Azərbaycanda Aİ-95 markalı benzin bahalaşıb.
Qadin.Net trend-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.
Onun sözlərinə görə, həmin benzini qiyməti 0,1 manat artıb: "Bu, dünya bazarında Aİ-95 benzinin qiymət artımı ilə bağlıdır, çünki benzinin bu markası ölkəyə idxal olunur".
xxx
İyulun 1-dən etibarən Azərbaycanda "Aİ 95" premium markalı benzinin qiyməti 10 qəpik artacaq.
Qadin.Net report-a istinadən xəbər verir ki, bu markadan olan benzinin qiyməti 1 manat 20 qəpik təşkil edəcək.
Xatırladaq ki, "Aİ-95" premium markalı benzinin qiyməti mayın 1-də 10 qəpik ucuzlaşmışdı.