Quduzluq insan və heyvanların mərkəzi sinir sisteminin iflici ilə nəticələnən təhlükəli infeksiya xəstəliyidir. Bu infeksiya xəstəlik daşıyıcısının insanı və ya heyvanı dişləməsi, ya da tüpürcəyinin zədələnmiş dəriyə düşməsi nəticəsində yaranır. Quşlar da daxil olmaqla bütün istiqanlı heyvanlar quduzluğa meyillidirlər. Digər heyvanalara nisbətən bu xəstəliyə tez tutulan itlər insan üçün daha təhlükəlidir.

İnsanda bu xəstəliyə tutulma 8-9 gündən bir neçə ayadək davam edən inkubasiya dövründən sonra başlayır. Dişlənmiş yer mərkəzi sinir sisteminə nə qədər yaxın olarsa (baş, üz, əllər), xəstəlik bir o qədər təhlükəli xarakter daşıyır.
Xəstəliyin əlamətləri:
İnkubasiya dövrünün qurtarmasına 1-2 gün qalmış dişlənmiş yerdə ağrılar (hətta yara sağalsa belə), qıcıqlanma, narahat yuxular görmə, qorxu hissləri yaranır. Sonra xəstəlik çox da yüksək olmayan hərarət artıqlığı (1-2 dərəcə), ürəkdöyünmə, nəfəsalmanın çətinləşməsi ilə müşayiət olunur. Xəstənin psixi halı ağır olur. Sayıqlama, özündən getmə olur. Bu hal 2-3 gün davam edəndən sonra iflicə gətirib çıxarır. Sonda isə xəstə ölür.

İstənilən halda xəstənin heyvan tərəfindən dişlənməsi və ya quduz heyvanın tüpürcəyinin dəriyə düşməsi zamanı xəstəxanaya getməsi çox vacibdir. Dişləmə baş verdikdə xəstəlik əleyhinə peyvənd vurulan sanitar-epidemioloji mərkəzə müraciət etmək lazımdır. Dişləyən heyvan xəstə olmaya da bilər. Buna baxmayaraq, bütün hallarda təhlükə mövcuddur. Peyvənddən sonra xəstəliyə qarşı yaranan immunitet yarım ilə qədər qalır. Quduzluğa qarşı peyvənd olunanlar 6 ay müddətində spirtli içki qəbul etməməli, həmçinin həddən artıq yorğunluqdan, istidən və soyuqdan özlərini qorumalıdırlar! Dişləmə zamanı yaradan axan qanın qarşısını almağa çalışmayın. Qan nə qədər çox axarsa, onunla bərabər viruslar da xaric olar. Yaranın ətrafını bir neçə dəfə dezinfeksiyaedici məhlulla (yod, manqan məhlulu, spirt) silin. Xalq təbabətində qanaxmanı artırmaq üçün yara ətrafında 0,5-1 sm-dən çox olmayan dairəvi kəsiklər etmək məsləhət görülür. Qanaxmanı sürətləndirmək üçün yaranı isti su ilə yumaq, sonra isə həmin nahiyəni manqan məhlulu ilə silmək lazımdır.

Kənd yerlərində quduz heyvan tərəfindən dişlənmə zamanı yaralı yerə virus düşməsin deyə yaranın üstünə qızdırılmış dəmir basırdılar (yüksək hərarətdən viruslar ölür). Quduzluq xəstəliyi zamanı tətbiq olunan bir çox xalq təbabəti vasitələri var. Əlbəttə ki, bu vasitələrə tibbi yolla müalicə kömək etmədikdə müraciət edilməlidir.
Quduzluq zamanı loğmanlar məsləhət görürlər:
100 qram qoz ləpəsi, 100 qram bal, 50 qram duz, 50 qram soğan şirəsini qarışdırın. Qarışığı soyuducuda saxlayın. Gün ərzində bir desert qaşığı qəbul edin. Hər iki saatdan bir bu qarışıqdan ağrıyan yerə qoymaq lazımdır.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Xankəndi aeroportu işə düşür: "Azərbaycanın icazəsi ilə...”
Komada olan qadın uşaq dünyaya gətirdi-FOTO
Ebru Şallıya milyonluq hədiyyə
Azərbaycanda dərslik kitabları ləğv oluna bilər
Münasibətlərdə 100 həqiqət (2)
İftarda qatıq yerinə ayran için
Qışda dondurmanın faydaları - Ekspert rəyi
Ürək-damar xəstəliklərinin təbii yolla müalicəsi
İtlə yoqa: tərəfdaş hürərsə...
Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarını pisləyib - RƏSMİ
İtaliyaya səyahət (I hissə)
Ordumuzun 100 illiyi şərəfinə xüsusi medal təsis olundu
Pensiya və maaş qalxacaq
Hər gün kirli corab iylədi ...-ŞOK NƏTİCƏ
Rəfiqənin xəyanəti
"Krep" - axıtma (foto resept)
İt koronavirusdan ölən sahibini aylarla xəstəxana girişində gözlədi - FOTO
Düşmənin canlı qüvvəsi məhv edilib - VİDEO
Şeyma Subaşı yeni FOTOsunu paylaşdı-FOTO
Yarımçıq işlərlə necə başa çıxmalı? (2-ci hissə)
İstanbul bəyannaməsində Azərbaycanla bağlı bənd
Həkim qədər təsirli 27 meyvə və tərəvəz (1)
Azərbaycanlı gimnast Dünya Kuboku mərhələsində 4-cü oldu
Ürək sağlamlığı üçün məşqlər
Ultrasəs müayinəsində ölən nənəsini görüb dəhşətə gəldi-FOTO
Məşhur aktrisa xəstəxanalıq oldu-SƏBƏB
Kia və Hyundai alıcıları aldatdı
Cem Yılmaz Acun İlıcalıdan danışdı
Günün ulduz falı
"… kimi ol" axını haradan qaynaqlanır və insanlara nə hiss etdirir?
Azərbaycanda Ebola virusu ilə bağlı xüsusi tapşırıq
Xərçəngin səslə müalicəsi - İnanılmaz effekt
Satışa çıxarılan Harry Potter evi: De Vere House
TQDK-dan dərsliklərdəki mübahisəli məsələlərlə bağlı AÇIQLAMA
Azərbaycanda koronavirusa kütləvi yoluxma: Araşdırma başlandı - YENİLƏNİB
"Ermənilər başını itiriblər, səfərbərliyin heç bir xeyiri olmayacaq"
Dərmanlara görə 50 minlik cərimə
Yeni ilə keçmədən bunları edin
Azərbaycanda əhalinin sayı nə qədərdir?
İrəvan Qarabağı necə itirəcək?
Bu qız saç rezini sayəsində milyoner oldu-FOTO
“Azərcell” ləğv olunur - SON DƏQİQƏ
Üzüm çəyirdəyinin faydaları
Yaşıl çay içmek çox faydalıdır.
10 dahini ölümə aparan 10 axmaq hərəkət
Qubadlı Ermənistan ərazisindən artilleriya atəşinə tutulur - RƏSMİ
Orucunuzu pozmadan baş ağrılarını kəsməyin 10 üsulu
Gənc göstərən makiyaj
Damla onu bağışladı-FOTO
3 gündə artıq çəkidən azad olun - RESEPT















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]