilə bu problemdən xilas olacaqsınız.
Evlərinizi, tualetlərinizi ətrafa zərər verməyəcək bir şəkildə təmizləmək istəyirsinizmi? Bir dilim xiyarı götürüb təmizləmək istədiyiniz yerə sürtün. İllərlə qalan ləkələri, çirkləri təmizləməkdən əlavə təmizlədiyiniz yerə gözəl bir parlaqlıq vermiş olacaqsınız. Bununla bərabər, əlləriniz də kimyəvi təmizlik vasitələrinin verə biləcəyi zərərlərdən qorunmuş olar.
Qələmlə yazarkən səhv etdiniz və səhvi silmək istəyirsiniz. Xiyar qabığını götürüb yavaş və ehmalca silmək istədiyiniz yazıya sürtün. Boya qələmləri ilə yazılan yazılarda da olduqca faydalıdır. Bəzən uşaqlarımız divarlara yazılar yazır, şəkillər çəkirlər. Onların üzərində də təcrübə edə bilərsiniz.
Xiyar arıqlama ilə bağlı aparılan araşdırmalara görə əhəmiyyətli üstünlüyə malikdir. Bu bitkinin tərkibində təxminən 96% su var. Başqa sözlə, aşağı kalorili bir qidadır. Orta boylu xiyarda 45 kalori vardır. Yəni 4-5 xiyar yediyimiz zaman ancaq 250 kalori kimi bir dəyər əldə edirik.
Xiyarın pomidor, alma, qarpız kimi arıqlamağa köməkçi olan qidalardan bir üstünlüyü vardır. O da uzun müddət soyuducuda qala bilməsidir.
Qida dəyəri
100 qr. təzə xiyarın tərkibindəki qida dəyərləri bunlardır: 15 kalori; 0,9 qr. zülal; 3,4 qr. karbohidrat; 0 xolesterol; 0,1 qr. yağ; 0,5 qr. lif; 27 mqr. fosfor; 25 mqr. kalsium; 1.1 mqr. dəmir; 6 mqr. natrium; 160 mqr. kalium; 11 mqr. maqnezium; 250 IU A vitamini: 0,03 mqr. B1 vitamini; 0,04 mqr. B2 vitamini; 0,2 mqr. B3 vitamini; 0,042 mqr. B6 vitamini; 67 mcqr. folik turşusu və 11 mqr. C vitamini.
Sağlamlığımıza faydaları
Xiyarın yüngül sakitləşdirici bir təsiri vardır.
Dəri yumşaldıcı təsirləri olan xiyar üz maskaları və müxtəlif gözəllik məhsullarında çox istifadə olunur.
Tam dilimlənib sulu səthinin üzə sürtülməsi dərini həm yumşaldır, həm də müdafiə edir.
Sağlam qidalardan istifadə etməyin nə qədər asan olduğunu hiss etdinizmi?
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR