TOXLUQ: NİYƏ, NECƏ, NƏ QƏDƏR… ?
Canlılar həyatlarını davam etdirə bilmək üçün lazımlı enerjini ətrafdan götürdükləri qidalarla qarşılayarlar. Enerjiyə ehtiyac meydana gəldikdə aclıq hissi, yemək yemək istəyi yaranar. Buna iştah deyilir. Ehtiyaca görə artar ya da azalar. İştahın normadan aşağı və ya normadan yuxarı olması həyat keyfiyyətini və həyatı təhdid edən vəziyyətlərə səbəb ola bilər. İştahın canlının həyatını davam etdirməsində lazımlı olduğu və tarazlıqda tutulmasının əhəmiyyətli olduğu açıqdır. Edilən işlər iştahın idarəsini, beyinin hipotalamus bölgəsi ilə mədə, bağırsaq, pankreas və yağ toxuması kimi orqanların arasında bir idarə mexanizmi olduğunu göstərir. Hipotalamusun yan bölgəsi aclıq, alt orta bölgəsinin isə toxluqla əlaqədar olduğu nəticəsinə gəlinmişdir. İndiki vaxtda bir çox adamlar məşhur diyet bolluğuna qatılıb hər gün yeni bir üsulla zəifləməyə çalışırlar. Bir çoxu bu mövzuda müvəffəqiyyətsiz olduğu üçün özünü günahlandırır. Ancaq bir ümid var. Son on ildə həzm sistemində rol alan kimyəvilərlə əlaqədar bildiklərimizdə əhəmiyyətli bir artım var və yaxşı xəbər budur ki elm adamları iştahımızın necə işə başladığını öyrənməyə başlayıblar.
Ən son elmi araşdırmaların kalorilərə yüklənmədən toxluq hissi təmin etməyinizə kömək edə biləcəyini öyrənmək xoşunuza gələcək. Yeməy arzunuzu siz də idarəniz altına saxlaya bilərsiniz. Müxtəlif qaynaqlardakı bir çox diyet planı daha az yeməyinizi söyləyir, ancaq bu sizi ac və gücsüz hala salır. Buna əlavə olaraq bu vəziyyətdə diyetin xaricinə çıxmanız qaçınılmazdır. İştahın idarəsi artıq çəkinizi verməyinizin açarı ola bilər. Acısanız, şiddətli mədə qazıntınlarınız sizi axır əvvəl məğlub etdirəcək. Toxluq hiss etsəniz, daha az yeyər və artıq çəkilərinizi verərsiniz. Aclıq hiss etmədən diyet etmək çəkisinə diqqət yetirən hər kəsin xəyalıdır. Diyetdə yeni şüar "doymaq"dır. Bir yeməyin ardından özünüzü nə qədər tox hiss etsəniz sonrakı payda o qədər az yeyərsiniz. 1995-ci ildə də Avstraliyada Sydney Universitetindən Dr. Susanıla Holt doyma hissi ilə əlaqədar etdiyi işdə təəccüblü nəticələrə çatdı. Ağ çörək, şirin və xəmir işləri kimi yeməklər istehlak edən kəslərin daha tez acdığı müşahidə edildi. Ən uzun toxluq hissi verən qidaların isə, soyuq kartof(qaynadılmış) , ümumiyyətlə tərəvəz və meyvələr olduğu təyin olunmuşdur. Buradan da aydın olacağı kimi lif nisbəti yüksək qidalar tox qalmağımızı təmin etdiyi kimi cəmdə daha balanslı kalori götürməyimizə köməkçi olacaqdır. Lif, taxıl, meyvə, çiy və az bişmiş tərəvəzlər kimi bitki mənşəli qidalarda tapılar. Xüsusilə çörək seçimində lif və kalori dəyəri yüksək tam taxıllı buğda çörəklərini seçmək toxluq hissi üçün faydalı olacaq. Mədəmiz boş olduğun zaman bol miqdarda qrelin hormonu çıxarar, buda hipotalamusun yemə istəyi düyməsini basmasına səbəb olar. Yemək yedikdən sonra mədə divarımız sıxılar və qrelin istehsalı dayanar. Qrelin olmadığında hipotalamus “bucağım” düyməsini bağlayar. Aşağı kalorili şorbalar isə qarınınızı doyurmanın başqa bir möcüzəvi yoludur. Xüsusilə tərəvəzli və quru paxlayla bol olan şorbalar bəsləyici olmalarıyla yanaşı toxluq hissidə yarada bilər. Ancaq bu vəziyyət yalnız həddindən artıq köklər üçün faydalı olacaq. Zəif fərdlərdə yeməkdən əvvəl şorba içmək mədəni dolduraraq əsas yeməyin istehlak edilməsinə maneə törədə bilər. Aclığı gecikdirmənin bir başqa açarı da zülaldır. Zülal zəngin qidalar
,ümumiyyətlə yağlı və karbohidrat nisbəti yüksək qidalara görə daha doyurucudur. Zülalı ağır qidalar arasında; yağsız ət, balıq, süd, pendir, yumurta, quru paxlalar və qabıqlı yemişlər tapılır. Bu qidaları istehlak edərək həm diyetimizdə daha balanslı bir görüntü meydana gətirib həm də çəkimizi idarə altında tutmuş olacağıq. İnsanların iştahlarını azaltmaq üçün istifadə etdiyi bir başqa strategiyada yavaş yeməkdir. Əsas fikir, iştah siqnallarının beyinə çatmasının zaman götürməsidir, o halda yavaş yemək doyma siqnallarına daha çox qulaq asmamız mənasını verməkdədir. Nəticə olaraq, bir çox bəslənmə mütəxəssisi artıq fərqli qidaların enerji sıxlığına, milli litrəsində nə qədər kalori yaratdığını bildirir. Bəzi yeməklər (xüsusilədə yağlı yeməklər) enerjisi sıx yeməklərdir, kiçik bir həcmdə çox çox kalori yaradarlar. Bir şəkər qaşığı zeytun yağı ilə 1 qab tərəvəzdə aşağı yuxarı eyni miqdarda kalori yaranır. Ancaq bir qab dolusu tərəvəz sizi daha çox doyuracaq. Enerji sıxlığı yüksək qidalar yeyərsinizsə çox kalori götürərsiniz.Unutmayın hər diyet
hər bir adama ayrı ayrılıqda məxsusdur. Hər kəs üçün istifadə edilə bilinməsi mümkün deyil.
XƏBƏR LENTİ
4 aylıq körpə idmanla məşğul olarsa...
Qara plov və ləvəngi küküsü (foto-resept)
Türkan Şorayın ən böyük arzusu...
Kükü (foto resept)
Sabahın HAVAsı
Dünya mədəniyyətinin ilkləri
Xoşbəxt olmağın 5 asan qaydası
Yollar buz bağlayacaq - XƏBƏRDARIQ
Daşqın olacaq
Pensiya alanların sayı açıqlandı
Günün qoroskopu: bu gün özünüz haqda daha çox düşünəcəksiniz
Şahzadə Diananın sviteri 90 minə satılıb-FOTO
Səhv diaqnoza görə sinəsindən oldu-FOTO
Küləkli günlər nə vaxtadək davam edəcək?
Hülyadan daha bir FOTO
Cərcis Peyğember (ə) ziyarətgahından görüntülər
Azərbaycanda bağlanan və pozulan nikahların statistikası açıqlandı
Havalar nə vaxt sərinləşəcək?
560 metrlik göydələn
Elektron siqaretlər yasaqlanacaq
Dəstamaz və ya qüsl əvəzinə əlləri...
Şokalad sənəti
Sabahın HAVAsı
Bakıya gələcək "Formula 1" pilotları
Mokasen ayaqqabılar
“Netflix” koronavirusla bağlı serial çəkib - VİDEO
Bayram namazının vaxtı AÇIQLANDI
"Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün əlindən gələni edir"
Azərbaycanlı zəvvarlar sabahdan həcc ziyarətinə yola düşəcəklər
Həftə ərzində 1.5 kq çəki itirin
Qaçma və ya qaçırılma hadisəsinə baxış
"Filadelfiya" rollı (foto resept)
"Ermənilərə boyun əymərik"
Bakıda iki yeni metrostansiyanın tikintisi yekunlaşır
Şahbaz Quliyev 4 aylıq fasilədən sonra ailəsinə məktub yazıb
Xanımlar üçün göyərti maskaları (1)
Universitetlərimiz niyə QS reytinqinə düşmür?
Mini ətəklər
Misirdə "Müsəlman Bacılığı" partiyası yaradıldı
Hamilələr daha ağıllıdırlar?
Tanınmış klubdan ulduz oyunçuya sürpriz təklif
Miqrantlara sərfəli alternativ bazar ola bilər
Azərbaycan qadınının çətin seçimi: ev və ya iş?!
Mən nə edim?
Instagram-da yeni funksiya
Bu mahnı insanı ölümdən xilas edir - VİDEO
Azərbaycana payız gəldi
Qısaboylu insanların qarşılaşdığı problemlər
Moda bloqerlərinin sevimli donları
Mayli Sayrus hər kəsi TƏƏCCÜBLƏNDİRDİ_FOTO
- ŞƏRHLƏR