Uşağa ad qoymaq valideynlər üçün adətən başağrısı olur, lakin son elmi araşdırmaya görə uşağın adı onun təkcə taleyinə yox, həm də sifət cizgilərinə təsir edə bilər.
Milli.Az BBC-yə istinadən bildirir ki, alimlər bunu "Dorian Grey effekti" adlandırıblar. Yazıçı Oscar Wilde-ın qəhrəmanı Dorian Grey də həyatda etdiyi bütün pislikləri özü də bilmədən portretindəki sifət cizgilərinə "köçürürdü".
Yeni araşdırmaya görə, məsələn adı Bob olan şəxslər girdəsifət və gülərüz təsəvvür edilirlər. Tim adlı kişilərin, əksinə daha qaraqabaq və qapalı adamlar olduğu düşünülür.
Bunu "buba-kiki" effekti də hesab etmək olar. Buba kimi səslənən adlar daha çox girdəlik və yumruluğa, kiki kimi səslənən adlar isə daha çox uzun, nazik və iti predmetlərə aid olur.
Məqalədə deyilir ki, 'Winston' adını daşıyanlar daha təmkinli və zəhmli, Mary adını daşıyanlar isə daha təmiz, iffətli və namuslu hesab edilirlər.
Alimlər düşünürlər ki, məsələn, 'Katherine' adlı qızlar "Bonnie" adlılarla müqayisədə daha ciddi olurlar. Bu ondan irəli gəlir ki, adların səslənişi insan yaşa dolduqca üz cizgilərinə təsir göstərir, qəzet yazır.
Yerusəlimdəki Hebrew Universitetindən professor Yonat Zwebner deyir ki, araşdırmalar adlarla bağlı stereotiplərin zahiri görünüşlə əlaqədar olduğunu göstərib.
Alim deyir ki, biz üzünü görmədiyimiz adamları adların stereotipindən çıxış edərək təsəvvür edirik. Məsələn bizim təsəvvürümüzdə Bob adlı adamlar tosqun və gülərüz, Tim adlı şəxslər isə arıq və qaradinməzdirlər.
Üz formasının adla əlaqəsini aşkar etmək üçün alimlər 8 eksperiment aparıblar.
Məqalədə deyilir ki, hər yeni təcrübədə iştirakçılar adla sifət arasındakı əlaqəni daha yaxşı duyurdular.
Eksperiment iştirakçıları hətta müxtəlif etnik mənşəli adamların adları ilə onların sifət quruluşu arasındakı əlaqəni 20-25 faiz hallarda düzgün müəyyən edirdilər.
Sonuncu eksperimentdə uğur faizi artıq 40 idi.
Doktor Zwebner deyib ki, bizə verilən adlar cəmiyyətdəki stereotiplər və gözləntilərlə bağlıdır və zaman ötdükcə bizim zahiri görünüşümüzə, daha doğrusu necə görünməli olduğumuza təsir edir.
"Qısası biz sonunda cəmiyyətin bizi görmək istədiyi kimi oluruq, - deyib alim, - Biz doğulduğumuz andan təkcə cinsiyyətimiz, milliyyətimiz və sosial-iqtisadi statusumuzun yox, həm də bizə verilmiş sadə bir adın təsiri altında strukturlaşırıq".
Bu araşdırmadan həm də bəlli olub ki, adla sifət quruluşu arasındakı əlaqəni müəyyənləşdirən kompüter alqoritmi yaratmaq mümkündür.
Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycanda daha 32 nəfər koronavirusdan öldü: 1064 yeni yoluxma
Günün qoroskopu: görüləsi işlərin sayını artırmayın
Gəncədə düşmən atəşi nəticəsində iki uşaq bağçasına ziyan dəyib
Azərbaycanda övladlığa götürülən uşaqları sayı azalıb
Ödənişli təhsil alan tələbələrə şad xəbər
Ölkələrə görə oruc tutma müddəti
Hava haqqında
Karyeranız işgüzar danışıqlardan asılıdır
Tarladan 450 illik qəpik tapıldı
Bu kamera panoramanı çəkir
Ana südü hansı orqanın məhsuludur?
İlham Əliyev Sergey Şoyqunu qəbul etdi
Türkiyə İŞİD-ə qarşı vuruşacaqmı?
MakSim ərə gedir-FOTO
Bir sıra sahələrdə yerində xidmət dayandırılır - RƏSMİ
Kəpəkli saçlar üçün maska
Məktəbə hazırlıq geyim və kitab-dəftər almaqla bitmir… - XƏBƏRDARLIQ
Azərbaycanda daha bir qoruğa milli qoruq statusu verilib
Bakı yollarında sürət həddi yenə dəyişdi
Son günlərdə ən məşhur modellər
General Polad Həşimov haqqında kitab nəşr olunacaq
Kişilər üçün qol düymələri
Azərbaycanda valideynlər uşaqlara görə cəzalandırılacaqlar?
Prezident İlham Əliyevin Avstriyaya işgüzar səfəri
Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçiriləcək
Bu gün məşəli bu məşhurlar aparacaq
"Karolina qəssabı" tapılıb
İlk peşəsi müəllim olan məşhurlar
İnternetin həyatımızdakı rolu
Jurnalistika fakültəsinə qəbulda hansı dəyişikliklər olacaq?
Gökçe Bahadır gözəlliyi ilə heyran etdi-FOTO
Ağstafada yeni tədris ilinə həsr olunan konfrans keçirilib
Kələmli qarğıdalı salatı (foto resept)
Ən Gözəl Evli Qadın Seçildi - FOTO
Günün ulduz falı
2018-ci il kimlərə xoşbəxtlik gətirəcək? - Şərq təqvimi üzrə PROQNOZ
İnsultdan əziyyət çəkənlərə şad xəbər
Pas ləkələrini necə çıxarmalı?
Stilistdən daha bir təəccübləndirən makiyaj - VİDEO
Facebook-a daxil olanlar gözlərinə inanmadılar
Gecə yemək sindromu
Keçən həftə zövqsüzlüklə yadda qalan ulduzlar
Bakıda yağış davam edəcək
Bu telefonlarda “WhatsApp” işləməyəcək
Çat verən yollarımız
Günün qoroskopu:Uğurlu gündür!
Bu rəsm əsəri rekord qiymətə satıldı-FOTO
Gələn ilin dövlət büdcəsi nəyə xərclənəcək?
Ronaldinyo borc içindədir-SƏBƏB
HAVA necə olacaq?














