"Səhərdən axşama qədər heç bir şey yemirəm, yenə də çəkim artır" deyənlər ola bilər. Bunun üçün sizdə hansısa xəstəliyin olub-olmadığını müayinə etmək lazımdır. Axşama qədər heç bir şey yeməmək də sizi arıqlatmır, sadəcə, bədən özünü "qoruyur". Unutmayin ki, su, adi çay və türk qəhvəsindən başqa (şəkərsiz) hər şeydə kalori vardır. Həkimdən soruşmadan aptekdən arıqlama dərmanları və ya çayları alıb içməyin.
Artıq çəkidən azad olduqdan sonra "Artıq mən arıqladım" deyərək yeməyə davam etmək doğru deyil. Pəhriz bitdikdən sonra çox yesəniz də, ilk ayda artıq çəki hiss olunmaz. Amma sonrakı aylarda eyni sürətlə yeməyə davam edilsə, çəki geri qayıda bilər.
Səhər acqarına limonlu su içməklə arıqlayacağınızı düşünməyin. Xüsusilə qadınların doğuşdan sonrakı dövrdə "Südün çox olar" deyə yaxınları tərəfindən çox və tez-tez yeməyə məcbur edilməsi də doğru deyil.
İdeal çəkimi necə qoruya bilərəm?
Pəhriz saxlamaqdan daha çətin olanı atılan çəkini geri almamaqdır. Burada sizə və ailənizə vacib vəzifələr düşür. Sağlam qaidalanmağı həyat tərzi halına gətirməklə başlaya bilərsiniz.
Pəhrizdən sonra yaranan problemlərin önündə atılan çəkinin geri alınması gəlir. Hər şeydən əvvəl köklüyün müalicəsinin ömür boyu sürdüyünü artıq qəbul etmək lazımdır. Arıqladıqdan sonra köhnə qidaları yeməyə başlasanız, çəkinin geri alınması çox uzun sürməz. Digər tərəfdən, ən balanslı arıqlama ayda 3-4 kilodur. Çəkisindən bezənlər tez və sürətli şəkildə arıqlamağa çalışırlar.
Ürəyiniz şirniyyat istəyirsə...
Bu vəziyyət sizi qısa müddətə çox xoşbəxt edə bilər. "Bir həftədə daha 5 kilo arıqladım" deyə sevinənlər bunun doğru olmadığını da bilməlidir. Səhv pəhrizlər nəticəsində bəzən o qədər arıqlayırlar ki, bu dəfə normal çəkidən də aşağı düşürlər. Bu zaman kökələ bilməmə vəziyyəti yarana bilər. Bu vəziyyətdə mütləq həkimə getmək lazımdır.
Sağlam çəki atılan zaman həmin çəkidə qalmaq üçün hər şeydən əvvəl qidalanma rejimini dəyişmək lazımdır. Əgər canınız şirniyyat istəyirsə, həftədə 1-2 dəfə südlü və ya meyvəli şirniyyat yeyə bilərsiniz. Bu, dondurma, pudinq, balqabaq şirnisi də ola bilər. Ancaq xüsusilə unlu şirniyyatdan uzaq olmaq lazımdır. Az yağlı tərəvəz yeməkləri və ya heç bir yağ əlavə edilmədən hazırlanan ətli tərəvəz yeməklərindən bir qab yeyilməlidir. Məsələn, günorta bir qab ətli xörək yesəniz, axşam az yağlı börək və ya bamiyə yeyə bilərsiniz.
Qidalanma rejimi dəyişdirilməlidir
Atılan çəki ən azı 6 ay-1 il "qorunub saxlanır". Daha sonra qidalanma nizamını qoruya bilsəniz, atılan çəki geri qayıtmaz. Bununla yanaşı, mütləq idman etmək lazımdır. Gedəcəyiniz yerə 1 dayanacaq əvvəl enib piyada getməyiniz, gündə heç olmazsa bir dəfə liftdən istifadə, həftə sonunda bir az piyada yürüməyiniz belə çox əhəmiyyətlidir.
İşləyən qadınlar üçün xüsusi pəhriz
Bir çox adamlar işləyərkən pəhriz saxlamağa çətinlik çəkir. Pəhriz yeməkləri hazırlamaq üçün fürsət tapa bilmədiyindən, vaxt azlığından şikayət edirlər. Dr. Murat Topoğlu və Dr. Murat Tunc işləyən qadınlara xüsusi pəhriz hazırlayıb. Bu pəhrizi bir həftə boyunca tətbiq edə bilərsiniz.
Səhər: Bir dilim kəpək çörəyi və ya yarım ədəd simit, kiçik bir parça yağsız və ya yarım pendir, 2 və ya 3 desert qaşığı yüngül cem, kahı, pomidor, cəfəri, çay, kökə.
Günorta: Bir kasa şorba, yanında salat, qatıq və ya ayran, ya da ətli yemək, toyuq (yağsız)
Axşam: Qızartma və ya soyutma ət (toyuq, balıq, küftə) və ya soyutma tərəvəz yeməkləri (1 desert qaşığı zeytun və ya günəbaxan yağı istifadə edilə bilər). Ədviyyat, soğan, sarımsaq, azca duz əlavə edilə bilər. 2 ədəd yumurta (1 desert qaşığı duru yağla bişmiş qayğanaq şəklində). Bunların hamısının yanında salat, qatıq yeyilə bilər.
* Bundan başqa gündə 2-3 litr su, 3-4 müxtəlif meyvə yeyilə bilər.
* İşdən evə gələrkən həftədə 3 dəfə ən azı 1 saat piyada gəzmək də faydalıdır.
Unutmayın
1. Gün ərzində 2-2,5 litr su için. Arıqlama əsnasında bədən əvvəl qanda dolaşan sərbəst şəkəri, qandakı şəkəri kifayət qədər istifadə etdiyi üçün bədən qaraciyərdəki "şəkər anbarları"dan istifadə edər. Bu da çatmadığı təqdirdə bədən orqanizmin yağ anbarlarını yandırmağa başlayır. Buna görə də arıqlamaq yağların parçalanmasıyla başlayır. Yalnız bu vəziyyətdə yağlar parçalandıqdan sonra parçalanmış yağ turşuları meydana gəlir. Bu yağ turşularının bədəndən tam atılması üçün (sidik, tər və s. vasitəsilə) mütləq müəyyən miqdarda suya ehtiyac vardır.
2. Ailə üzvlərinin arıqlamağa çalışan adama dəstək olması lazımdır. Dostlarınıza, yoldaşlarınıza pəhrizdə olduğunuzu söyləyin və onların qonaqlıqlarını, israrlarını vecinizə də almayın.
3. Orta yaşa çatdığımız zaman gənclikdəki kimi maddələr mübadiləmiz sürətli işləməyəcək. Buna görə də yediyimiz, içdiyimiz şeylərə daha çox diqqət yetirməyimiz lazımdır.
4. Hamiləlikdə də həddindən artıq olmamaq şərtilə lazımı qidaları almaq lazımdır. Əks təqdirdə, hamiləlikdə yüksək təzyiq əmələ gələ bilər.
XƏBƏR LENTİ
Ucuz uşaq geyimlərinin dəhşətli sirri
"İnstaqram-da bunu da gördük" - FOTO
Mühərrikləri normadan artıq qaz ixrac edən avtomobillərin sahibləri cəzalandırılacaq
2012-2013 payız-qış çanta modelləri
HAVA necə olacaq? 11 İyun
HAVA necə olacaq? 30 İyun
Qara sarımsağın inanılmaz faydaları
Uşaqlar niyə ərköyün olur?
Super atalar (2)
Dünya şöhrətli əsər Azərbaycan dilində
Azərbaycanda koronavirusa yoluxma ən çox bu ərazilərdədir - SİYAHI
Hissi təcavüz nədir?
Ermənistan məhbusların cəbhəyə göndərilməsini rəsmən təsdiqlədi
Hande Yenerdən gözlənilməz irad
Tərəvəzli toyuq şorbası (foto resept)
Günün ulduz falı
Doğumdan sonra edilməsi lazım olanlar
Gözlərinə tütün basanlar
ABŞ yığmasının hücumçusu Azərbaycanda oynayacaq
Mətbəx mebelləri
"Kainat Gözəli"nin əməliyyatdan əvvəlki FOTOsu
Emin Ağalarovun toyundan YENİ FOTOlar
Saçlarınızı alma sirkəsi ilə uzadın
Dünyanın ən qəddar və ən təhlükəli 12 qadını
İrəvanda cümə namazı qılmaq istəyirlər
Azərbaycanda koronavirusa yoluxma ilə bağlı HƏYƏCAN TƏBİLİ
Uzunömürlü olmaq üçün...
Ancelina Coli arıqlığının səbəbini açıqladı
“Zoo mağaza”lar sərt karantin dövründə necə fəaliyyət göstərəcək?
ABŞ Rusiyanı nəzarətə götürüb
Twitter yeni platforma alır
Türkiyə əhalisinin sayı açıqlandı
Azərbaycan Rusiyada keçiriləcək iqtisadi forumda iştirak edəcək
Vineqret (foto resept)
Övladınız niyə bu qədər tələsdi?
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın parlaq xatirəsi qəlblərdə əbədi yaşayır
Azərbaycanda 18 yaşadək ana olan qadınlarla bağlı STATİSTİKA
Dəbli bel çantaları
Yaşıl çay ömrü uzadır
İlon Maskdan maraqlı paylaşım
Yuxusuzluq üçün şəfalı daşlar
WhatsApp-da daha bir yenilik
İlham Əliyevdən yeni təyinat
İdman görmə qabiliyyətini qoruyur
Ayın görüntüsü sosial şəbəkədə gündəm oldu - VİDEO
Serj Qarabağı nə vaxt verəcək?
Həyatınızı asanlaşdıracaq məlumatlar
Koronavirus günlərində ən çox tələb olunan peşələr
Bizim fəlsəfə dünyamız (2)
Az yeməklə daha uzun yaşayın















- ŞƏRHLƏR