Qadin.NET / Saytımızın həkimi "İlin həkimi" müsabiqəsinin Qalibi oldu!

Saytımızın həkimi "İlin həkimi" müsabiqəsinin Qalibi oldu!

Saytımızın həkimi "İlin həkimi" müsabiqəsinin Qalibi oldu!

Bakıda Azərbaycan Səhiyyə Sistemi işçilərinə “İlin Həkimi-2012” diplomlarının 17 iyun Səhiyyə işçiləri günü münasibəti ilə təqdim olunması üzrə tədbir keçirilib. Azərbaycan İnkişaf Mərkəzinin sədri Heydər Atayevin dediklərindən: “Dünya ictimaiyyətinə Azərbaycan həkimlərinin nailiyyətlərini çatdırmaq lazımdır. Tədbir “Azərbaycanın İnkişafı Mərkəzi”nin təşəbbüsü ilə keçirilib. Belə ki, tədbir ümumilikdə həkimlərin fəaliyyətinin stimullaşdırılmasına xidmət göstərir. Gələcəkdə biz bu tədbiri daha geniş formatda keçirmək, nominasiyaların və  iştirak edən həkimlərin sayını artıqmaq niyyətindəyik. Biz dünya ictimaiyyətinə Azərbaycan həkimlərinin bu sahədə əldə etdikləri uğur və nailiyyətləri çatdırmaq istəyirik”. Tədbirin təşkilatçısı Media Menecment Qrupu olub. İnformasiya dəstəyini "SALAM NEWS" informasiya agentliyi, "HERBA FLORA" jurnalı və Tibb.az tibbi portalı göstərmişdir. Media Menencment Qrupunun rəhbəri, tədbirin təşkilatçısı Samir İbadov söyləyib  ki, “İlin həkimi” diplomlarının təqdimatı mərasimi ilk dəfə ötən ilin oktyabrında keçirilib, il ərzində müxtəlif ixtisasdan olan həkimlər xidmət səviyyəsinin ölçülməsi məqsədi ilə dəyərləndirilib.

Saytımızın həkimi "İlin həkimi" müsabiqəsinin Qalibi oldu!

Təşkilatçı vurğulayıb: "Bizim məqsədimiz: 1. İctimaiyyətdə gənc həkimlərin  nüfuzunun artırılması; 2. İctimai rəyin gənc həkimlərin fəaliyətinin möhkəmləndirilməsində rolunu qiymətləndirmək; 3. Həkimlərin çalışdığı sahələrdə fəaliyyət müddətindən asılı olaraq fəaliyyət keyfiyyətinin ictimaiyyət tərəfindən necə qiymətləndirildiyini öyrənmək olmuşdur”. Bu il “İlin həkimi-2012 ” diplomuna bizim www.qadin.net saytının həkimi Fəlsəfə doktoru, gənc alim-həkim Natəvan Kərəmova layiq gorülmüşdür.

Saytımızın həkimi "İlin həkimi" müsabiqəsinin Qalibi oldu!
Saytımızın həkimi "İlin həkimi" müsabiqəsinin Qalibi oldu!

Saytımızda uzun zamandır istifadəçilərimizin suallarına yorulmadan cavab verən, xoş aura yaratmağı bacaran, pozitivlə dolu, xoş bir insan olan həkim Natəvan xanımımızı bizlər də həm Administrasiya, həm də bütün istifadəçilərimiz adından səmimi qəlbdən təbrik edir,o na növbəti uğurlarını qazanmasında can sağlığı və müvəffəqiyyətlər arzulayırıq!

Natəvan xanım, üzünüz hər zaman gülsün. Xəstələr də gülümsəmənizdən şəfa tapsın!

Bizlərlə olduğunuza görə çox şadıq və sizinlə qürur duyuruq!
 

Saytımızın həkimi "İlin həkimi" müsabiqəsinin Qalibi oldu!

23 iyun 2012
GO BACK