Respublikanın baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev Ailem.az-a bildirib ki, uşaqlar üçün ən ideal qida ana südüdür: “Həmin süni qidalar inək südünün bazasında hazırlanan qidalardır. Təbiətin belə bir qanunu var ki, canlının hasil etdiyi qida onun maksimum özü üçün spesifik və maksimum adekvatdır. Bu o deməkdir ki, inəyin südünü insanın balasına vermək olmaz. Biologiyada buna bioloji katastrof deyirlər. Bunlar sübuta ehtiyacı olmayan aksiomlardır. Amma təssüflər olsun ki, insanlar özləri-özlərinə problem yaradırlar. Ona görə ki, təbiətin qanunlarını pozurlar”. N.Quliyev deyib ki, uşaq qidalarının satışı ilə məşğul olan distribütorlar pediatrlarla əməkdaşlıq edirlər: “Əgər pediatr uşağa süni qida verilməsini məsləhət görürsə, bu, həmin həkimin savadının aşağı olmasını göstərir. Uşağı müayinə edən pediatr analara ancaq onu tövsiyə etməlidir ki, ilk altı ayadək övladını yalnız ana südü ilə qidalandırsın. Altı aydan sonra isə ana südü ilə yanaşı əlavə qidalar da vermək olar. Bu qidalar isə, yumurta sarısı, mannı və digər sıyıqlar ola bilər. Daha yaxşı olardı ki, bu qidalar da mağazalarda satılan hazır yox, ev şəraitində hazırlanan qidalar olsun. Ağıllı analar uşaqlarına konservantlarla konserviləşdirilib uzun müddətli istifadəyə yararı olan qablaşdırılmış uşaq yeməkləri vermirlər”. Baş pediatrın sözlərinə görə, mütəmadi olaraq həkimlərə məsləhət verilir ki, analara süni qidalardan istifadə etməyi tövsiyə etməsinlər: “Amma təəssüflər olsun ki, insanların şüurunu və fikirlərini dəyişmək elə də asan deyil. İstər dövlət, istər də özəl tibb müəssisələrində savaddan kənar, həkim humanistliyini və vətənpərvərliyini itirən, vicdanlarında problem olan insanlar bəzi firmalarla iş birliyinə gedir. Biz onları daim pisləyir və buna qarşı mübarizə aparırıq”. N.Quliyev ananın südünün olmaması ilə bağlı deyilən fikirləri də qəbul etmir: “Çünki ana bətninə uşaq düşən gündən ananın orqanizmində və döş vəzisində müəyyən dəyişikliklər baş verir. Uşaq anadan doğulan gündən döş vəziləri də işləyir və süd gəlir. Hər bir ana çalışmalıdır ki, uşağını ana südündən məhrum etməsin”. Baş pediatr onu da qeyd edib ki, süni uşaq qidalarının ixracı ilə məşğul olan əsas ölkələrdən biri olan Almaniyada ana südü ilə qidalanan uşaqların sayı Azərbaycandakılardan çoxdur: “Onlar süni uşaq qidaları istehsal edib başqa ölkələrə satırlar. Özlərində isə bu qidalardan istifadə yox dərəcəsindədir. Deməli, belə ölkələr qazanc əldə etmək və məhsullarını satmaq üçün xam axtarırlar. İnsanlar ayıq olmalıdır, xüsusilə də analar. Buna qarşı analarla yanaşı, bütün cəmiyyət mübarizə aparmalıdır. Təkcə həkimlərin deməyi bəs etmir”.
“Bu yeməklərdən çox istifadə körpələrdə vitamin çatışmazlığı yaradır”
Süni uşaq qidalarından çox istifadənin körpələrdə vitamin çatışmazlığına səbəb olduğunu deyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub HüseynovAzərbaycanda uşaq qidalarının satışında və təbliğatında qanun pozuntularının olduğunu deyib. Onun sözlərinə görə, uşaq qidaları məhsullarının distribütorları pediatrlarla heç bir stimullaşdırıcı görüş və tədbirlər keçirməməlidirlər: “Onların pediatrlarla əlaqələri məhdudlaşdırılmalıdır. Azərbaycanda isə əksinədir. Bu distribütorlar həkimlərlə sıx iş birliyi qurublar. Bizdə hətta rəsmi məlumatlar da var ki, belə şirkətlər pediatrları stimullaşdırmaq üçün onları müxtəlif xarici ölkələrdə keçirilən tədbirlərə də göndərirlər. Ümumiyyətlə, doğum evlərində və uşaq xəstəxanalarında uşaq qidaları ilə bağlı heç bir təbliğat vasitələrindən istifadə edilməməlidir. Çünki tədqiqatlar göstərir ki, süni uşaq qidalarından xəbər tutan analar tənbəlləşir və onlardan istifadəyə meyl edirlər. Hətta bu zaman ananın südü çəkilir”. Birlik sədri onu da qeyd edib ki, uşaq qidalarının tərkibi çox mürəkkəb olduğundan onların yoxlanılması da çətindir: “Azərbaycanda belə dəqiq analizlər aparacaq lobaratoriya olmadığından bu məhsulların tərkibi haqqında dəqiq məlumatlar yoxdur”.
Uşaq qidaları ilə bağlı monitorinqlər aparılır
Səhiyyə Nazirliyi Respubika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma bölməsinin müdiri İmran Abdullayevin Ailem.az-a bildirdirdiyinə görə, hazırda satışdan götürülən uşaq qidalarının nümunələri üzərində laborator müayinələr aparılır: “Onların tərkibi yoxlanılır. Təhlükəsizlik göstəriciləri, bakterioloji, toksikoloji göstəriciləri yoxlanılır. Monitorinqlərin cavabları noyabrın sonunda açıqlanacaq”. Bu yoxlamaların hər il aparıldığını deyən bölmə müdirinin sözlərinə görə, indiyədək normadan çıxma halları qeydə alınmayıb. İ.Abdullayev qeyd edib ki, uşaq qidaları ilə bağlı problemlər yalnız satış məntəqələrində bu məhsulların saxlanılma şəraiti ilə bağlı ola bilər: “Ucqar kənd yerlərində bəzən bu hallara rast gəlinir. Satış yerləri qaneedici olmayan mağazalardan da götürülən nümunələr müayinə olunub. Lakin onların da tərkibində heç bir dəyişikliklər aşkarlanmayıb. Çünki bu qidaların qablaşdırlmasında işıq, su keçirməyən falqalardan istifadə edildiyindən qutuların içərisində olan məhsul qorunur”.
"Saxlanılma rejiminə əməl edilmədiyindən məhsulların keyfiyyəti dəyişmişdi"
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə Ailem.az-a bildirib ki, Azərbaycana idxal olunan uşaq qidalarının keyfiyyəti mütəmadi olaraq laborator şəraitdə yoxlanılır. Onun sözlərinə görə, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən aparılan bu yoxlamalar zamanı bəzi problemlər üzə çıxır: “Lakin həmin problemlər məhsulların keyfiyyəti ilə bağlı olmur. İdxal edildikdən sonra uşaq qidaları satış məntəqələrində saxlanılma rejiminə riayət edilməklə saxlanılmalıdır. Bəzən bu rejimə düzgün əməl edilmədiyindən məhsulların tərkibində dəyişikliklər baş verir. Məsələn, Bakı şəhər Nəsimi rayonu Mirəli Qaşqay küçəsində yerləşən bir topdan satış məntəqəsində belə hal aşkarlanmışdı. Saxlanılma rejiminə əməl edilmədiyindən məhsulların keyfiyyəti dəyişmişdi və standartlara cavab vermirdi. Ona görə də uşaq qidalarının üzərindəki bu göstəricilərə əməl edilməlidir”. F.Talıbli analara uşaq qidalarını ixtisaslaşmış xüsusi mağazalardan almağı və evdə istifadə etdikdən sonra saxlanma qaydalaraına riayət etmələrini tövsiyə etdi.
50 kiloqrama yaxın uşaq yeməkləri satışdan çıxarılıb
İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisiAbbas Əliyev Ailem.az-a mütəmadi olaraq istehlak bazarında nəzarət tədbirlərinin həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, bu il aparılmış monitorinqlər zamanı 50 kiloqrama yaxın yararlılıq müddəti bitmiş uşaq yeməkləri aşkarlanaraq məhv edilib. Uşaq qidaları bazarına xüsusi diqqət yetirildiyini deyən A.Əliyev onu da vurğulayıb ki, bu sahədə istehlakçılar arasında maarifləndirmə tədbirlər də aparılır. Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti isə uşaq qidaları ilə bağlı istehlakçılara öz tövsiyələrini verib. Bildirilib ki, uşaq qidası kimi istifadə olunan müxtəlif növ konservlərə süni boyalar və sintetik aromatlaşdırıcı maddələrin əlavə edilməsi yol verilməzdir. Konservlərin tərkibində kənar iy və dad olmamalı və rəngi tərkibində olan meyvənin rənginə uyğun olmalıdır. Uşaqlar üçün nəzərdə tutulan süni qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi standartların, sanitar-gigiyenik norma və qaydaların tələblərinə cavab verməlidir: “Süni qida məhsullarının üzərində ana südünün üstünlüyü, yalnız həkim məsləhəti ilə istifadə edilə bilməsi, qidanın düzgün hazırlanması və saxlanması, yararlılıq müddəti, mənşəyi, istehsalçısının adı və ünvanı, enerji dəyəri, tərkibində əsas inqrediyentlərin heyvan və ya bitki mənşəli olması, kimyəvi tərkibi, hazırlanmasında istinad olunan normativ-texniki sənəd və sertifikatlaşdırma barədə qeydlər olmalıdır. Normal qidalanma üçün bütün bu qruplara daxil olan məhsulların rasional şəkildə istifadə olunması gərəkdir. Uşaq qidasının düzgün seçilməsi ilə yanaşı, düzgün istifadəsi də sağlamlıq və təhlükəsizlik baxımından böyük əhəmiyyətə malikdir”.
Analar, bunları biməlisiniz!
Uşaq qidasını alarkən istehlakçılar yararlılıq müddəti və keyfiyyət sertifikatı və qablaşmanın bütövlüyünə, onun hansı yaş qrupu üçün nəzərdə tutulduğuna diqqət yetirməli və qidanın təlimatı ilə tanış olmalıdırlar: “Uşaq qidaları təmiz, quru, yaxşı ventilyasiya olunan yerdə müvafiq temperatur rejimində və müddətlərdə saxlanılmalıdır. Quru uşaq qidalarını soyuducuda, xüsusən açıq halda saxlamaq olmaz. Belə ki, quru toz halında olan uşaq qidaları nəm çəkir ki, bu da sonradan onun yararlığına mənfi təsir göstərir. Uşaq qidası kimi istifadə olunan meyvə və giləmeyvə konservlərini 0°-25°C temperaturda 2 il, tərəvəzli, meyvəli və ətli konservləri şüşə qablarda 2 il, dəmir qablarda 1 il, konservlərə vitamin, süd, qaymaq, xama əlavə edildiyi təqdirdə 1 il, quru məhsulları (sıyıqlar) və quş əti konservlərini 0°-20°C temperaturda istehsalçı tərəfindən müəyyən edilən və qutunun üzərində göstərilən müddətdə saxlanılmalıdır: “Əgər qabın qapağı azacıq batıqdırsa, bu, həmin məhsulun təzə olmasına dəlalət edir. Qabı zədələnmiş uşaq qidalarını almayın. Uşaq qidasını alarkən onun üzərində “uşaq qidası” və “6, 8, 10 və 12 aylıq uşaqlar üçün” kimi qeydlərin olmasına diqqət yetirin. Bundan əlavə uşaq qidası kimi istifadə olunan konservlərin tərkibində duz və şəkər qarışığının olmamasına və ekoloji təmiz məhsuldan hazırlandığına xüsusi diqqət edin”. İstehlakçı olaraq hər kəs idxal edilən və ya respublikada istehsal olunan uşaq qida məhsullarının üzərindəki informasiyaya diqqət etməlidir. Bu informasiya digər dillərlə yanaşı Azərbaycan dilində olmalı, ana südünün üstünlüyü qeyd olunmalı, “ana südünə oxşar” və ya “ana südünün əvəzedicisi” ifadələrindən istifadə edilməməlidir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Mağara otel
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İspan dili 24-cü dərs
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Bu gün səni istədim...
Dəniz havasına azacıq "düzəliş"
Həssas dərilər üçün makiyaj tövsiyələri
Schuizu balıq (foto resept)
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
“Facebook” pullu olacaq?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Hava XƏBƏRDARLIĞI
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO
İslandiyada hər kəsə eyni maaş veriləcək
Beyin üçün məşğələ
Susamasaydınız, nə baş verərdi?
Cim Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Quşüzümlü portağal şirəsi (foto resept)
Mənim əl işlərim
“Whatsapp”da YENİLİK - Barmaq izi...
Düzgün duruş üçün dartınma hərəkətləri
Ukraynada bütün rusdilli məktəblər ləğv edildi
Gürcüstanda azərbaycandilli radio açıldı
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Selena Gomez İlk Dəfə Xəstəliyindən Danışdı
Məşhur aktrisa vəliəhdini açıqladı
2018 məzunları üçün saç modelləri
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Badamlı balıq (foto resept)
Onu sevməyən insan tapmaq çətin...
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Necə nəfəs alırıq?
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Serenay 7 milyonluq izləyicilərini sevindirdi
Apteklər bağlanır
Bakıda torpaq ucuzlaşıb
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Qürub çağı
Kukla sənəti
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Rusiya Ukraynanı parçalamaq istəyir?
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
İmmuniteti gücləndirən 5 ərzaq
- ŞƏRHLƏR