Hər bir ailə övlad sahibi olmağı arzulayır. Amma uşağa baxmaq kənardan göründüyü qədər asan iş deyil.
Uşaq böyütmək, tərbiyə etmək hər şeydən əvvəl böyük bir fədakarlıq tələb edir. Çünki hər bir uşağın həssaslıq tələb edən dövrləri var. Bu dövrlər arasındakı iki dövr var ki, valideynlər bu dövrdə daha səbrli və diqqətli olmalıdırlar. Bu dövrlərdən biri 3-5 yaş dövrü, digəri isə yeniyetməlik dövrüdür.
3-5 yaş dövrü
Uşaq 3 yaşına qədər içində yaşadığı dünyanı dərk etməyə çalışır. 3 yaşına yaxınlaşdıqca, artıq şəxsiyyəti formalaşmağa başlayır. Bu dövrdə uşaq hər şeyin ona aid olduğunu düşünür.Təbii olaraq “mən”lə başlayan cümlələr qurur. Bu yaşda olan uşaqlara inadkarlıq xasdır. 3-5 yaş dövründəki uşaqların özlərini qəbul etdirmək üçün “yaramaz” hərəkətlərə yol vermələri də təbiidir. Bu dövr əsasən 5 yaşına qədər davam edir. Əgər valideyn bu dövrdə uşağın bütün istəklərini yerinə yetirirsə, deməli, böyük səhvə yol verir. Halbuki ən uzun ömürlü tərbiyə bu dövrdə verilən tərbiyədir. Buna görə də valideyn uşağı anlamağa çalışmalı, onunla tez-tez ünsiyyətdə olmalı, cəmiyyət içində ona qarşı alçaldıcı hərəkətlərə yol verməməlidir.
Yeniyetməlik dövrü
Əgər 3-5 yaş dövründəki uşaq “mən”lə başlayan cümlələr qurursa, yeniyetməlik dövründəki uşaq daha çox “mənə görə”, “mənim fikrimcə” deyir bu isə onun hər şeyi bildiyini düşünməsindən irəli gəlir. Ətrafındakıları bəyənmir və təbii ki, onları mümkün qədər tənqid etməyə çalışır. Yeniyetməlik dövründə uşağın xarakteri yavaş-yavaş formalaşmağa başlayır. İnadkarlıq göstərir, əsəblərinə hakim ola bilmir. Beləliklə bu iki dövr təhlükəsiz ötüşsə, gələcəkdə valideynlə uşaq arasında elə bir ciddi problem baş verməz.

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR