İnternet bir çox kompüter sisteminin bir-birinə bağlı olduğu, dünya səviyyəsində məşhur olan və davamlı böyüyən bir ünsiyyət vasitəsidir. 1970-ci illərin əvvəndə ABŞ Müdafiə Nazirliyi nüvə hücumlarından sonra əsgər bölümlərini və mərmi enişlərini izləyə bilmək üçün "ARPA net" adlı gizli bir layihəyə başladı. O zamanlar heç kim bu layihənin bir gün İnternetə çevriləcəyini düşünə bilməzdi.
"ARPA net" əvvəl universitetlər, sonra bəzi dövlət quruluşları tərəfindən istifadə edilməyə başlandı. Ardından Avropaya keçdi. Artıq "İnternet" adıyla tanınırdı. 1980-ci illərə qədər daha çox e-poçt və fayl transferi üçün istifadə edildi. İndiki vaxtda isə artıq hər sahədə ondan faydalanırıq.
İnternet həyatımızı elektrik, mətbəə, telefon qədər dəyişdirdi. Yalnız bir ünsiyyət vasitəsi deyil, bir çoxumuz üçün gündəlik həyatın bir parçası halına gəldi. Bu texnologiyanın köməyilə bir çox mövzuyla əlaqədar məlumata asan, sürətli və etibarlı bir şəkildə çata bilirik.
İnternet istifadəsi yayıldıqca onunla əlaqədar fərqli görüşlər də ortaya çıxmağa başladı. Kimiləri interneti insanları bir-birindən uzaqlaşdıran, üz-üzə ünsiyyəti ortadan qaldıran və asılılıq yaradan bir şey kimi qiymətləndirir. Bəziləri isə insanlarda vərdiş halına gələn internet istifadəçiliyinin xüsusilə iş yerlərində məhsuldarlığın aşağı düşməsinə səbəb olduğunu və internetdən istifadəni məhdudlaşdırmaq lazım olduğunu düşünürlər.
Gənclərin internet istifadəsilə əlaqədar yaşadıqları mənfiliklərdən bəziləri bunlardır: əvvəlcə pornoqrafik, ya da mənfi və təhlükəli inanc saytları kimi zərərli saytlara girişin asan olması, ikincisi, özləri üçün faydalı ola biləcək saytlar üçün qaynaqların tapılmaması, internetin ailədaxili qarşıdurmalara səbəb olması, iqtisadi istiqamətdə zərərli olması, gündəlik işlərə mənfi təsir göstərəcək şəkildə zaman itkisinə səbəb olması, internetdə adamın özünü olduğu kimi əks etdirməməsi səbəbiylə şəxsiyyət qarışıqlığına səbəb olması və internetin asılılıq yaratması.
İnternetin uşaq və gənclər üzərindəki mənfi təsirlərindən biri də kompüter oyunlarıdır. Normal oyunların uşaqların fiziki, zehni və romantik istiqamətlərinin inkişafında bir çox faydası var. Yenə diqqətlə seçilmiş kompüter oyunlarının da uyğun zamanlarda oynanmasıyla təlimatçı, təlimçi və inkişaf etdirici təsirlərinin olduğu görülmüşdür. Lakin indiki vaxtda bir çox oyun asılılıq yaradır və zorakılıq meyllərini artırır. Zorakılıq məzmunlu oyunlar gənclər və uşaqlarda qumar və içki asılılığı kimi ruhi pozğunluqlar yaradır.
Bütün bu mənfi hallarla yanaşı, internet şagirdlərin öyrənmə vərdişlərini və məlumat təcrübələrini zənginləşdirmək üçün istifadə edə biləcəkləri vasitədir. İnternetdən ünsiyyət, araşdırma, məlumat almaq üçün istifadə edilir. İnternet sayəsində dərsləri üçün lazımlı olan araşdırmaları daha çox məlumata sürətlə çataraq edə bilərlər.
İnternet hər kəsin özünü ifadə edə bildiyi, milyonlarla düşüncənin iştirak etdiyi virtual dünyadır. İnternetin yayılmasına ən çox təsir edən amillərdən biri də elektron ticarətdir. Elektron ticarət sayəsində dünyanın hər hansı yerindəki hər hansı bir virtual alver mərkəzindən istənilən məhsulu sifariş verə və bir neçə gün ərzində bu məhsulu təslim ala bilərsiniz.
İnsanların çoxu internet və e-Ticarət sayəsində daha rahat alver edə bildikləri kimi, oturduqları yerdən bütün dünya ilə ünsiyyət qura bilməkdədirlər.
Texnologiya biz istəsək də, istəməsək də öz mədəniyyətini meydana gətirir. Bu, internet üçün də belədir. Balanslı internet istifadəçisi kimi onun istifadəsində də ifrata varmayıb bu əhəmiyyətli ünsiyyət vasitəsindən öz faydamız üçün istifadə edə bilərik.
XƏBƏR LENTİ
Dərin quyuda iki gün qalan təqaüdçü qadın xilas edildi - VİDEO
Serenay və Cem Yılmaz karantin vaxtı görüntüləndi
Göz rənginə görə makiyaj
Su israfının qarşısını necə alaq?
Hərəkət edən rəsmlər
Sılanın məhkəmə tarixi məlum oldu-FOTO
Hollandiyada ermənilərə qarşı mitinq keçirilib
Tom and Jerry
2014-cü ilin ziyafət geyimləri
Ermənilərin Gürcüstanda fırıldağı: ikinci Qarabağ?
Ağıllı qızlar niyə tənhadırlar?
Ermənilər tərəfdə döyüşən PKK-çıların əksəriyyəti məhv edilib
Heydər Əliyev Fondunun 15 illik yubileyidir - FOTO
Polşa höküməti istefa verdi
Azərbaycanda seysmik təhlükə: AMEA iş başında
Ramazanın 27-ci gününün duası
İlham Əliyev xalq yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edib
Bakıdakı bərbad küçə ilə bağlı gülməli təklif
Ermənilər küçələrə çıxdı
Qadin.Netlilərin həyata keçən və keçməyən arzuları (3-cü hissə)
Saakaşvili Azərbaycanı “təhlükə zonasına” saldı
Azərbaycanlı tələbələrdən unikal ixtira-VİDEO
Bitki yağları haqqında
Gonbullar əlil hüququ aldılar
Düşmən Ağdam kəndini atəşə tutdu
Onlar bir zamanlar sinələrdə parlardı...
Körpələrin zehnini inkişaf etdirən faktorlar
Məktəbli formaları indi neçəyədir?
Bazar gününü gözəl keçirmək üçün tövsiyələr
Norveç kralı karantinə yerləşdirilib
Azərbaycanda idman federasiyası dağılır?
Hökumətdən manat həmləsi
Qarabağsayağı göyərti kətəsi (foto resept)
Bu kənddə yerin altında namaz qılırlar
Buraxılış imtahanı təxirə salındı-SƏBƏB
Burcu Güneşin TOYU olacaq-FOTO
Qida formasında bijuteriyalar
Arıqlamaq üçün məşhur sirri
Gəlinlik ayaqabısının seçimi
Yoldaşının telefonuna baxan qadına CƏZA
Dəqiqlik üçün darçın, stress üçün qoz
Günün qoroskopu: bulanıq suda balıq tutmaq olar
"QazEL"lər xəttdən çıxarılır
Onu görən gözlərinə inana bilmir-FOTO
Azərbaycanı, hər birimizi böyük təhlükə gözləyir
Yolumuz Şuşayadır - VİDEO
O, yeni fenomendir
Maraqlı dəstlər
Naxçıvan dolması (foto resept)
MN: “Cəbhənin Ağdam istiqamətində ordumuzun zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib”
- ŞƏRHLƏR