Keçmişdən ata-babalarımız mədədə yanma hiss etdiklərində o an bir loxma çörək içi yeyərlərmiş. O an bir şeylər yemənin doğru bir metod olduğunu söyləyən həkimlər də gün ərzində az-az,lakin sıx,tez-tez yeməyi tövsiyə edirlər. Yeməyin miqdarını azaldaraq ,tez-tez yemənin şikayətlənmələri azaldacağını ifadə edirlər.(Tez-tez deyərkən,yəni gün ərzində az-az amma,tez-tez yemək nəzərdə tutulur.qarşına qoyduğun yeməyi tez-tez,tələm-tələsiy yemək yox.)
Yemək yeməyə daha çox vaxt ayırın. Ayaqüstü deyil də süfrədə oturaraq tələsmədən yeyin. Tələsik yemək mədə işinə zərər verir.Ağıza kiçik loxmalar qoymaq mədənin həzm üçün lazımlı sekresiyaları daha asan yaratmasına kömək edər. Loxmaları çox çeynəyin. Bu, mədənizdə şişkinlik və ağırlıq hiss yaranmamasına səbəb olar.
Süfrədən doymadan qalxın. Mədə boş bir torba olduğu üçün yemək yeyərkən çeynədiyimiz qidanlar bura çatdıqca mədə davamlı olaraq genişlənir. Əgər kəmərinizi çox sıxmışsınızsa yanma hissini hiss etməniz çox təbiidir. Beləki içi dolu bir plastik torbanı düşünün. Torbanın tam ortasından bir ipi kəmər kimi möhkəmcə bağlayın. Torba sağa ya da sola çəkəcək ya da aşağıya doğru sallanacaq. Mədə də eynilə belə… Bu səbəblə ölçülü miqdarda yemək yeyin.
Axşam yeməyindən dərhal sonra əlavə qidalar yeməyin. Əks halda mədə gecə boyunca işləyib yorular. Axşam yeməyi ilə yuxu arası ən az üç saat olmalıdır. Yəni yemək yedikdən ən az 3 saat sonra yatın. Gecə yatarkən sağ yana dönərək yatmayın. Qidanın mədəyə girişi sağ tərəfdən reallaşdığı üçün yedikləriniz kifayət qədər həzm edilə bilməyib mədə borusunda yanma hissi meydana gətirə bilər.
Yemək yedikdən sonra yerə əyilməniz lazımdırsa, dizlərinizi bükərək əyilin. Əks halda mədə funksiyasını lazım olduğu kimi edə bilməz.
Yemək və içkilərin çox isti ya da soyuq olması mədə mayesinə zərər verə bilər. Bu səbəblə yemək və içkilərin ilıq olmasına diqqət edin.
Yeməkdən sonra uzanmayın. Unutmayın, mədə mayesi üfüqi mövqeni sevməz və yanma hissi mədə borusu yoluyla ağızınıza qədər gələ bilər.
Bunlardan uzaq durun:
Siqaretdən uzaq durun.
Həzmi asan olmayan qızartmaları və yağlı yeməkləri süfrənizdən uzaqlaşdırın. Ağır yağlı, çox kremli ya da souslu qidanları yeməyin. Şokolad, ehtiva etdiyi yüksək dozadakı yağ və kafenin səbəbiylə həssas mədəyə zərər verərək yanma hissinə gətirib çıxarır. Südlü şokolad, daha az yağ ehtiva edən bitter şokolada nisbətlə daha təhlükəli olduğundan şokolad sevənlər ümumiyyətlə südsüz olanını seçməlidir.
Kafeinli içkilər mədə üçün çox zərərlidir. Qəhvə, çay və kola kimi içkilər həssas mədəni yorar. Əgər mədə yanmasından şikayət edirsinizsə və qəhvə içmədən edə bilmirsinizsə kafeinsiz qəhvəni seçin.
Limonadlı içkilər və turşulu meyvə sularını az için. Pomidor ya da portağal suyu turşulu olduğu üçün mədə yanmasını şiddətləndirə bilər. Bu səbəblə balla dadlandıraraq için.
Ət suyu ilə hazırlanmış şorbalardan uzaq durun. Digər şorbaları isə çox isti yeməyin. İlinməsini gözləyin.
Spirt mədədəki yanma hissini artırar. Hələ mədə boşkən spirt əsla içməyin.
Çiy soğan və çiy meyvə də mədə asidini artıran faktorlardandır.
Şəkər,konfet yeməyi sevirsinizsə, nanəli olanları seçməyin.
Mədə ağrılarınıza son verəcək sağlam və yaralı qidalarla yemək yemənin kefini çıxarda bilərsiniz…
Gül kələm : Qaynadılmış gül kələm, mədəni turşu hücumlarından qoruyaraq bütün problemləri yox edə bilər.
Kələm : Kələmi çiy şəkildə yeyin. İncə lentlər halında doğrayıb salat edin. Meyvə presinde kələmin suyunu sıxıb eyni miqdarda alma suyuyla qarışdırın və bunu için. Kələm, təbii xora və qastrit dərmanı olaraq tanınar. 1/4 kələmi yuyub qalın lentlər formasında doğrayın. Bir kərəvizi soyaraq doğrayın. Bir kökü təmizləyib incə-incə dilimləyin. Kələm, kərəviz və kökü qatı meyvə presinde sıxıb səhər axşam suyunu için.
Kartof : Çiy kartof suyu mədə yanmasının təbii dərmanıdır. Kartofu soyub qatı meyvə presinde suyunu sıxın. Su, kök suyu və ya kərəviz suyuyla qarışdıraraq için.
Alma sirkəsi : Salatlarda alma sirkəsi istifadə edin.
Mineral su : Mədə asidinin böyük bir hissəsini təsirsiz hala gətirir. Yeməklərdən sonra için.
İspanaq : İspanağı buxarda bişirin və ya qaynadaraq istifadə edin. Təzə yarpaqlarını salat olaraq yeyin.
Zeytunyağı : Çiy olaraq istifadə edildiyində qidanların mədədə qalma müddətini azaldır və yağlayarın həzmi üçün öd sekresiyasını artırır.
Paxlalı : Paxla, göy noxud və mərciməkdə olan bioflavionid maddəsi mədənin qoruma vəzifəsini artırır.
Banan : Mədəni sevən meyvələrin ən başında gəlir. Yemək aralarında bir banan yemək, mədədəki yanma hissini ortadan qaldıra bilər. Banan, mədə fermentləri və hüceyrələrinin yaranmasını da artırır.
Qızarmış çörək : Mədənin yaratdığı həddindən artıq asidi qurudaraq yanma hissini aradan qaldırır.
Biyan kökü : Güclü bir mədə qoruyucusudur. Edilən son araşdırmalara görə mədədəki həddindən çox olan turşulanmağı azaldır.
XƏBƏR LENTİ
Günün ulduz falı - 24.01.2014
Azərbaycanda özbaşına tikinti işləri aparanlar həbs ediləcəklər
Dadlı poğaça (foto-resept)
Ermənilər girovumuzu əməliyyat etdilər
QİÇS nədir?
Bu gün və dünən
Məşhur bədən boyama festivalı
190 manatlıq ödəməni kim alacaq? - RƏSMİ AÇIQLAMA
Bunları bilirsinizmi?
Kriştianu Ronaldunu qovan hakim sərt cəzalandırıldı
Hava necə olacaq?
Bengünün xına gecəsindən ilk FOTOlar
Serenayı bir də belə görün - FOTO
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Microsoft-la Google işləməyəcək
Saçlarınız dolğun olsun
Qəbizliyə qarşı: gavalı
Azərbaycan finala keçə bilmədi - İlk dəfə
Mehdiyevdən sərt xəbərdarlıq
Ermənilərdən türklərə yeni təxribat: 1,5 milyon
Güclü dırnaqlara sahib olmaq üçün 3 üsul
Nazik saçlı xanımlar, saçınızı belə yuyun!
Qoz yarpağının faydası nədir?
Əliyev məşəli alovlandırdı
Azərbaycan benzinin idxalını aksiz vergisindən azad edib
İndoneziyada cinayətkar dəstələr karantin qaydalarına nəzarətə cəlb oluna bilərlər
Bu şəxslərə 190 manatlıq ödəmə verilməyəcək - RƏSMİ
"Avtoşluq": harınlıq, yoxsa əyləncə?
Burma paxlava (foto-resept)
Həyat yoldaşınız sizə nə qədər qiymətlidir?
Dəri ağardıcı maskalar
Mustafa Sandalın keçmiş xanımının hər kəsdən gizlədiyi yeni sevgilisi - FOTO
Xəyalə Muradın yeni kitabı nəşr olundu!-FOTO
Smayliklər insanın daxili aləmi barədə çox şey danışır
Ət qovurması necə bişirilməlidir?
Kələmli cəfəri salatı (foto resept)
Dilqəm Əsgərov və Şahbaz Quliyevin saxlanıldığı Şuşa həbsxanasından görüntülər - VİDEO
Nişanlandıqlarını fərqli şəkildə elan ediblər - FOTO
Uşaqların sosial-psixoloji inkişafı-4
Kitab oxumağın xeyri və ziyanı
Qanlı döyüşlərdən sonra Şuşa - VİDEO
Çardağa atılmış köhnə çaynik yarım milyon dollara satıldı
Tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi başa çatdı
Mavi Dəniz Effekti (Dərs-6)
Zakir Həsənovdan vacib qərar
Bu ölkədə internet 2 il pulsuz olacaq
Uşağınızın cinsini əvvəlcədən təyin edin
Yataq dəstləri
Avraam Russo "Çırpınırdı Qara dəniz"i erməni mahnısı kimi təqdim etdi-VİDEO
Uğur qazanmağın yolları
- ŞƏRHLƏR