
Miqrenin səbəbi elmə məlum deyil
Ağrı insanın iş qabiliyyətini zəiflədən, onu həyatdan və gündəlik iş rejimindən soyudan bir nömrəli səbəbdir. Ağrı diqqət dağınıqlığı, əsəb pozğunluğu və bu kimi halları da özü ilə birlikdə gətirən bir hissdir. İnsandan insana ağrının hiss etmə dərəcəsi dəyişir. Kiminə görə, baş ağrıları dözülməzdirsə, kiminə görə diş ağrıları daha pisdir. Şiddətindən asılı olmayaraq ağrı insanlar tərəfindən hər hansı bir xəstəliyin xəbərçisi kimi qəbul olunur.
Bədənin özünü qoruma hissinin bir parçası olan ağrı hiss etmək qabiliyyəti əslində insanlar üçün çox vacibdir. Ağrı hiss etmək insan bədənini ola biləcək hər hansı pis bir hadisədən qismən də olsa qoruyur, onu daha diqqətli olmağa sövq edir. Lakin elə ağrılar var ki, bu ağrıların qarşısını almaq çox çətindir. Belə ağrılar insanı təhlükələrdən qorumaq yerinə günlərlə əzab verir və bu ağrıdan qurtulmaq hər kəsə nəsib olmur. Məhz belə ağrılardan biri də miqren, baş ağrısıdır.
Miqren periodik olaraq narahatçılıq yaradan və başın yarı hissəsini əhatə edən baş ağrılarıdır. Miqren zamanı ağrılar, əsasən, başın bir yarısında olur və ürəkbulanma, qusma, işıqdan qorxma, küyə qarşı dözümsüzlük kimi əlamətlərlə müşayiət olunur. Bəzi hallarda miqren zamanı görmə pozğunluğu, iflic kimi hallar da qeyd edilir. Miqren ağrıları dözülməz olur, saatlar, bəzən günlərlə davam edə bilir. Yaşından asılı olmayaraq insanların böyük əksəriyyəti miqrendən əziyyət çəkir. Bu xəstəlikdən tamamilə yaxa qurtarmaq olmasa da, müalicələrlə qismən azad olmaq mümkündür. Hər insan isə müalicəyə yönəlmir, baş ağrıları ilə ağrı dolu həyata davam edir.
Nevropatoloq Allahverdi Musayevin sözlərinə görə, miqren ağrılar içində ən dəhşətli ağrılardan biridir. Çünki bu ağrılar yarandığı zaman insan iş qabiliyyətini, demək olar ki, itirir. Ürək bulanma və qusma ilə başlayan miqren ağrıları daha da ağırlaşa bilir: "Miqrenin dəqiq səbəbi bəlli deyil. Yəni, elə bir faktor deyə bilmərik ki, miqren məhz o səbəbdən yaranmış olsun, insan ondan uzaq olduqda miqrendən də uzaq ola bilsin. Miqrenin yaranma səbəbi kimi elm adamları əsas ağrı yolu hesab edilən trigeminal sinir sistemində baş verən funksional dəyişiklikləri əsas götürürlər, amma bu da təsdiqlənmiş hal deyil".
Həkim deyir ki, miqren sahəsində bəxti gətirən və gətirməyən insanlar var. Belə ki, bəxti gətirən insnların miqrenləri uzunmüddətli olmur və qısa bir zamanda ağrılar dayanır. Bəxti gətirməyən insanların ağrısı isə 5 saatdan-70 saata qədər uzana bilir: "İşıqdan qorxma, başın bir hissəsini, gözü əhatə edən kəskin ağrılar və beyinin ürək kimi döyünməsi hissiyyatı miqrenin əlamətləridir. Ağır miqren keçirən insanlar hətta hərəkət etdikləri zaman da başın bir hissəsində dözülməz küt ağrılar hiss edirlər. Miqren insandan insana dəyişə bilən xəstəlikdir. Elə insan var ki, ayda 1-2 dəfə bu tutmalarla qarşılaşır, elə insan var ki, 3 ildən bir nadir hallarda miqren tutur".
A.Musayevin sözlərinə görə, miqrenin yaranma səbəbləri arasında güclü işığa məruz qalma, yuxu sisteminin pozulması, stress, daimi əsəbi olmaq, qəbul edilən dərmanlar, fiziki faktorlar, ətraf mühit və bu kimi amillər də ola bilər. Bu faktorlar bəzən var olan miqrenin şiddətini daha da artırır. Göz qabağında uçuşan qara ləkələr, gözlərin qaralması, danışıqda pozuntuların yaranma halları da müşahidə edilə bilər. Müalicə olunan miqrenli insanlar bu ağrılardan tamamilə yaxa qurtarmasalar da qismən azad ola bilirlər: "Bizdə miqreni xəstəlik olaraq qəbul etmirlər. Demək olar ki, hər 10 miqrenli xəstədən 1-2-si müalicə üçün müraciət edər. Qalanları isə ev şəraitində ağrının keçməsini gözləyir. Halbuki miqren müalicəsi mövcuddur. Miqren xroniki patalogiyadır və özünü müxtəlif ağrılarla büruzə verir. Gözlənilmədən başlayan kəskin baş ağrıları, huşsuzluqla müşayiət olunan baş ağrıları, yaddaşın zəifləməsi ilə müşayiət olunan baş ağrıları, hərarətin yüksəlməsi ilə müşayiət olunan baş ağrıları və bu kimi hallarla başlayan ağrılar zamanı həkimə müraciət etmək lazımdır. Əks halda miqren tutmalarının şiddəti daha da ağırlaşa bilir".
Miqren müalicəsində dərmanlardan istifadə olunur. Qəbul olunan dərmanlar miqreni tamamilə sağaltmaz. Lakin ağrıları az da olsa azalda, ürək bulanma, qusmanın qarşısını ala bilər. Nevropatoloq qeyd edir ki, insanlar miqreni şiddətləndirən faktoru bilməklə bundan uzaq qala bilərlər. Miqrendən əziyyət çəkənlər profilaktik məqsədlə, onlarda tutmanın başlamasını törədən faktoru müəyyən etmək üçün çox diqqətli olmalı və hər zaman həmin faktorlardan mümkün qədər uzaq olmalıdırlar. Belə adamlar kifayət qədər yatmalı, istirahət etməli, vaxtlı-vaxtında olmaqla düzgün qidalanmalıdırlar: "Maraqlı haldır ki, 55 yaşı ötən insanlar, demək olar, miqrenin nə olmasını unudurlar. Miqren ölümcül xəstəlik deyil. Müalicə olunmasa belə, yaşamaq mümkündür. Lakin müalicə olunan miqren ağrıları hiss olunacaq qədər azalır. Yetkinlik əvvəli hər iki cinsdə görülmə sıxlığı bərabərdir, amma yetkinlik sonrası menopoz dövrünə qədər qadınlarda daha çox müşahidə edilir. Uşaqlıq cağında səbəbsiz şiddətli qarın ağrıların, qusmanın səbəbi miqrendir. Miqren xüsusilə hormonal dəyişikliklərdən tez qaynaqlanır. Buna görə də müəyyən dövrlərdə şiddətli ağrıların ortaya çıxması normal hal sayılır".
XƏBƏR LENTİ
İsrailli professordan PEYVƏND XƏBƏRDARLIĞI
"Zəmzəm" suyunun sirləri açıqlanıb
İpoteka ilə bağlı yeni qaydalar təsdiqləndi
Bakıdakı küləyin maksimal sürəti açıqlanıb
Sumqayıta və hava limanına metro xətti çəkiləcək?
Farizdən qələbə nokautu
Putin özü də bilmədən Azərbaycanın xeyrinə qərar verdi
ARDNŞ-in NEZ işçiləri Azərbaycanda yeni emal zavodunun istismarına cəlb ediləcək
2013-cü ilin gündəlik və mərasim geyimləri
"Üzeyir Hacıbəyov himnimizi dövlət marşı kimi yox, mərsiyə kimi bəstələyib"
Azərbaycan Türkiyə mediasının gündəmində
Tarixdə ilk dəfə baş verdi - FOTO
Prezident İlham Əliyev "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası"nda dəyişikliklər etdi
İŞİD özünü məhv edir
Kartof saçların tez uzanmasını təmin edir
Şeytanla danışdığını dedi hər kəsi qorxutdu-FOTO
Media və psixopatologiya
Səmadan şokolad yağdı
Yeni turbo mühərrikli Jaguar F-Type
Tibbə məlum olan ən uzun dişi çəkilib - VİDEO
Birlikdə öyrənək
Məşhurların istifadə etdiyi topuz modelləri
Fərqli dizaynı ilə maraq yaradanlar
Çimərliklərin monitorinqi başlanır
Bu sezonun aksesuar trendi
Daxili İşlər nazirindən daha bir TƏYİNAT
Sarımsaqlı saç maskası
TQDK şərtləri dəyişdi
Ermənilər Tərtər sakinlərini atəşə tutdu
Orqanizminizi qışa hazırlayın
Avtomobil kreditləşməsi bərpa edildi
Azərbaycanda zəlzələ baş verib
Olimpiya çempionumuz yeni vəzifəsi haqda danışdı
“Eurovision”un qalibi dəyişdirilə bilər -SƏBƏB/VİDEO
İki ərzaqla hazırlaya biləcəyiniz maskalar
Təbii yolla daha sağlam həyat
Bakıda yağış yağacaq
Həkim bu aktrisaya filmlərə çəkilməyə icazə vermir!
Qafqazın ən böyük nağarası Şəkidə
22 ildir, dəyişməyən aparıcı - FOTO
Dil yanığına yaxşı gələn vasitələr
Sosial şəbəkələrdə paylaşılan şəkillərə inanmayın!
14 kq-lıq yeniyetmə-FOTO
Cəbhədəki son vəziyyət açıqlanır - CANLI YAYIM
Yaponiyadan Putinə rədd cavabı
Azərbaycan tarixindən yüz şəxsiyyət-74
Leyla Əliyevanın qeyri-adi kafesi
Pişiklər insanı necə görür?
Dərinizi bahara hazırlayın
“Kitabi Dədə Qorqud” dastanının Vatikan nüsxəsi nəşrə hazırlanıb















- ŞƏRHLƏR