Bir yüz il əvvəl şəkər xəstəliyinə tutulsaydınız, tibb dünyası hələ insulindən xəbərdar olmadığı üçün saydığımız təxribatlar qarşısında çox bir şey edə bilməyəcəkdiniz. Amma diabet artıq müalicə edilə bilir. Qida yolu ilə qəbul edilən dərmanlar var, insulin var və necə bir həyat forması xəstəliyin qarşısını ala biləcəyini və yaxşılaşdıra biləcəyini bilirik.
Tip 1 Diabet
İnsülin hormonunun mütləq çatışmamazlığına bağlı olaraq meydana gələn şəkər xəstəliyinə Tip 1 Diabetes Mellitus deyilir.
Hər yaşda görülə bildiyi kimi, daha çox uşaqlıq və gənclik yaşlarında başlayır, bu səbəblə juvenil diabet adı da verilir.
Tip 1 Diabetin səbəbləri nələrdir?
Normal insanlarda bədəni xaricdən gələn viruslardan qorumaqla vəzifəli bir immunitet sistemi vardır. Bu sistemin hər hansı bir səbəblə (virus, dərman, zəifləmə, fiziki və ya psixoloji stress və s) normadan kənara çıxması nəticəsində öz hüceyrələrini tanımaması , onlara hücum etməsi və məhv etməsi ilə meydana gələn xəstəliklərə “otoimmun xəstəliklər” adlanır. Tip 1 diabet deyilən şəkər xəstəliyi də, bu otoimmun xəstəliklər qrupuna daxildir. Bilinməyən bir səbəblə hərəkətə keçən immunitet sistemi, insulin istehsalını təmin edən mədəaltı vəzi beta hüceyrələrini məhv edir. Bu təxribat %80-dən çox olduğunda xəstəlik əlamətləri ortaya çıxmağa başlayır.
Tip 1 diabet inkişafı baxımından kimlərdə daha yüksək risk daşıyır?
Yaxınlarında (ana, ata, qardaş, uşaq) Tip 1 diabetli olan insanlarda, ailəsində 4-dən çox sayda Tip 2 diabetli olanlar, hamiləlik zamanı diabet ortaya çıxan şəxslərdə həyatlarının irəli dövrlərində Tip 1 diabet inkişaf riski daha yüksəkdir.
Tip 1 diabetin əlamətləri nələrdir?
Keton zərrəciklərinin istehsal edilməsi nəticəsində,
-Ürək bulanması, qusma
-Yorğunluq
-Qarın ağrısı
– Dərin tənəffüs, aseton qoxusu
– Huşunu itirmə hissi, huşsuzluq
– Kilo itkisi
Bu əlamətlərin ortaya çıxması üçün lazım olan müddət, mədəaltı vəzi beta hüceyrələrində tənəzzülün sürəti və müddətinə bağlıdır. Təxribat həftələr, aylar, hətta illər boyu sürə bilər. Tənəzzülün sürətli və qısa müddətdə başa çatdığı hallarda orqanizm enerji ehtiyacı üçün öz zülallarını və yağlarını istifadə etmək məcburiyyətində qalır. Xüsusilə yağların hədsiz dağılması ilə əmələ gələn, son məhsullara keton cisimləri adı verilir; Orqanizm üçün zərərli tullantılardır, toplanaraq ketoasidoz deyilən təhlükəli bir mənzərə əmələ gətirirlər. Ketoasidozun əlamətləri qarın ağrısı, sürətli tənəffüs, həddindən artıq halsızlıq və yorğunluq və bu vəziyyət dərhal xəstəxanaya müraciət etməyi tələb edir.
Tip 1 diabetdə müalicə necə olmalıdır (İnsulin olmasa olmaz mı)?
Tip 1 diabetin müalicəsi qəti olaraq insulin tətbiqidir. Orqanizmdə kifayət qədər insulin olmadığından insulinin təsirini ya da hərəkətini artıran dərmanların təsiri olmayacaq, az olan insulinə xaricdən kömək etmək lazımdır.
İnsulin zülal tərkibli bir hormon olduğuna görə mədədə həzm edilir. Bu səbəblə qida yoluyla həb şəklində istifadə edilə bilməz; Yalnız inyeksiya tərzində istifadə edilə bilər. Günümüzdə insan insulininə oxşar tərkibdə, saflaşdırılmış preparatlar istifadə edilir. Gündəlik insulin ehtiyacı xəstənin boy, çəki, yaş, ərzaq istehlakı və fəallıq səviyyəsinə görə dəyişir. Bundan başqa, araya girən başqa bir xəstəlik, stress və ya istifadə edilən digər dərmanlar insulin dozasına təsir göstərə bilər.
İnsulinin saxlanma şərtləri +4°/+8°C -dır. Bu xüsusiyyətgündəlik fəaliyyəti çox olan xəstələrdə istifadə çətinliyi yaradır. Bu səbəblə, aparılan araşdırmalar və texnologiyaya bağlı inkişafla insulinin klassik injektorlarla yanaşı qələm injektorlar ilə də istifadə edilməsi təmin olunmuşdur.
Tip 1 diabetdə təxirəsalınmaz problemlər nələrdir?
Tip 1 diabetli adam nizamlı qidalanma, məşq və uyğun insulin müalicəsində problemsiz bir həyat davam etdirir. Ancaq insulini uyğun üsulla, yetərli dozada və vaxtında istifadə etməyən, pəhriz rejiminə uyğun gəlməyən və ya məşq etməyi ləngidən xəstələrdə qan şəkəri qalxa (hiperqlikemiya) bilər.
Bunun əksinə, insulini həddindən artıq dozada istifadə olunan və ya təyin edilən ərzaqları vaxtında və kifayət qədər yeməyən, spirtli içki istifadə edən və ya həddən artıq məşq edən xəstələrdə qan şəkəri qəflətən sürətlə düşə (hipoglisemi) bilər.
Tip 2 diabet
Yeniyetmələrdə görülən diabetdir. Mədəaltı vəzin insulin istehsalı azdır və ya istehsal olunan insulin kifayət qədər təsirli ola bilmir. Daha çox 40 yaş üzəri insanlarda ortaya çıxır.
Tip 2 diabetin əlamətləri:
-Tez-tez sidiyə getmək
-Çox su içmək
-Çox yemək yemək
-Kilo itkisi
Bunların xaricindəki digər əlamətlər:
– Yorğunluq
-Bədəndəki yaraların gec sağalması
-Quru və qaşınan dəri
-Tez-tez keçirilən infeksiyalar
-Bulanıq görmək
-Cinsi problemlər
-Əllərdə və ayaqlarda keyimə
-Tikan
-Ağız quruluğu
Tip 2 diabet riski kimlərdə daha çoxdur?
Tip 2 diabetin səbəbi tip 1 diabetdə olduğu kimi tam məlum deyil. Ancaq bəzi risk qruplarında görülmə ehtimalı daha yüksəkdir. Bunlar:
– Yaşı 40 və üzəri olanlar
-Kök olanlar
-Ailədə diabet xəstəliyi olanlar
– Hamiləlik zamanı diabet inkişaf edən, 4,5 kq-dan daha ağır uşaq doğuranlar
-Bir xəstəliyin və ya yaralanmağın stressini yaşayanlar
-Stresli bir həyatı olanlar
-Qidalanma problemi olanlar
Bu risk amillərindən ən az iki dənəsi varsa mütləq diabet yoxlanışı aparılmalıdır. Tip 2 diabetin müalicəsi pəhriz, idman, təhsil və lazım gələrsə qida yolu ilə antidiyabetik dərmanlar və ya insulin ilə aparılır. Bu xəstəliyin müalicəsi ömür boyu davam edir.
Həddindən artıq şirniyyat yemək xəstəliyə yol açır, yoxsa?
Hazırlayıcı amillər, genetik quruluşuq və metabolik pozquntu olmadan həddindən artıq şəkər qəbulu ilə şəkər xəstəliyi arasında bir əlaqə yoxdur. Sağlam insanların çox miqdarda şəkər qəbul etməsi, şəkər xəstəliyini ortaya çıxaran amil deyil.
Ailəsində diabetli olanlar kök adamlar, 4 kq-dan daha ağır uşaq doğan qadınlar, stress altında yaşayan insanlarda diabetin görülmə riski daha çoxdur. Həmçinin mədəaltı vəzin xroniki iltihabı, mədəaltı vəz şişləri və əməliyyatları ilə hipertireoz, akromeqaliya kimi bəzi hormon xəstəlikləri Tip 2 diabetə yol aça bilər.
Tip 2 diabet müalicəsinin əsasları nələrdir?
-Birinci pillə müalicə planında:
-Pəhriz yəni qidalanma vərdişlərinin keçirilməsi
-Həyat tərzinin dəyişdirilməsi,
– Məşq proqramlarının həyata keçirilməsi yer alır.
Əgər, bu müalicə planı ilə qan şəkəri normal sərhədlər içində tutulmazsa birmənalı qida yolu ilə qəbul edilən,şəkəri aşağı salan dərmanlar müalicəyə əlavə olunur. Ancaq bəzi xəstələrdə qan şəkəri səviyyəsini normal sərhədlər içində saxlamaq üçün insulinə ehtiyac duyula bilər. Bu hallarda uyğun dozada insulin inyeksiyaları ilə müalicə dəstəklənir.
Tip 2 diabetdə hansı hallarda insulin müalicəsi lazımdır?
Bəslənmə planı, məşq və şəkər azaldan dərmanlara baxmayaraq, qan şəkəri yüksək olan xəstələrdə, əməliyyat olacaq xəstələrdə, əməliyyat dövründə, hamiləlikdə, ağır infeksion keçirərkən, ayaq yarası olanlar, diabetə bağlı zərərlərin inkişaf etməyə başladığı xəstələrdə mütləq vaxtlı-vaxtında insulin müalicəsi tətbiq edilməlidir.
Fuad Nəzərov
XƏBƏR LENTİ
İspanaqlı lazanya (foto resept)
Bu günün hava proqnozu
Heydər Əliyev Fondu aztəminatlı ailələrə Novruz sovqatları paylayır - FOTO
"Aşk-ı Memnu"nun aktrisası TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yuxulara inanırsınızmı?
Hande və Keremin çəkildiyi serialdan ilk görüntülər-VİDEO
Azərbaycan səhiyyəsi birinci Avropa Oyunlarının keçirilməsinə hazırdır
Məktəblərdə qış tətili bu tarixdə başlayacaq
Körpələrdə göz rəngi nə vaxt dəqiqləşir?
Qəbələdə 725 yaşı olan kitab sərgilənir
Mayli Sayrus ana olacaq
Gün ərzində 20 dəqiqə
Sobada südlaç (foto resept)
Ölkəmizlə bağlı proqnoz dəyişdi
Litvalı deputat: "Azərbaycanda Avropa standartlarına cavab verən seçkilər keçirildi"
NASA 15 min qalaktikanı eyni anda çəkdi-FOTO
Marsa gedən ilk asiyalı
Qapı-qapı gəzib su filtri satanlarla bağlı AÇIQLAMA
İkinci nəsil Nissan Qashqai
Ballı keks (foto resept)
Ən faydalı göyərti seçildi
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Rafet El Romanın 29 yaşlı sevgilisi diqqət çəkdi-FOTO
İtkin düşən atasını 24 ildən sonra qonşu zirzəmidə tapdı - VİDEO
Çağırışçılar üçün yeni xidmət işə düşdü
Hülya Avşar tərzindən danışdı-FOTO
Ali məktəb müəllimlərinin maaşları necə müəyyənləşdirilsin?
Bədəni koronanirusdan qoruyan amillər hansılardır?
Bakıda kimdir günahkar - yolu gedən, yoxsa göstərən?
Adınıza saxta profil yaradılıbsa...
Qoltuqaltı qaralmalarına qarşı 5 təklif
Ruslardan ermənilərə etiraz: "Rədd olun!"
Toronto Film Festivalı: Qırmızı Xalça
Mehriban Əliyeva məzunları təbrik edib
"Linzer" peçenyesi (foto-resept)
Göz quruluğunun yaranma səbəbləri
Həftənin ilk iş günü hava necə olacaq?
Fransız sayağı şorba (foto resept)
Sosial şəbəkədə istifadəçilərinə müraciət edildi
Türkiyənin tanınmış simaları Bakıda - FOTO
70 il sonra gələn məktub
İpoteka almaq istəyənlərə şad xəbər
Südvermə dövründə necə qidalanmaq lazımdır?
Castin Biber satıcı oldu-VİDEO
Millimizin futbolçusu türk klubundan qovulub
Qara rəngli ziyafət donları
Günün qoroskopu: xırda işlərə görə inciməyin
BÜRCLƏR bizə nə vəd edir?-29 Mart
Azərbaycanda vətəndaşlara evdən çıxmaq qadağan olundu - RƏSMİ
Rəqqasə prezidentliyə namizəd oldu - FOTO