Qadin.NET / Başınız ağrıyır?

Başınız ağrıyır?

 

Başınız ağrıyır?

Bəlkə də təəccüblənəcəksiniz, ancaq dünya əhalisinin 80% -i baş ağrısından əziyyət çəkir. Baş ağrısı nə üçün yaranır və bunu necə müalicə etmək olar?! Baş ağrısının səbəbləri kimi növləri də çoxdur. Hər ağrınını xarakterinə görə onun növünü seçmək və müalicəsini etmək olar. Lakin unutmayın ki, əgər tutmalar müntəzəm olaraq təkrarlanırsa və ağrı kifayət qədər dözülməzdirsə dərhal həkimə müraciət etmək lazımdır. Baş ağrıları əsasən havada zəhərli qazların olması zamanı, acliq hissindən, emosional və fiziki vəziyyətlərdən, soyuqlamadan, təsadüfi zəhərlənmədən, hətta bəzən qəbul etdiyimiz dərmanların təsirindən yarana bilər. Amma bəzən ağrılar ciddi daxili xəstəliklərin mövcudluğu barədə məlumat verə bilər. 

 Baş ağrılarının əsas növləri

Əsas simptomları araşdırmaq üçün baş ağrısı və onun ən çox yayılmış növlərini  öyrənək.

"Məsul insanların baş ağrıları": Gərgin iş rejimi olan insanların bütün gün stress yaşadığı və uzun müddət masa arxasında  əyləşib etdiyi işin məsuliyyətinin verdiyi gərginlik nəticəsində yaranan ağrılar belə adlanır. Ağrı, gərginlik başın istənilən bölgəsində yarana bilər. Tədricən güclənərək bütün başı əhatə edir. Sanki, dəmir halqa ilə gicgahlar sıxılır. Bu ağrı bəzən boyunun arxa hissəsində və çiyinlərdə hiss olunur. Bəzən belə ağrılar qısa istirahət və təmiz hava qəbulu zamanı tədricən keçir. Lakin əgər bu ağrılar daha da artırsa, bu zaman həkiminizə müraciət etməlisiniz.

Bəzi ağrılara diaqnoz qoymaq çətin deyil. Beyin qan dövranının pozulması ilə əlaqəli və arterial təzyiqin artması ilə yaranan baş ağrıları göz ətrafında yaranır.  Bu baş ağrıları tez-tez rast gəldiyimiz ağrılardır. Əsasən də bu baş ağrıları kişilərdə müşahidə olunur. 

Baş ağrıları iltihabi xəstəlikləri zamanı çox tez-tez yaranır. Məsələn, başınızda küt ağrı varsa və tədricən bütün başınızı əhatə edirsə, əsasən də öskürdüyünüz zaman dözülməz həddə çatırsa burda haymoritdən də söhbət gedə bilər. Bəzən bu ağrı çənədə və dişlərdə də hiss olunur. Bu zaman özünüz müalicə etməyə çalışmayın. Çünki, bu zaman mütləq antibiotik lazım olacaq. Bunun üçünsə həkimə müraciət edin.

Başınız ağrıyır?
Bu xəstəlikdən bir çox tarixi şəxsiyyətlər əziyyət çəksə də, hələ də bu xəstəliyin tam yaranma səbəbini heç kim bilmir. Bu baş ağrı xüsusiyyətlərinə görə daha çox qadınlarda müşayiət olunur. Əsasən 20-35 yaş arası daha çox rast gəlinir. Bu xəstəlik haqda ilk dəfə tarixi və müdrik həkimlərdən Hippokrat və Avisenna xəbər vermişdir. Tam səbəbi bilinməsə də, bəzi xüsusiyyətləri yaxşı öyrənilmişdir. Miqren zamanı başın yalnız gözətrafı, alın hissə və gicgahlar ağrıyır. Bu ağrı intensiv, müntəzəm olaraq təkrarlanan ürək bulanması, parlaq işığa və səslərə qarşı aqressivliklə müşayiət olunur. Bu ağrı zamanı xüsusi görmə halları yaranır: gözlərdə müxtəlif qara rəngli xətlər və ya ümumiyyətlə gözlərdə qaralma olur. Miqren ildə bir neçə dəfə artaraq ayda bir neçə dəfə öz qurbanını tutur. 
Başınız ağrıyır?

Bəs baş ağrısını necə müalicə edək?

Mütəmadi yaranan baş ağrıları həyat tonusunu aşağı salır, insana normal yaşamağa və işləməyə mane olur. Bəzən adi ağrıkəsicilərlə bu ağrını dəf etmək olmur. Bunun üçün ilk öncə ağrının səbəbini öyrənmək, ona görə müalicə etmək və ya həkimə müraciət etmək olar. Əgər müəyyən olsa ki, sizdə həqiqətən də miqren xəstəliyi var, bu zaman həkiminiz sizə güclü antibiotiklər təyin edəcək. Bundan əlavə antibiotik terapiyası ilə yanaşı həkiminiz sizə digər müalicə təyin edə bilər, məsələn, masaj, fizioterapiya və psixoterapiya. 

Ümumiyyətlə, sağlam həyat tərzi sürən insanlarda belə xəstəliklərə tez-tez rast gəlinmir. Mütəmadi olaraq idmanla məşğul olmaq, zərərli vərdişlərdən uzaqlaşmaq, nə qədər gərgin işləsəniz belə zaman-zaman təmiz hava qəbul etmək lazımdır.

Sonda hər kəsə cansağlığı arzu edirəm.

27 noyabr 2013
GO BACK