Seboreya (latınca sebum – piy, rheo – axmaq) dərinin piy vəziləri ilə zəngin nahiyələrinin çox geniş yayılmış xroniki xəstəliyidir. Bu xəstəlik zamanı piy vəziləri tərkibində sərbəst yağ turşuları çox miqdarda olan piy ifraz edir. Bunun nəticəsində dərinin müdafiə qabiliyyəti zəifləyir və onun səthində mikrob assosiasiyaları inkişaf edir. Dəridə yaranan bu cür disbalansın əsas səbəbi irsi meyillik və hormonal dəyişikliklərlə bağlı piy mübadiləsinin pozulmasıdır. Bu da çox zaman cinsi inkişaf dövründə baş verir. Xəstəliyin yaranmasına təkan verən patologiyalar arasında həzm və sinir sistemi xəstəlikləri, xroniki infeksiyalar, həmçinin şirin, acı və duzlu qidaların hədsiz qəbulu, qidada vitamin və mineralların çatışmazlığı da durur. Şəxsi gigiyena qaydalarına əməl olunmaması və dərinin mütəmadi olaraq həddən artıq çirklənməsi də seboreyanın əmələ gəlməsinə şərait yaradır.
Seboreyanın 3 növü ayırd edilir: yağlı, quru və qarışıq.
Yağlı seboreya daha çox rast gəlinən formadır, əsasən üzün – alnın, burun və çənənin dərisini, həmçinin başın, sinənin və belin tüklü hissələrini zədələyir. Bədənin həmin nahiyələrində dəri çox yağlı olur, qaşınır və tüklər tökülür. Xəstəliyin mərhələsindən asılı olaraq bir neçə il ərzində tam keçəlləşmə baş verə bilir. Dəri bozumtul rəng alır və portağal qabığını xatırladır, piy vəzilərinin axacaqlarına çirk toplandığından dəqi üzərində komedonlar (qara nöqtələr) əmələ gəlir. Bəzi hallarda dəridə kiçik ölçülü, açıq-sarı rəngli piy kistaları formalaşır.
Quru seboreya isə bir qayda olaraq dərinin tüklü hissələrini zədələyir və tüklərin qırılması və kəpəklənmə ilə müşayiət olunur. Kəpək – laylanaraq epidermis qatından qopan buynuz pulcuqlardır. Adları çəkilən nahiyələrdə dəri xarici faktorların, o cümlədən kosmetik vasitələrin və suyun təsirinə qarşı çox həssas olur. Başın tez-tez yuyulması xəstəliyin əlamətlərini daha da kəskinləşdirir. Güclü kəpəklənmə dərinin dartılması hissiyyatı və qaşınma ilə müşayiət olunur. Kəpəklənmənin əsas səbəbi dəri səthində və ya piy vəzilərinin içində məskunlaşan maya göbələkləri cinsindən olan Pitirosporum Ovale adlı göbələkdir. Öz həyat fəaliyyəti nəticəsində bu göbələk dərinin normal buynuzlaşma prosesini pozur və xəstəliyin əlamətləri üzə çıxır.
Seboreyanın qarışıq növü isə hər iki formanın əlamətlərin çox hissəsini özündə birləşdirir.
Seboreyanın kompleks müalicəsi sinir, mədə-bağırsaq sistemlərinin fəaliyyətini normallaşdıran, orqanizmin vitamin-mineral balansını tənzimləyən preparatlarla yanaşı, zədələnmiş nahiyələrin yerli işlənməsini də nəzərdə tutur. Bu zaman çay sodası, bor və ya salisil turşusu məhlulları, kükürd tozu istifadə olunur. Seboreya başın dərisini tutubsa bu zaman FİTOTON N 1 rəngsiz xınasından istifadə etmək lazımdır.
Seboreyanın müalicəsində düzgün qidalanmanın rolu çox böyükdür. Belə ki, xəstənin rasionundan qızardılmış, acı, yağlı, ədviyyatlı və şirin qidalar çıxarılmalıdır. Çoxlu şokolad və şirin pirojnaların qəbulu xüsusilə zərərlidir. Qidada vitaminlərlə zəngin məhsulların miqdarı artırılmalıdır.
Seboreyanın xalq təbabəti üsulları ilə müalicəsi
1. Saçlar yuyulduqdan sonra başın dırisinə soğanla sarımsağın qarışığından hazırlanmış kütlə və ya ayıpəncəsi yağı çəkilir, saşlar polietilen papağa salınır. Yarım saatdan sonra isə yenidən yuyulur.
2. Saçları yaxalamaq üçün bərabər miqdarda aptek çobanyastığı və gülümbahar çiçəkləri bağayarpağı yarpaqları ilə qarışdırılır, qarışıqdan 4 xörək qaşığı 300 ml qaynar suda termosda bir gecə dəmlənir. Saçlar təmiz yuyulduqdan sonra başın dərisinə sürtülür.
3. 100 qr xırdalanmış gicitkən kökləri, hərəsindən 50 qr atpıtrağı kökləri, kəklikotu və lavanda otu, hərəsindən 5 yarpaq sarmaşıq və oleandr qarışdırılır. Yığıntının üzərinə 1,5 litr üzüm sirkəsi əlavə olunur və ağzıbağlı qabda yarım saat bişirilir. Soyudqdan sonra süzülür və yağlı seboreya zamanı həftədə bir dəfə 3-5 dəqiqə müddətində saç diblərinə sürtülür.
4. Saç dibi dərisinin yağlı seboreya ilə zədələnməsi zamanı bir hissə palıd qabığı tozu ilə beş hissə su qarışdırılır və bişirmə hazırlanır. Bir stəkan bişirməyə az miqdarda bal əlavə olunur və asçların diblərinə sürtülür.
5. 100 qr adi dazının otu və çiçəklərinin üzərinə bir litr 70 faizli spirt tökülür, isti və qaranlıq yerdə bir həftə saxladıqdan sonra süzülür. Bir xörək qaşığı alınan cövhər bir stəkan suda həll edilir və seboreya zamanı üzün, saç diblərinin dərisini və sızanaqları silmək üçün istifadə olunur.
6. Bərabər həcmdə əzilmiş sarımsaq və xırdalanmış gicitkən yarpaqları qarışdırılır, saç dibinin dərisinə qoyulur. Üzərindən kətan dəsmal bağlanır. 20 dəqiqədən sonra saçlar tozağacı yarpaqlarının isti dəmləməsi ilə yuyulur. Belə maska quru seboreya və kəpəklənmə zamanı faydalıdır.
7. Həftədə iki dəfə saçlar isti su və qətranlı sabunla yuyulur, yaxşı-yaxşı qurulanır. Saçlar hələ nəm halda olduqda dəniz duzu qatılmış kükürd tozu saç diblərinin dərisinə sürtülür. Bu zaman gözlər bağlı olmalıdır ki, toz düşməsin. Daha sonra başı dəsmala büküb bir saat saxlamaq və saçları ilıq soda məhlulu ilə (1 xörək qaşığı soda 1 litr suya) yaxalamaq lazımdır.
XƏBƏR LENTİ
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Mağara otel
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İspan dili 24-cü dərs
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Bu gün səni istədim...
Dəniz havasına azacıq "düzəliş"
Həssas dərilər üçün makiyaj tövsiyələri
Schuizu balıq (foto resept)
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
“Facebook” pullu olacaq?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Hava XƏBƏRDARLIĞI
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO
İslandiyada hər kəsə eyni maaş veriləcək
Beyin üçün məşğələ
Susamasaydınız, nə baş verərdi?
Cim Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Quşüzümlü portağal şirəsi (foto resept)
Mənim əl işlərim
“Whatsapp”da YENİLİK - Barmaq izi...
Düzgün duruş üçün dartınma hərəkətləri
Ukraynada bütün rusdilli məktəblər ləğv edildi
Gürcüstanda azərbaycandilli radio açıldı
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Selena Gomez İlk Dəfə Xəstəliyindən Danışdı
Məşhur aktrisa vəliəhdini açıqladı
2018 məzunları üçün saç modelləri
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Badamlı balıq (foto resept)
Onu sevməyən insan tapmaq çətin...
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Necə nəfəs alırıq?
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Serenay 7 milyonluq izləyicilərini sevindirdi
Apteklər bağlanır
Bakıda torpaq ucuzlaşıb
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Qürub çağı
Kukla sənəti
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Rusiya Ukraynanı parçalamaq istəyir?
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
İmmuniteti gücləndirən 5 ərzaq
- ŞƏRHLƏR