Bakıda Azərbaycan Səhiyyə Sistemi işçilərinə “İlin Həkimi-2012” diplomlarının 17 iyun Səhiyyə işçiləri günü münasibəti ilə təqdim olunması üzrə tədbir keçirilib. Azərbaycan İnkişaf Mərkəzinin sədri Heydər Atayevin dediklərindən: “Dünya ictimaiyyətinə Azərbaycan həkimlərinin nailiyyətlərini çatdırmaq lazımdır. Tədbir “Azərbaycanın İnkişafı Mərkəzi”nin təşəbbüsü ilə keçirilib. Belə ki, tədbir ümumilikdə həkimlərin fəaliyyətinin stimullaşdırılmasına xidmət göstərir. Gələcəkdə biz bu tədbiri daha geniş formatda keçirmək, nominasiyaların və iştirak edən həkimlərin sayını artıqmaq niyyətindəyik. Biz dünya ictimaiyyətinə Azərbaycan həkimlərinin bu sahədə əldə etdikləri uğur və nailiyyətləri çatdırmaq istəyirik”. Tədbirin təşkilatçısı Media Menecment Qrupu olub. İnformasiya dəstəyini "SALAM NEWS" informasiya agentliyi, "HERBA FLORA" jurnalı və Tibb.az tibbi portalı göstərmişdir. Media Menencment Qrupunun rəhbəri, tədbirin təşkilatçısı Samir İbadov söyləyib ki, “İlin həkimi” diplomlarının təqdimatı mərasimi ilk dəfə ötən ilin oktyabrında keçirilib, il ərzində müxtəlif ixtisasdan olan həkimlər xidmət səviyyəsinin ölçülməsi məqsədi ilə dəyərləndirilib.
Təşkilatçı vurğulayıb: "Bizim məqsədimiz: 1. İctimaiyyətdə gənc həkimlərin nüfuzunun artırılması; 2. İctimai rəyin gənc həkimlərin fəaliyətinin möhkəmləndirilməsində rolunu qiymətləndirmək; 3. Həkimlərin çalışdığı sahələrdə fəaliyyət müddətindən asılı olaraq fəaliyyət keyfiyyətinin ictimaiyyət tərəfindən necə qiymətləndirildiyini öyrənmək olmuşdur”. Bu il “İlin həkimi-2012 ” diplomuna bizim www.qadin.net saytının həkimi Fəlsəfə doktoru, gənc alim-həkim Natəvan Kərəmova layiq gorülmüşdür.
Saytımızda uzun zamandır istifadəçilərimizin suallarına yorulmadan cavab verən, xoş aura yaratmağı bacaran, pozitivlə dolu, xoş bir insan olan həkim Natəvan xanımımızı bizlər də həm Administrasiya, həm də bütün istifadəçilərimiz adından səmimi qəlbdən təbrik edir,o na növbəti uğurlarını qazanmasında can sağlığı və müvəffəqiyyətlər arzulayırıq!
Natəvan xanım, üzünüz hər zaman gülsün. Xəstələr də gülümsəmənizdən şəfa tapsın!
Bizlərlə olduğunuza görə çox şadıq və sizinlə qürur duyuruq!
XƏBƏR LENTİ
Robert Pattison
Hücuma keçən düşmən hərbçiləri məhv edildilər
Bəzi faktların elmi izahı
Dəfnə getmək üçün icazə qaydası açıqlandı - RƏSMİ
Uşaqların həssaslıq dövrləri
Buqələmun yoxsa insan?!
Bakıda daha iki marşrut xətti fəaliyyətə başlayacaq
Hikmətli sözlər (2)
Koronavirusun yeni simptomu aşkarlandı
Körpə pudrası ilə dolğun kirpiklər
Holland pendirli qapalı pide (foto resept)
Yeni iri ilan növü aşkar edildi-FOTO
Paolo Dibala koronavirusa yoluxdu
"Azərbaycan-Türkiyə münasibətləri qardaşlığa nümunədir"
Bu gün Yaşar Nurinin doğum günüdür
Bayram yarmarkaları açıldı-ÜNVANLARI
Zərif ayaqqabı modelləri
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq - SİYAHI
ABŞ-dan çox önəmli peyvənd açıqlaması
Bal yarmarkasına qatılmaq istəyənlərin 20 faizinin balı keyfiyyət standartlarına cavab vermir - RƏSMİ
Sabahın HAVAsı
Bakıda bankomatlarda problem yaranıb?
Dünyanın ən bahalı qadını
"Xolesterini yüksək olan daha çox yaşayır"
Hadisə onu güdən fanatından şikayət etdi
Günün qoroskopu: iradəniz sayəsində maneələri dəf edin
Sıla məhkəməlik oldu-SƏBƏB
"Bounty" maffinləri (foto resept)
Qar bu şəhəri “basdı”
Piylənmə ömürü 8 il qısaldır
Ətli pendirli börək (foto-resept)
Müğənni Moiseyevdən resept
Kökəlmək istəməyənlər üçün evdə hazırlaya biləcəyiniz 2 sağlam şirniyyat
Foqts sualı cavabsız qoydu
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
Cüt yumurta əkizi nədir?
Türk mediası erməni əsgərlərinin məhvindən yazdı
NASA-nın kosmik aparatı Günəşə çox yaxınlaşdı
“Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr olundu
“Virus 5G dalğaları ilə yayılmır” - AÇIQLAMA
"Rusiyada müəyyən qüvvələr Azərbaycanın maraqlarını tanımaq istəmir"
HAVA necə olacaq? 16 Mart
Azərbaycanda benzin bahalaşdı (YENİLƏNDİ)
Yaşayış məntəqələrimizi hədəf alan düşmən raketi məhv edildi - VİDEO
"Ən gözəl geyim obrazı" - QALİB SEÇİLDİ!
Azərbaycan qadınları Orduya yazılır
Məşhur müğənni plastik əməliyyata 30 min xərclədi - FOTO
Gecə geyimləri
Rəngarəng don modelləri
Hadisənin konsertinə bilet satılmadı-FOTO
- ŞƏRHLƏR