Şəkərli diabet insulin ifrazının, insulin təsirinin və ya hər ikisinin pozulması nəticəsində meydana çıxan hiperqlisemiysı (qan şəkərinin yüksəlməsi) ilə xarakterizə olunan xroniki metabolik xəstəlikdir.
Əlamətləri
1. Susuzluq
2. Tez-tez sidiyə getmə
3. Çəki itirmə
4.Sidik yollarının infeksiyası
5. Bulanıq görmə
6. Vulvovaginit
7. Qaşınma
8. Yorğunluq
9. Dəri və ağızda quruluq
10. Ayaqlarda uyuşma
Diabetin risk faktorları
1. Ailəsində şəkər xəstəliyi olanlar (xüsusilə 1-ci dərəcəli qohumlarda)
2. Ürək-damar xəstəliyi olan insanlar
3. Artıq çəkisi olanlar
4. Hipertoniyası olanlar
5. Triqliseridlərin yüksək və ya HDL xolesterin olması
6. 4 kq və daha artıq uşaq dünyaya gətirən qadınlar
7. 45 yaşından yuxarı şəxslər
8. Gestasional (hamiləlik) diabet anamnezi
9. Yumurtalıqların polikistozu sindromu
Bu risk qrupuna daxil olan insanlarda oral glukoza tolerantlıq testi, yəni şəkər yükləmə testi aparılmalıdır.
Diabetin tipləri
1. Tip 1 diabet və ya insulindən asılı olan diabet. Əsasən 5-20 yaşlar arasında rast gəlinir. 1-ci tip diabetdə hər hansı bir səbəbdən mədəaltı vəzin insulin ifraz edən hüceyrələri məhv olur. Başqa sözlə desək, mədəaltı vəzi (pankreas) ya çox az insulin ifraz edir, ya da heç ifraz etmir. İnsulin olmasa şəkər sərf oluna bilməz və qanda getdikcə artar. 1-ci tip diabetin əlamətləri kəskin başlayir. Bu tip xəstəliklər xəstəliyin başlanğıcından mütləq insulin terapiyası aparılmalıdır.
2. Tip 2 diabet və ya insulindən asılı olmayan diabet. Əsasən 35 yaşından yuxarı, çox yağlı yeyən, artıq çəkili və az hərəkət edən insanlarda rast gəlinir. Əsasən ailəsində (qohumlarında) şəkər xəstəliyi olanlarda rast gəlinir. Daha çox yayılmış diabet tipidir.
Bu xəstələrdə əsasən insulin normal ifraz olunur. Xəstəlik yeni başlayanda aktiv hərəkət, pəhriz və antidiabetik həblərlə mualicə edilir. Ancaq bir müddət sonra mədəaltı vəzin ifraz edən hüceyrələrinin funksiyaları pozulur və insulin müalicəsinə başlamağa ehtiyac olur. 3. Hamiləlik diabeti və ya gestasional diabet. Bu diabet ilk dəfə hamiləlik zamanı hormon dəyişikliklərinə bağlı meydana gələn diabetdir. Əvvəlcədən diabeti olub ,sonra hamilə qalan qadınlar gestasional diabet xəstəsi sayılmırlar. Bu tip diabet əsasən hamiləliyin -2 ci yarısından meydana çıxır və hamiləlikdən sonra qanda şəkər normallaşır. Bu cür xəstəliklərə antidiabetik həblərdən istifadə etmək olmaz. Lazım gələrsə insulin terapiyasina başlanılır. Bu cür xəstələrin sonradan 2-ci tip diabetə tutulma riski 40-60 %-dir.24-28 həftəliyində bütün qadınlara oral glukoza toleranlıq testi aparılmalıdır. Risk qrupuna daxil olan hamilə qadınlara isə ilk müayinədə bu testi aparmaq lazımdır.
Gestosional diabet risk qrupuna daxil olan hamilələr
1. Ailəsində diabet xəstəliyi olanlar
2. 30 yaşından yuxarı hamilələr
3. Artıq çəkili hamilələr
4. 4 kq və daha artıq uşaq dünyaya gətirən qadınlar
5. Əvvəlki hamiləlikdə 20 kq-dan çox çəki artıran qadınlar
6. Öncəki hamiləliyində gestasional diabet olanlar
Diabetli xəstələrdə evdə qan şəkərinin kontrolu çox önəmlidir.
Qanda şəkər nə zaman ölçülməlidir?
Yeni diaqnozu qoyulmuş bütün diabetli xəstələr əsəs qida qəbullarından əvvəl və 1.5-2 saat sonra , xüsusi vəziyyətlərdə və gecə də şəkəri yoxlamalıdırlar. 1. 1-ci tip diabetli xəstələr və insulin istifadə edən hamilələr gündə ən az 3 dəfə şəkəri yoxlamalı
2. Antidiabetik həblər və insulin istifadə edən 2- ci tip diabetlilər həftədə ən az 2 dəfə isə qida qəbullarından öncə və 1.5-2 saat sonra (qeyri-müntəzəm dərman qəbulunu,həyat tərzindən qaynaqlanan şəkər yüksəlmələrini və araya girən xəstəlikləri nəzərə almasaq). 3. Gestasional diabetdə qida qəbullarından öncə və 1 saat sonra
4. Kəskin xəstəlik hallarında 4-6 saatdan bir.
Nəticələrin hamsını xəstə xüsusi dəftərdə qeyd etməli və kontrol müayinə zamanı həkiminə göstərməlidir.
Hipoqlisemiya nədir?
Hipoqlisemiya qan şəkərinin 60 mq\di və ya 3.3mmol\l-dən aşağı olmasıdır.
Səbəblər lazım olan dozadan artıq insulin vurulması və ya antidiabetik həb qəbul olunması
İnsulin vurulduqdan və ya qida öncəsi qəbul olunan anti diabetik həblərdən sonra qida qəbulunun gecikdirilməsi
Səhər yeməyi, nahar və ya şam edilməməsi
Əsas qida qəbullarında (səhər yeməyi,nahar və ya şam) lazımı qədər karbohidratın alınmaması
Fasiləsiz idman etmək
Alkaqol qəbulu
Əlamətləri
1 Titrəmə
2 Tərləmə
3 Yorğunluq hissi
4 Aclıq hissi
5 Bulanıq görmə
6 Baş ağrısı
7 Ümumi zəiflik
8 Əsəbilik halı
9 Ürəkgetmə
10 Koma
Hipoqilsemiya zamanı nə etməli?
Əgər bu əlamətlərdən biri sizdə varsa dərhal qan şəkərinizi yoxlayın! Əgər qan şəkəriniz aşağıdırsa qan şəkərini yüksəltmək üçün tez aşağıdakı tədbirləri görün. Bunun üçün 3-4 qaşıq şəkər qatılmış su və ya çay və ya meyvə şirəsi için. Daha sonra 1 dilim çorək yeyin.
15 dəqiqə sonra qan şəkərini yenidən kontrol edin. Əgər şəkər hələ də aşağıdırsa, eyni miqdarda yuxarıdakı kimi şəkər qəbul edin. Əgər hipoqlisemaya şübhə varsa, amma şəkəri ölçə bilmirsinizsə, şəkər qatılmış su içə bilərsiniz.
Xəstənin huşu özündə deyilsə, xəstəyə qlukaqon və ya qlükoza vurulub xəstəxanaya aparılmalıdır.
Ancaq bütün xəstələr hipoqlisemiyanı hiss etmirlər, ona görə hər bir şəkər xəstəsi "Şəkər xəstəsi qeydiyyat kartı" deyilən bir kart gəzdirməlidir.
Hiperqlisemiya nədir?
Aclıq qan şəkərinin 140 mq/dl və ya 8mmol/dan,toxluq qan şəkərinin 180mq/dl və ya 1o mmol/dan yüksək olmasıdır.
1 Lazımı dozada dərman qəbul olunmaması
2 Pəhrizin pozulması
3 Aktiv həyat tərzinin olmaması
4 Stressə səbəb olan xəstəliklər(iltihabi və ya irinli iltihabi xəstəliklər,travmalar ,miokardinfaktı,insult,emosional gərginlik və s.)
Şəkərli diabet və aktiv həyat tərzi
Aktiv həyat tərzi diabetli xəstələrdə xüsusilə artıq çəkili diabetlərdə qan şəkərinin normallaşmasına səbəb olur.
İdmana başlamazdan əvvəl, ortasında və sonra qan şəkəri mütləq ölçülməlidir. Əgər şəkər 240 mg/dl-dən yuxarıdırsa və sidikdə keton cisimcikləri varsa idman etmək olmaz! 40 yaşdan yuxarı diabet xəstələr kardioloq müayinəsindən sonra idmanla məşğul ola bilər.
İdman zamanı işləyəcək əzələyə insulin vurmaq olmaz (məsələn qaçışdan öncə ayağa insulin vurulmaz)! İdmanla məşğul olanda ,qaçış və ya adi gəzinti zamanı üstünüzdə tez mənimsəlinən karbohidrotlar olmalıdır.
Mənə elə gəlir ki, hamımız deyilənlərə əməl etsək xəstə ikən sağlam yaşaya bilərik. ALLAH bütün xəstələrə şəfa versin .Amin.
XƏBƏR LENTİ
"ASAN xidmət"də yenilik
Ceyms Uorlik kimə işləyir?
Qara dəlik üçün "Oskar" verdilər
DİQQƏTLİ OLUN: İnternetdən istifadə edənlərin NƏZƏRİNƏ
BÜRCLƏR bizə nə vəd edir?-15 noyabr
Bakı sakinləri həkimləri nəyə görə narahat edirlər?
Ümumdünya Səhiyyə Təşkilatı valideynləri xəbərdar edir
Dünyanın ən bahalı şokoladı
"İnternet və texnologiyalar əsrində belə tədbirlərin keçirilməsi olduqca vacibdir"
Ornella Muti hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Bu məhsullar UCUZLAŞDI - SİYAH
Dərdin ən böyük dərmanı - təsəlli
Leyla Əliyeva “Yeddi gözəl”i izlədi - FOTO
Azərbaycanın bəzi rayonlarında sərt karantin rejimi uzadıldı - SİYAHI
"Vatanım Sensin" serialı finala hazırlaşır
Ronaldunun uğurunun sirri açıldı
Eurovision-2019-un sloqanı məlum oldu
Nazirlik ölkədə müşahidə olunan toz-dumanın səbəbini açıqladı
Sevgilisindən qisas almaq üçün pilot oldu - FOTO
Matriksin dəbə təsiri
Mehriban Əliyeva: “Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir”
Dünyanın ən məşhur, ən xəsis milyarderi - FOTO
Divar saatları
Azərbaycanda güclü zəlzələ olacaq?
8 mindən çox adam öldü
Çətirlər
Uşaqlar üçün qəlyanaltı ideyaları
Özünü “İsa Məsih” elan edən şəxsdən koronavirus iddiası: “Milyardlarla insan…”
Günün ulduz falı
İdmanla məşğul olarkən motivasiyanı necə artırmalı?
HAVA necə olacaq?-24 FEVRAL
Şənbə havası
Cennifer Lopezin konsertində şok - İnsanlar təxliyyə edildi
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Təkrarlanan yuxuların insan həyatında və sağlamlığında rolu
Həkim Bəhram Bağırzadənin son vəziyyətindən danışdı
Moldova yığmasının baş məqşçisi Azərbaycan çempionu oldu
İtaliyaya səyahət (II hissə)
Hülya Avşar efirlərə qayıdır?
"Şaban"-ın oğlu evləndi-FOTO
Tibb işçilərinin NƏZƏRİNƏ
Bu gecə ilk Qədr gecəsidir
Cəbhədə növbəti təxribat
Marsda “pinqvin” tapıldı - FOTO
"Quş qripi" xəstəliyinin törədicisi müəyyən edilmədi
Ağdam istiqamətində şəhid olmuş baş leytenant dəfn olundu
Sağlam dizlər üçün 5 məsləhət
Bu domen 3,6 milyon dollara satıldı
Gözəllik standartlarını dəyişdirən model - FOTO
Qısa vaxtda gözəlləşmək üçün ən yaxşı məsləhətlər
- ŞƏRHLƏR