Osteoporoz ən geniş yayılmış metabolik sümük xəstəliyidir. Gözlənilən ömrün uzanması ilə mühüm bir sağlamlıq problemi halına gəlmişdir. Osteoporoz xəstəliyində sümük qırılqanlığı artır. Aşağı travma nəticəsində sınıq yarana bilər. Adətən 45 yaşdan sonra başlayır və yaşla birlikdə görülməsi də artır. 50-60 yaş arası xanımlara %40-55, 60-70 yaş arasında %75, 70 yaş üzərində isə %85-90 olur.
Osteoporoz cəmiyyət sağlamlıq problemi halına gətirən səbəbi sınıqla olan əlaqəsidir. Ağ irqdə 50 yaşında qadınların 40%, kişilərin %13-ün geri qalan həyat dövründə sınıq yaşayacaqları nəzərdə tutulur. Osteoporotik sınıqlar əsasənonurğa, bud və əl biləyi şəklindədir.
Osteoporoz üçün risk faktorları nələrdir?
Osteoporoza səbəb olan çox sayda risk faktoruolmaqdadır. Bu risk amillərinin bir qismi dəyişdirilə bilməz (yaş, irq, genetik quruluş kimi), bir qismi isədəyişdirilə bilər (qidalanma, sedanter həyat tərzi, siqaret kimi) amillərdir.Yetərli kalsium qəbulunun böyümə və inkişaf dövründə sağlam sümük inkişafı baxımından əhəmiyyətli olduğu qədər, irəli yaşlarda da sümük kütləsi qorunması baxımından da böyük əhəmiyyətə malikdir.
Kifayət miqdarda qəbul edilən müxtəlif vitamin və minerallar (maqnezium, sink, mis, fluorid, vitamin C,K, A kimi) və ya çox miqdarda istehlak edilən zülal, sodium, kofein, alkoqol, siqaret kimi maddələr osteoporoz baxımından əhəmiyyətli risk amilləri yaradır. Nizamlı məşq sümük mineral sıxlığını artırır.
Diaqnozu
Osteoporoz diaqnozu sümük mineral sıxlıq ölçümü ilə qoyulur, qısa vaxt alan ağrısız ölçümdür. Sümük mineral sıxlığına görə şəxs üç kateqoriyadan birinə aid edilir: Normal, aşağı sümük kütləsi (osteopeniya) və osteoporoz. Sümük mineral sıxlığı nə qədər aşağıdırsa sınıq riskinin o qədər yüksək olduğu qəbul edilir.
Osteoporozdan necə qorunmaq olar?
Osteoporozdan qorunmaq uşaqlıq çağından başlayır və həyat boyu davam edir. Qorunma, yetərli kalsium qəbulu, nizamlı məşq və qadınlarda kifayət qədər ostrogen kişilərdə isə kifayət qədər testosteron səviyyələrinin təmin olunmasıdır. Uşaqlıq, adolesan (gənclik) dövrlərində güclü sümüklər qazanılması irəli yaşlarda osteoporoz inkişafından qorunmaq üçün əhəmiyyətlidir.
Müntəzəm fiziki fəallıq, məsələn yürüyüş, aerobika və ya pilləkən enmək-çıxmaq, sümük gücünü artırmada əhəmiyyətlidir.
İrəli yaşlarda sümük əriməsindən necə qorunmaq olar?
Qadınlarda sümük əriməsi adətən 40 yaşlarında başlayır. Xroniki xəstəliyi olan, sümük itkisini arttırıcı dərman istifadə edən və ya digər risk amillərinə malik insanlarda daha erkən yaşlarda başlaya bilər. Sümük itkisi menopauzadan sonra ilk bir neçə ildə çox sürətlidir. Kişilərdə isə sümük itkisi 50 yaşlarında başlayır. Yaşlı qadın və kişilər üçün kifayət qədərkalsium (1200mg/gün) və D vitamini (400-800 IU/gün) qəbulu böyük əhəmiyyət daşıyır. Bundan başqa, fiziki olaraq aktiv qalmaq, əzələlərin güclü qalması, oynaqların elastikliyi və sümük qüvvəsi baxımından əhəmiyyətlidir.
Fuad Nəzərov
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Əlvan qızılgül
Dövlət Neft Şirkətinin işçiləri təltif edildilər
Evdə şampun hazırlamaq üçün nə lazımdır?
Günün ulduz falı - 08.08.2013
Məktəblilərin yaz tətili günlərinə dəyişiklik edildi
Moda brendlərini tanıyaq (3)
Manat: nə etməli, nə olacaq?
"BakuBus" avtobuslarında "Wi-Fi" sisteminin işə düşəcəyi vaxt açıqlandı
Qurbanlıq heyvanın qanından alına sürtmək olarmı?
Sorğu: "Qara yanvar" xalqın qəhrəmanlıq tarixidir
Saçları seyrəldən 5 vərdiş
Bengü övladını göstərdi - FOTO
Cəbhədə gərginlik artır
Ermənistan prezidenti Rusiyaya qeyri-rəsmi səfər edib
İtaliyanın ən yaxşıları seçildi
Göz hərəkəti nədən xəbər verir?
Bakıda broyler toyuqları kənd toyuğu adı ilə satılır
Uşaqlarda diş qıcırtmasının səbəbləri nədir?
Hava haqqında - 10.03.2014
Qalstuk kişinin xasiyyətindən xəbər verir
45 yaşlı Kameron Diaz ana olacaq-FOTO
Bəla başımıza necə gəldi?
Keçmiş ərinə mesaj yazan ərəb qadına həbs cəzası verildi
Neft bahalaşıb
Foqts: "Estonlara qarşı alman yox, azərbaycanlı olacağam"
2012-nin dəbi: şal naxışlı paltarlar
Gerçəyi müdafiə edin və fərq yaradın
Pendir yeməyin xeyri
Yeməyə görə kalorini necə yandırmalı?
Ebru sənəti
2013-2014-cü ilin makiyaj və saç modelləri
Azərbaycanda daha 153 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Almaniyada bomba səbəbindən 20 minə yaxın insan təxliyə edildi
Bakıda ən bahalı evlərin yeri məlum oldu
Rusiyanı gözəllik müsabiqəsində 4 uşaqlı ana təmsil edəcək - FOTO
Alimlərdən qorxulu açıqlama: Koronavirusun 30 fərqli növü var
YENİ DƏB: Bekhemdən qeyri-adi təklif-FOTO
Payızın yeni trend papaqları
Bu gün ölkəmizdə Bilik Günüdür!
BÜRCLƏR bizə nə vəd edir? -26 İyun
Hülya Avşar qonorarını açıqladı
Suqovuşandakı son vəziyyət “Haber Global”ın kamerasından... - VİDEO
Sürücülərə Nobel prospekti ilə bağlı bəd xəbər
Ancelina Colinin oxşarı-FOTO
Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsinə başlanıldı -VİDEO
Azərbaycanda zəlzələ oldu
Bakıda yeni böyük ajiotaj
Dubayda hava taksiləri istifadəyə veriləcək
Nazirdən sahibkarlara xəbərdarlıq
Günün qoroskopu: ünsiyyət üçün xoş gündür














