Bu gün də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən cəfərinin çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyəm. Ümid edirəm ki, faydalanacaqsınız.
Qədim yunanlar cəfərini uzun müddət müqəddəs bitki kimi qoruyub saxlamış və uzun müddət ondan tərəvəz və ədviyyat kimi istifadə olunmasına icazə verməmişlər. Cəfəri zəngin kimyəvi tərkibinə görə digər tərəvəz və meyvələrdən fərqlənir. Onun yaşıl kütləsinin tərkibindən çoxlu miqdarda vitamin, makro və mikroelementlər aşkar olunduqdan sonra dietoloqlar cəfərini kökdən sonra ikinci yerə yerləşdirmişlər. Qədim Roma və yunan xalqları hələ bizim eradan qabaq cəfəridən müalicə və ədviyyat bitkisi kimi geniş istifadə
etmişlər. Dərman bitkisi kimi də qədimdən məlumdur. Cəfəri bağırsaqları yumşaldır, təri qovur, ağrıları sakitləşdirir, yeni əmələ gələn xərçəng, şişlərinin sorulub sağaldılmasına kömək edir, öskürək zamanı nəfəs almanı asanlaşdırır, qara ciyər və selikli toxumanın fəaliyyətini normallaşdırır və s. Onun cavan yarpaqlarından ət, balıq, şorba, borş bişirilməsində və tərəvəzdən hazırlanmış müxtəlif xörəklərin dadını və tamını yaxşılaşdırmaq üçün istifadə edirlər. Təzə cəfəri yarpaqlarında 37% zulal, 58-290% mq C vitamini, 1,7
mq% /9-kurotin, 8,1% karbohidrat maddələri, 1,5% sellüloza, 1,1% mineral maddələr, 0,1% üzvi turşular, 150-300 mq % karotin A provitamini, az miqdarda B1, B2, PP vitaminləri aşkar edilmişdir.
Cəfərinin tərkibində efir yağının olması onun istifadə olunma sahələrini ildən-ilə genişləndirir. Belə ki, toxumlarının tərkibində 2-7%, yaşıl yarpaqlarında 0,02-0,3%, qurudulmuş kök hissəsində 0,08%-ə qədər efir yağı müəyyən edilmişdir. Tərkibindəki efir yağının əsas komponentləri apiol-C12H1404, pinen, miristisin CMH1203, fenol, stearin və palmitin, apiol turşuları, berqapten və kumarin aşkar olunmuşdur. Toxumlarının tərkibindən daha bir neçə maddə– 22% piyli yağ, alfapinin-C26H28N14, diosmin- C28H32015 flavonoidleri, yarpaqlarından 0,08% efir yağı, karotin, askorbin turşusu, çiçəklərindən kversetin və kempferol, kökündən isə apigenin flavonoidləri, berkarton, 1,5% zülalı maddə, 11% sulu karbohidrat, 1,3% sellüloza, 0,1 % üzvi turşu, l,l%o mineral maddələr, 35-68 mq% C vitamini, 1,00 mq% PP, B,, B2, K, karotin vitaminləri tapılmışdır.Yaşıl hissəsindən 9,3% kul, mq/q%-lə K-51,50, 19,90- Ca, 4,90-Mg, 0,40-Fe makroelementləri, mq%>-lə 0,13-Mn, 1,95-Ci, 1,03-Zn, 0,18-Co, 0,15-Cr, 0,18-A1, 0,50-Ba, 0,03- V, 3,25-Se, 0,35-Ni, 0,28-Sr, 0,08-Pb, 0,48-1 və s. mikroelementləri aşkar edilmişdir. Cəfəridən tərəvəz və ədviyyat məqsədləri üçün onun iki illik xammalından istifadə edilir. Bitkinin əsasən kök və yerüstü yaşıl hissəsi yeyinti məqsədləri üçün tətbiq olunur. Cəfərinin tərkibində çoxlu miqdarda K, Ca, Fe və P makro-elementləri aşkar edilmişdir. 100 q cəfəri yarpağından orta hesabla 7 mq karotin, 160 mq C vitamini, B vitamini qrupu, 1000 mq K, 41 mq Ca, 120 mq P aşkar edilmişdir. l00 q kükündən 41 mq C vitamini, 0,03 mq karotin, B vitamini qrupu və 56 mq P elementi tapılmışdır.
Cəfəri qatqı kimi şorbanın, müxtəlif salatların, qiymənin, piroqun, şorbanın, mayonezin, ən çox isə yumurta və tərəvəzdən hazırlanmış xorəklərin tərkibinə qatılır. Cəfəridən ən cox pendirin tərkibinə tam, xoş iy, kartof xörəklərinə ətirli iy və xoş tam vermək üçün istifadə edilir. Cəfəridən alınan ekstraktlar orqanizmin müdafiə qabiliyyətini artırır, əhval-ruhiyyəni yaxşılaşdırır. Cəfəri yarpaqlarının tərkibindəki C vitamininin miqdarı limondakından 2 dəfə çoxdur. Orqanizmi A vitamini və dəmirlə təmin edir.
Cəfərinin kök və toxumlarından hazırlanan cövhər və dəmləmələr sidik yollarına yaxşı təsir edir, dərinin vəziyyətini və həzm sistemini yaxşılaşdırır, sidiyin orqanizmdən kənar edilməsini sürətləndirir, qan damarlarının divarlarını möhkəmləndirir, mədə və bağırsaq əzələlərini gərginlikdən azad edir. Ürəyi zəif olanlara maddələr mübadiləsi pozuntularında və eləcə də döş və qarın boşluğunda yığılıb qalmış artıq suların kənar edilməsində cəfəri dəmləmə və cövhərlərindən qəbul etməyi məsləhət görürlər. Böyrəyin xroniki xəstəliklərində sidiyin kənar edilməsi üçün aşağıdakı reseptdən istifadə etməyi məsləhət görürlər: 1 çay qaşığı cəfərinin toxumlarından götürüb 1 stəkan qaynar suda dəmləyib gündə 3 dəfə stəkanın 1/4 hissəsi qədər qəbul edin.
Cəfəri şirəsi orqanizmdə baş verən zəhərli maddələri zərərsizləşdirir. Bitkinin bütün hissələri müalicəvi xüsusiyyətlərə malikdir. Cəfəridən hazırlanan preparatlardan uşaqlığın müalicəsində, sidik kisəsi və böyrəkdə olan daşların orqanizmdən kənar edilməsində istifadə edilir. Sidik kisəsi yollarının, qan damarlarının möhkəmləndirilməsində, qızdırmada cəfəridən alınmış şirəni 1:3 nisbətində kök şirəsi ilə qarışdırıb hər gün səhər və gunorta yeməyi zamanı qəbul edin. Cəfəri kökündən kulinariyada, toxum və yarpaqlarından alınmış efir yağından ətriyyat, kosmetika və sabunbişirmə sənayesində istifadə edilir. Cəfəri ədviyyə xassəli, şirintəhər, xoş iyə və kəskin tama malik bitki hesab edilir.
XƏBƏR LENTİ
Azərbaycan Kuboku: 1/8 final oyunları
Xəstəliklərə qarşı möcüzəvi ərzaqlar
Şakira və CeyLodan möhtəşəm şou - FOTO+ VİDEO
Kişilərə faydalı məsləhətlər
Uşağınızın dahiliyini göstərən 7 cəhət (II hissə)
Orta məktəblərdə bu şagirdlərə pul mükafatı veriləcək
Azərbaycanlılarla əcnəbilər arasında nikah: vəziyyət nə yerdədir?
Şirniyyat aksesuarlar
Evdə işləri asanlaşdıran dizaynlar
“Azərbaycanda erməni kəşfiyyat şəbəkəsi aşkarlanıb”
Bu gündən karantin rejimi sərtləşdirilir
HAVA necə olacaq? -27 Mart
Sandra Ballokdan ŞOK ETİRAF
İlin ilk Günəş tutulmasının vaxtı açıqlandı
Məşhur aktyor "Barselona"nı ələ saldı
Xərçəng riskini artıran amillər
Məşhur futbolçu 5 milyona torpaq aldı-FOTO
Azərbaycan və Türkiyənin birinci xanımlarının görüşü olub
Kənd toyuğu bahalaşdı
Kosmosda qəbristanlıq tapıldı
Avro dəyərdən düşür
Ebola virusu qarşıdurma yaratdı
Qol vuran qazanır!
Ermənistanda güclü zəlzələ oldu
Balıq piroqu (foto resept)
İlham Əliyev: “Görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı”
Çiyələkli parfe (foto resept)
Yeri təhlükə gözləyir-Foto
İdeal bədənin 7 sirri
Yalan danışan uşağa necə davranmalı?
Boyun qırışlarını necə azaltmalı?
Dünya mədəniyyətinin ilkləri
Müdafiə Nazirliyindən müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə MÜRACİƏT
Bakıda siqaret qadağasına əməl olunurmu?
İspan dili 11-ci dərs
Təhsili olmayan dahilər
Miqrenə qarşı yeni dərman
Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacağı bilindi
Uşağınız sol əlini işlədirsə diqqət!
Kreativ kitab rəfləri
Əgər prezident olsaydım...
Günün ulduz falı
Divardan asılmış restoran
Diş ağrısını azaldan 3 təsirli üsul
Milanda gəzməli yerlər
Nəcməddin Sadıqov işdən çıxarıldı?- Rəsmi açıqlama
Özcan Dəniz qalmaqallı FOTO haqqında danışdı
Ürəyimiz yananda çay?
Ayaqqabı və çantalar
Bir damın altında
- ŞƏRHLƏR