
A.Əliyev qeyd edib ki, adətən Azərbaycanda hər il 3-4 vulkan püskürməsi baş verir. Ancaq bəzi illərdə
püskürmələrin sayı artır: "XX əsrdə belə hallar olub. İl ərzində 8, 9, 10, hətta 12 püskürmə qeydə alınıb. Əlbəttə, bunların əksəriyyəti zəlzələlərlə əlaqədardır. Bir faktı sizə deyim, 2000-ci ildə noyabrın 25-də Xəzərdə böyük maqnituda ilə baş verən zəlzələnin təsiri və həmin il dekabrın 6-da baş verən zəlzələ nəticəsində afterşokların qeydə alınması 2001-ci ilin martına kimi davam etmişdi. Bunun da təsiri olaraq, Azərbaycanda 2011-ci ildə rekord sayda - 16 palçıq vulkanı püskürmüşdü. Şamaxıda, Qobustanda, Abşeron yarımadasında, Xəzər dənizində ada vulkanları püskürmüşdülər".
A.Əliyev deyib ki, apardıqları tədqiqatların nəticələrinə əsasən, zəif zəlzələlərin sonuncu hazırlanma mərhələsində palçıq vulkanlarının aktivləşməsi baş verir.
Alimin sözlərinə görə, zəlzələlərin və palçıq vulkanlarının proqnozunu vermək çətindir: "Ancaq vulkanın aktivləşməsi bu barədə düşünmək üçün bir qədər imkan yaradır. Yəni, vulkan aktivləməsi baş veribsə, yəqin ki, müəyyən müddətdən sonra zəlzələ olacaq. Söhbət ancaq zəif zəlzələlərdən gedir".
A.Əliyev qeyd edib ki, bəzi vulkanlar orta hesabla 10-12 ildən bir püskürürlər. Bunu nəzərə alaraq vülkanın növbəti püskürməsinin nə zaman ola biləcəyini ehtimal etmək olar: "Ancaq yenə də bunu müəyyən etmək çətin məsələdir. Çünki bu ehtimal həmişə düz olmur, paradoksal hallar da baş verir. Məsələn, Ələt tərəfdə olan vulkan tez-tez püskürür, onun yanında olan vulkan isə 50 ilə yaxındır püskürmür. Ancaq "Şıxzərli" vulkanı tez-tez - 2-3 ildən bir püskürür. Belə müəyyən etmək olar ki, 2-3 ildən sonra o, yenə də püskürə bilər. Binəqədi rayonundakı "Keyrəki" vulkanı 2001-ci ildə püskürüb. Orada ikinci püskürmə 7-8 aydan sonra olub. Ardıcıllıqla götürsək, hər 10-12 ildən bir o vulkan gərək püskürsün. Ancaq artıq 12-13 il keçib, sakitlikdir".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Sidney Yemək Festivalının ideyası
Rezidenturaya qəbul olanların NƏZƏRİNƏ - Qeydiyyat başlanır
Sinə əməliyyatından 4 il sonra -ŞOK FOTO
DiKaprio 11 saat dənizdə qalan adamı ölümdən qurtardı
Trampın qızının geyimi olay oldu: Məscidə belə gəldi - FOTO
Hadise Fransaya gedir-SƏBƏB
Azərbaycanda "Forma 1" sənədi ləğv edilir
Yazmağı öyrədək
Şuba salatı (foto-resept)
Final türk hakimlərə tapşırıldı
Çiy ət yeyən, adı tərcümədə mələk mənasını verən xalq
Aleyna Tilki reklam qiymətini qaldırdı
Ermənistan bir günə 100-ə yaxın hərbçisinin ölümünü etiraf etdi
Gözlərə ziyan vuran vərdişlər
Mehriban xanım imicini dəyişdi-VİDEO/FOTO
"Komandalarımız Azərbaycanın idman şərəfini layiqincə qoruyacaq"
Bakı-Sumqayıt qatarlarının hərəkətində dəyişiklik - CƏDVƏL
Heydər Əliyevin xatirəsinə velosiped yürüşü
Şəkər pambığından tortlar
Meqan Markl ABŞ prezidenti olmağa hazırlaşır
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
Ancelina Coli arıqlığının səbəbini açıqladı
Günün ulduz falı
Sehirli realizmi əks etdirən şəkillər
Azərbaycan Rioda daha bir medal qazandı!
Saçı uzun suray xanım
Şüuraltı
"Sehirli annem"in uşaqları illər sönra BİRLİKDƏ-FOTO
Yaz salatı (foto resept)
Azərbaycanda 1 həftəlik istirahət neçəyə başa gəlir?
Bakıda avtobusların fəaliyyəti ilə bağlı daha bir qurum yaradılır
Evlilik təklifi faciə ilə nəticələndi - FOTO
Günün ikinci yarısı: Anlaşmaya nail olun
FİFA-dan futbolçuya sərt cəza: Dünya çempionatından qovulsun!
Dünyanın ən sürətli qadını rekord qurbanı oldu-FOTO
İki stəkan südün gücü
Öləcəyini demişdilər, o isə 200 kq arıqladı-FOTO
Günün ulduz falı
2011-ci il sizin üçün necə keçdi?
DİN əhaliyə çağırış etdi - VİDEO
Maraqlı dizayn nümunələri
Madonna ona ərə gedir-FOTO
Haydi növbəti dəfə gəlinlik geyindi - FOTO
Polis Ronaldunun oğlu ilə bağlı araşdırma aparır-SƏBƏB/FOTO
"İlk Avropa Oyunları Azərbaycanla bağlı bir çox mifləri dağıdacaq"
Rənglərə görə xarakter testi
DİQQƏT: Süni uşaq qidası yalnız həkim reseptləri əsasında verilməlidir
Nizami Kino Mərkəzində milli filmlərin pulsuz nümayişinə başlanacaq
Azərbaycanda qadın hakimlərin sayı artıb
Türkiyə “Facebook” və “Instagram”a rəqib yaratdı















- ŞƏRHLƏR