Ən təbii dezinfeksiyaedici: göz yaşı
Orqanizmimizdə həyati əhəmiyyətə malik bir çox maye ifraz olunur. Bunlardan biri də göz yaşıdır. 98.2 %-i sudan ibarət göz yaşı tərkibində fərqli miqdarlarda müxtəlif maddələr olan çox xüsusi mayedir. Qalan hissəsində qan plazması ilə eyni miqdarda sidik cövhəri və plazmadakından daha az miqdarda qlükoza, duzlar və üzvi maddələr yerləşir. Göz yaşının bu möhtəşəm birləşməsi sağlam görmək üçün çox vacibdir.
Bəzi insanların sadəcə duzlu su olduğunu zənn etdiyi göz yaşı gözü necə qoruyur? Sağlam, aydın görmək üçün niyə göz yaşına ehtiyac var? Göz yaşı daha az ifraz olunduqda hansı xəstəliklər meydana gəlir?
Göz yaşının funksiyaları
Göz yaşının tərkibindəki birləşmələr yaxşı, aydın görməni təmin edir. Birləşmələrin miqdarında və ya quruluşunda ən kiçik fərq olarsa, gözə infeksiya düşər və ya gözümüz aydın görmə xüsusiyyətini itirər.
Göz yaşının funksiyalarını 4 əsas başlıq altında sadalamaq olar:
1. Gözün səthini nəmləndirmək və göz quruluşunun vuracağı ziyanın qarşısını almaq.
2. Mikroskopik cəhətdən nahamar olan göz səthini optik cəhətdən hamarlaşdırmaq.
3. Gözün buynuz qişasına lazım olan oksigen və digər qida maddələrini təmin etmək.
4. Gözü bakteriya və infeksiyalardan qorumaq.
3 müxtəlif təbəqə, 3 müxtəlif funksiya
Kompleks quruluşa malik göz yaşını təşkil edən birləşmələr 3 təbəqədə qruplaşdırılmışdır:
1. Yağ təbəqəsi: göz yaşının ən üst təbəqəsidir. Bu təbəqə sayəsində altdakı maye təbəqənin buxarlanaraq funksiyasını itirməsinin və göz yaşının alt göz qapağından axıb getməsinin qarşısı alınır. Yağ ifraz edən vəzlərin yerləşdiyi təbəqə çox nazik olmasına baxmayaraq göz yaşının kənara axmasına və buxarlanmasına mane olur.
2. Maye təbəqə: bu təbəqə göz yaşının əsas təbəqəsidir. Yağ təbəqəsinin altında, ortada yerləşir. Üç təbəqə arasında ən qalınıdır. Duz, zülal və lizozim adlı xüsusi kimyəvi maddədən ibarət mürəkkəb quruluşu var. Maye təbəqə gözün buynuz qişasını qidalandıran oksigen daşıyır, tullantı maddələrini buynuz qişadan uzaqlaşdırır, buynuz qişada infeksiya törəməsinin qarşısını alır. Görüntülərin normal olması üçün gözün buynuz qişasındakı su həcmi sabit miqdarda qalmalıdır. Əgər bu nisbət pozulsa, buynuz qişa şişər və forması pozular. Maye təbəqə buynuz qişadakı su miqdarını tənzimləyərək görüntü keyfiyyətinin yüksək olmasını təmin edir.
3. Selik təbəqəsi: gözün səthində yerləşən konyuktiva adlı incə qılafdakı hüceyrələr tərəfindən ifraz edilir. Gözün üzərində yerləşir, göz yaşının ən alt təbəqəsidir. Səthindəki epitel qatı hidrofobikdir, yəni suyu sevməyən, kənar edən quruluşu var. Əgər bu təbəqə maye təbəqənin yerində olsaydı, gözün üzərində dayana bilməz, ona görə də bir işə yaramazdı. Selik təbəqəsində gözün üstündə dayanan musin adlı xüsusi kimyəvi maddə var. Göz yaşı bu maddə və selikli təbəqə sayəsində yerin cazibə qüvvəsinə qarşı müqavimət göstərərək gözün ön səthində dayana bilir.
Göz yaşı ifrazının miqdarı nə üçün vacibdir?
Göz yaşı ancaq buynuz qişanın qurumasının qarşısını alacaq və göz almasının səthinin sürüşkənliyini təmin edəcək miqdarda ifraz olunur. Beləcə, göz hərəkət etdikdə göz qapağının daxili hissəsi ilə gözün üstü arasında sürtünmədən qaynaqlanan narahatlıq baş vermir.
Göz yaşını təşkil edən birləşmələrin kifayət miqdarda ifraz olunmaması və ya bir birləşmənin əksik olması gözün səthində quru nöqtələrin əmələ gəlməsinə səbəb olar. Bu təqdirdə gözlə göz qapağı arasında daima sürtünmə baş verər və gözün hər hərəkəti bizim üçün əziyyətə çevrilərdi. Məsələn, göz yaşı quruluğu olan xəstələrdə gözlərdə daima yanma və gözün içinin qumla dolu olması hissi olur. Gözlər batır, qaşınır, şişir, qızarır və xəstəliyin ağır mərhələlərində xəstə görmə qabiliyyətini itirir. Göz yaşı birləşmələrində pozuntu və ya çatışmazlıq olanlar hər 10-15 dəqiqədə gözlərinə süni göz yaşı damcısı tökürlər. Bir çox insanda bu xəstəlik var və müvəqqəti rahatlıq təmin edən göz damcısı və dərmanları üçün çoxlu pul sərf edir.
Təkamül nəzəriyyəsini tamamilə təkzib edən reduksiyaedilməz komplekslik
Süni göz damcısından daha üstün xüsusiyyətlər malik olan və insan orqanizmində hasil edilən göz yaşı müxtəlif kimyəvi maddələrdən təşkil olunmuşdur və bu maddələr həssas nisbətdə birləşirlər. Bundan başqa, göz yaşı ilə birlikdə göz yaşını ifraz edən vəzlər, avtomatik göz yaşı ifraz etmə mexanizmi və ifrazat kanalları da var. Bunları düşündükdə göz yaşının təsadüfən əmələ gəldiyni və təsadüfən gözə yerləşdiyini iddia etmək ağıl və məntiqdən kənardır. Buna görə də göz yaşının təsadüfən əmələ gəldiyini iddia edən elm adamları cavablaya bilmədikləri bəzi suallarla üzləşirlər: İnsan orqanizmində göz üçün həm bu qədər güclü təmizləyici funksiya yerinə yetirən, həm də gözə heç bir zərər verməyən maye necə sintezlənmişdir? Əgər göz mərhələ-mərhələ əmələ gəlibsə, bu ideal maye “təsadüfən” əmələ gələnə qədər göz necə qorunub?
Göz yaşı olmadan gözün xarici amillərdən qorunması və təbii baxımının öz-özünə edilməsi mümkün deyil. Belə olduqda göz yaşı olmayan göz təkamülçülərin ssenarilərində iddia etdiklərinin əksinə, təsadüfən əmələ gələ bilməz, bir müddət sonra funksiyasını itirib əsla qüsursuz quruluşunu əldə edə bilməzdi. Bu fakt gözün reduksiyaedilməz kompleksiliyinin ən bariz nümunələrindən biridir.
Unutmaq olmaz ki, göz yaşı indiyə qədər yaşamış və hal-hazırda yaşayan bütün insanlarda var. Hər kəsdə eyni xüsusiyyətlərə malikdir. Aydındır ki, gözün bircə hissəsinin belə təsadüfən əmələ gəlməsi qeyri-mümkündür. Gözü tam halda yaradan, hər insanda eyni xüsusiyyətlərin olmasını təmin edən Allahdır. Göz Allahın qüsursuz yaratmasının nümunələrindən biridir.
Göz yaşı necə dezinfeksiya edir?
Çox insanın ancaq ağladıqda axan duzlu su hesab etdiyi göz yaşı xüsusi bir mayedir. İlkin funksiyası gözü mikroblara qarşı qorumaqdır. Tərkibindəki lizozim fermenti bir çox bakteriya növünü parçalayır və mikrobları öldürür. Lizozim sayəsində göz infeksiyalardan qorunur. Bu maddə binaları mikroblardan təmizləmək üçün istifadə edilən güclü dezinfeksiyaedicilərin tərkibindəki maddələrdən də təsirlidir. Bəs bu cür güclü dezinfeksiyaedici necə olur ki, göz kimi həssas orqana heç bir zərər vermir və əksinə gözü mükəmməl qoruyur?
Bu, Yaradıcının üstün yaratma sənətinin nümunələrindən biridir. Göz yaşı kimyəvi quruluşuna ən uyğun şəkildə yaradılmışdır. Yaradılışın hər xüsusundakı möhtəşəm uyğunluq, eyni şəkildə, göz və göz yaşına da aiddir. Gözdə həm də yağlama sistemi mövcuddur. Bu sistem gündə təxminən yüz min dəfə dörd tərəfə çevrilən gözün bu hərəkətlər nəticəsində aşınmasının qarşısını alır.
İzhar Kazımov
XƏBƏR LENTİ
İstilər gəlir
3 aya 24 kiloqram arıqladan qarışım
Bulka və süd uşaqlarda sağlamlıq problemi yaradır.
Müsəlman prezidentlər Moskvaya toplaşır
Azərbaycanlı sahibkarlar Gürcüstanda keçiriləcək beynəlxalq sərgiyə dəvət olunurlar
Smartfonla çəkilən fotolar harada saxlanır?
Ən çox yağ yandıran idman növləri
Zəhərlənmə
Bakının Qızlar Universitetində oğlan?
Bryus Uillis aptekdən qovuldu- SƏBƏB
Avropa dövlətində heyvanların sirkdə iştirakı qadağan edildi
Ata oyuncaqdan ölmüş oğlunun ürək döyüntülərini eşitdi – VİDEO
Bu şirkət 4 günlük iş rejiminə keçdi
Özünə qəbir qazan cəmiyyət və ona qənim kəsilən hakimiyyət
Uşağın cinsiyyətini öyrənmək qanunla yasaqlanacaq
Bakıda dəniz üzərindən yeni körpü
Türkiyə yeni spikerini seçdi
Süni uşaq qidaları: nəyi bilmək mühümdür?
Bədənizdəki xallar sizin haqqınızda nə deyir TEST
Heç elə bil infarkt olmamışdı
İnternet istifadəçilərinin kimliyi dəqiq bilinəcək
Peyzaj ustası olan retuşçu
Alış-veriş mərkəzləri insanların xarakterindən xəbər verir
Bu dərmanlar ən az 2 dəfə ucuzlaşdırıldı
"Oskar" mərasimi - Ən yaxşılar seçildi - FOTO
Qorxu dolu gecə
Vilayət Eyvazovdan Polis İdarəsində DƏYİŞİKLİK
İndi də hədəfdə "Azerbaijani breakfast"dir
Səliqəsiz geyimli adamlar bu metroya buraxılmayacaq
Qadin.Net dilə gəldi...
Çiyələk souslu keks (foto resept)
Bədəni təmizləyən 4 qida
Ermənilər Tovuzda hospitalı hədəf aldılar - VİDEO
Azərbaycan muğamı Praqada
Qorxulu görünüşə sahib cütlük
Saç düzümləri
İlham Əliyev Ramazan Abdulatipovla görüşdü
Evdən çıxmayan qadın koronavirusa yoluxdu
İşğaldan azad edilən Kəlbəcərin daha bir kəndindən görüntülər - VİDEO
Bakı hava limanı leysan yağmasına baxmayaraq həmişəki rejimində işləyir
Uşağınız atasına çox bağlıdır?
Yeni il üçün qaz əti qızartması (foto resept)
Sarımsağın faydaları haqqında
Azərbaycanda uydurma "problem" arayanların əsl məqsədi nədir?
Fitball - kiçikdən böyüyə
Sarkisyandan təslim mesajı
Dəri tipinə görə qulluq
Pendir və kələmli qızardılmış lavaş (foto resept)
Qozlu-qaysılı alma deserti (foto resept)
Siz də istəyirsiniz?
- ŞƏRHLƏR