Qadin.NET / Azərbaycanda benzin bahalaşdı (YENİLƏNDİ)

Azərbaycanda benzin bahalaşdı (YENİLƏNDİ)

Azərbaycanda Aİ-95 markalı benzin bahalaşıb.

Qadin.Net trend-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, həmin benzini qiyməti 0,1 manat artıb: "Bu, dünya bazarında Aİ-95 benzinin qiymət artımı ilə bağlıdır, çünki benzinin bu markası ölkəyə idxal olunur". 

xxx

İyulun 1-dən etibarən Azərbaycanda "Aİ 95" premium markalı benzinin qiyməti 10 qəpik artacaq.

Qadin.Net report-a istinadən xəbər verir ki, bu markadan olan benzinin qiyməti 1 manat 20 qəpik təşkil edəcək.


Xatırladaq ki, "Aİ-95" premium markalı benzinin qiyməti mayın 1-də 10 qəpik ucuzlaşmışdı.

1 iyul 2020
GO BACK