Bəlkə də təəccüblənəcəksiniz, ancaq dünya əhalisinin 80% -i baş ağrısından əziyyət çəkir. Baş ağrısı nə üçün yaranır və bunu necə müalicə etmək olar?! Baş ağrısının səbəbləri kimi növləri də çoxdur. Hər ağrınını xarakterinə görə onun növünü seçmək və müalicəsini etmək olar. Lakin unutmayın ki, əgər tutmalar müntəzəm olaraq təkrarlanırsa və ağrı kifayət qədər dözülməzdirsə dərhal həkimə müraciət etmək lazımdır. Baş ağrıları əsasən havada zəhərli qazların olması zamanı, acliq hissindən, emosional və fiziki vəziyyətlərdən, soyuqlamadan, təsadüfi zəhərlənmədən, hətta bəzən qəbul etdiyimiz dərmanların təsirindən yarana bilər. Amma bəzən ağrılar ciddi daxili xəstəliklərin mövcudluğu barədə məlumat verə bilər.
Baş ağrılarının əsas növləri
Əsas simptomları araşdırmaq üçün baş ağrısı və onun ən çox yayılmış növlərini öyrənək.
"Məsul insanların baş ağrıları": Gərgin iş rejimi olan insanların bütün gün stress yaşadığı və uzun müddət masa arxasında əyləşib etdiyi işin məsuliyyətinin verdiyi gərginlik nəticəsində yaranan ağrılar belə adlanır. Ağrı, gərginlik başın istənilən bölgəsində yarana bilər. Tədricən güclənərək bütün başı əhatə edir. Sanki, dəmir halqa ilə gicgahlar sıxılır. Bu ağrı bəzən boyunun arxa hissəsində və çiyinlərdə hiss olunur. Bəzən belə ağrılar qısa istirahət və təmiz hava qəbulu zamanı tədricən keçir. Lakin əgər bu ağrılar daha da artırsa, bu zaman həkiminizə müraciət etməlisiniz.
Bəzi ağrılara diaqnoz qoymaq çətin deyil. Beyin qan dövranının pozulması ilə əlaqəli və arterial təzyiqin artması ilə yaranan baş ağrıları göz ətrafında yaranır. Bu baş ağrıları tez-tez rast gəldiyimiz ağrılardır. Əsasən də bu baş ağrıları kişilərdə müşahidə olunur.
Baş ağrıları iltihabi xəstəlikləri zamanı çox tez-tez yaranır. Məsələn, başınızda küt ağrı varsa və tədricən bütün başınızı əhatə edirsə, əsasən də öskürdüyünüz zaman dözülməz həddə çatırsa burda haymoritdən də söhbət gedə bilər. Bəzən bu ağrı çənədə və dişlərdə də hiss olunur. Bu zaman özünüz müalicə etməyə çalışmayın. Çünki, bu zaman mütləq antibiotik lazım olacaq. Bunun üçünsə həkimə müraciət edin.
Bəs baş ağrısını necə müalicə edək?
Mütəmadi yaranan baş ağrıları həyat tonusunu aşağı salır, insana normal yaşamağa və işləməyə mane olur. Bəzən adi ağrıkəsicilərlə bu ağrını dəf etmək olmur. Bunun üçün ilk öncə ağrının səbəbini öyrənmək, ona görə müalicə etmək və ya həkimə müraciət etmək olar. Əgər müəyyən olsa ki, sizdə həqiqətən də miqren xəstəliyi var, bu zaman həkiminiz sizə güclü antibiotiklər təyin edəcək. Bundan əlavə antibiotik terapiyası ilə yanaşı həkiminiz sizə digər müalicə təyin edə bilər, məsələn, masaj, fizioterapiya və psixoterapiya.
Ümumiyyətlə, sağlam həyat tərzi sürən insanlarda belə xəstəliklərə tez-tez rast gəlinmir. Mütəmadi olaraq idmanla məşğul olmaq, zərərli vərdişlərdən uzaqlaşmaq, nə qədər gərgin işləsəniz belə zaman-zaman təmiz hava qəbul etmək lazımdır.
Sonda hər kəsə cansağlığı arzu edirəm.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Şirkət siqaret çəkməyən əməkdaşlarına 6 günlük məzuniyyət verdi
Ən çox yayılmış 2 mineral çatışmazlığı
Azərbaycanda qış romantikası
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda
Uşaqlar üçün yeni planşet
Dərini ölü hüceyrələrdən təmizləyən maskalar
Metroda gediş haqqını nəqliyyat kartları ilə də ödəyə biləcəksiniz
Gələn həftə Gəncə və Sumqayıtda da seroloji testlərə başlanılacaq
Ani Lorak bütün işçilərini qovdu-SƏBƏB
Ronaldo yenidən istirahət edir-FOTO
Azərbaycan-Rusiya: 3:0
Yay üçün donlar
Kainat gözəli ideal bədən quruluşundan danışdı-FOTO
HAVA necə olacaq? 17-yanvar
Dərmanlar elektron reseptlə yazılacaq - ənənəvi reseptlərə son
“WhatsApp”da yeni virus yayıldı
Qəhvəli piroq (foto-resept)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı daha iki səfərə yola düşür
Mübarək Rəcəb ayı haqqında
Mövlanə Cəlaləddin Rumidən
2022-ci ildə dünya çempionatı yayda keçirilməyəcək
Deniz Çakıra görə serial FİNAL edir
Rusiyalı məktəbli yanan ştanqla rekorda imza atdı - VİDEO
Əmizdirmə haqqında ən çox verilən suallar
Xərçəngdən qorunmağın 4 yolu
HAVA necə olacaq?
Hava cənub bölgəsinə qənim kəsildi
Can Yaman serialın çəkiliş görüntülərini paylaşdı-VİDEO
Rusiya XİN Stiven Siqalı işə götürdü
Abşeronda kəndlilər şəhərliləri üstələyirlər
Ərdoğan sərt xəbərdarlıq etdi
Murat Boz Aslı üçün 50 min xərclədi
Çiçəkli əl işləri
Məşhur aktyor Həcc ziyarətində-FOTO
“ASAN xidmət” işini bərpa edir - RƏSMİ
Pendirli toyuq şorbası (foto resept)
Körpə döş əmmək istəmirsə
Qulağımıza qoyduğumuz BOMBA
Qasırğa ABŞ - Meksika sərhədindəki divarı məhv etdi - VİDEO
Sabah bu saatda nə baş verəcək? - Telefonlarınıza diqqət edin...
Eurovision-2015: iki ölkədən verilən səslər ləğv olunub
Həddindən artıq marmelad yeyən kişinin ürəyi dayandı
Armstronqun əsyalari satişa çıxarıldı-FOTO
Soyuducuda faydası artan məhsullar
Merlin Monronun morqdakı şəkilləri hanı?-FOTO
"Dişləyən" texnika: qorxu, yoxsa bilməzlik?
Hamam otu tozu
Özünüzə nə qədər inanırsınız?(Test)
Müdafiə Nazirliyi Ermənistanın daha bir yalanını ifşa etdi
Korona virusdan necə qorunmalı?
- ŞƏRHLƏR