Yer kürəsini araşdırdığımız vaxt, demək olar ki, bitməyəcəkmiş kimi görünən olduqca uzun “həyat üçün lazımi tarazlıqlar” siyahısını yaza bilərik. Məsələn, Amerikalı astronom Hyu Ros (Hugh Ross), Yerin həyat üçün əlverişliliyi ilə əlaqədar bəzi maddələri belə sadalayır:
Yerin cazibə qüvvəsi:
Əgər daha güclü olsaydı: Yer kürəsi atmosferi xeyli ammonyak və metan toplayar, bu da həyat üçün çox əlverişsiz olardı.
Yox əgər daha zəif olsaydı: Yer kürəsi atmosferi çox su itirər və həyat mümkün olmazdı.
Günəşə olan məsafə:
Əgər daha çox olsaydı: Planet çox soyuyar, atmosferdəki su dövranı bundan mənfi təsirlənər və planet buzlaşma dövrünə daxil olardı.
Yox əgər daha yaxın olsaydı: Planet qovrular, atmosferdəki su dövranı bundan mənfi təsirlənər və həyat qeyri-mümkün olardı.
Yer qabığının qalınlığı:
Əgər daha qalın olsaydı: Atmosferdən yer qabığına daha çox oksigen ötürülərdi.
Yox əgər daha nazik olsaydı: Həyatın yaranmasını qeyri-mümkün edəcək qədər çox sayda vulkanik fəaliyyət baş verərdi.
Yerin öz ətrafındakı fırlanma sürəti:
Əgər daha yavaş olsaydı: Gecə-gündüz arasındakı temperatur fərqi çox böyük olardı.
Yox əgər daha sürətli olsaydı: Atmosfer küləkləri olduqca böyük sürətə çatar, qasırğalar və tufanlar həyatın yaranmasını qeyri-mümkün edərdi.
Ay ilə Yer arasındakı cazibə qüvvəsi təsiri:
Əgər daha çox olsaydı: Ayın güclü cazibə qüvvəsinin, hava şəraiti, Yerin öz oxu ətrafında fırlanma sürəti və okeanlardakı qabarma-çəkilmələr üzərində çox kəskin təsirləri olardı.
Əgər daha az olsaydı: Kəskin iqlim dəyişikliklərinə səbəb olardı.
Yer kürəsinin maqnit sahəsi:
Əgər daha güclü olsaydı: Çox sərt elektromaqnit fırtınalar baş verərdi.
Yəx əgər daha zəif olsaydı: Yer kürəsi Günəş küləyi adlanan və Günəşdən atılan zərərli hissəciklərdən qoruna bilməzdi. Hər iki halda da həyatın yaranması qeyri-mümkün olardı.
Albedo təsiri (yer səthindən əks olunan Günəş şüasının, yer səthinə çatan Günəş şüasına olan nisbəti)
Əgər daha çox olsaydı: Tezliklə buzlaşma dövrü başlayardı.
Yox əgər daha az olsaydı: Parnik effekti Yerin həddən artıq isinməsinə səbəb olar, Yer kürəsi əvvəlcə buzlaqlar əriməsiylə sular altında qalar, sonra isə, qovrulardı.
Atmosferdəki oksigen və azot miqdarı:
Əgər daha çox olsaydı: Həyati funksiyalar mənfi şəkildə sürətlənərdi.
Yox əgər daha az olsaydı: Həyati funksiyalar mənfi şəkildə yavaşlayardı.
Atmosferdəki karbon və su miqdarı:
Əgər daha çox olsaydı: Atmosfer çox isinərdi.
Yox əgər daha az olsaydı: Atmosferin temperaturu azalardı.
Ozon təbəqəsinin qalınlığı:
Əgər daha çox olsaydı: Yer səthinin temperaturu çox azalardı.
Yox əgər daha az olsaydı: Yer səthi həddən artıq isinər, Günəşdən gələn zərərli ultarbənövşəyi şüalardan qoruna bilməzdi.
Seysmik (zəlzələ) hərəkətlər:
Əgər daha çox olsaydı: Canlılar həmişə məhv olardı.
Əgər daha az olsaydı: Okeanların dibindəki qidalar suya qarışmaz və bu da okeanlar və dənizlərdəki həyata və dolayısilə dünyadakı bütün canlılara mənfi təsir edərdi.(1)
Burada qeyd olunanlar dünyada həyatın yarana bilməsi və davam edə bilməsi üçün lazım olan, olduqca həssas tarazlıqlardan yalnız bir neçəsidir. Təkcə burada qeyd olunanlar belə kainatın və Yer kürəsinin təsadüflər nəticəsində, təsadüfi hadisələrin ardıcıl baş verməsiylə meydana gələ bilməyəcəyini qəti şəkildə göstərmək üçün kifayətdir.
Bütün bu məlumatlar, açıq-aydın bir həqiqəti bir daha təsdiq edən mahiyyətdədir: Bütün kainatı, ulduzları, planetləri, dağları və dənizləri mükəmməl şəkildə yaradan, insana və bütün canlılara həyat verən, hər şeyi yoxdan yaratmağa qadir olan, yaratdıqlarını insanın xidmətinə verən, sonsuz güc və qüdrət sahibi olan Allahdır. Allahın bu mükəmməl yaratması bəzi Quran ayələrində belə bildirilir:
Sizin yaradılışınız çətindir, yoxsa göyün? Allah onu qurdu, onun qübbəsini yüksəltdi və ona müəyyən nizam verdi, gecəsini qaranlıq edib, səhərini də nurlandırdı. Sonra yeri döşəyib, onda su və otlaq yaratdı, dağları da yerə bərkitdi. Bunlar sizin və heyvanlarınızın faydalanmasından ötrüdür.
(Naziat surəsi, 27-33)
Həqiqət mütləqdir!
XƏBƏR LENTİ
Məşhur müğənni ərə gedir
Silahlı Qüvvələr terror aktı barədə bəyanat yaydı
Hazar Amani Sıla haqqında AÇIQLAMA verdi-FOTO
Dünyanın ən kök futbolçuları
Bu gün gənclərin bayramıdır
Tənbəl zəriflərimiz
Çelik konsertinə gələn qızı sevdiyini 27 il sonra etiraf etdi
HAVA necə olacaq?- 3 MAY
Məkkədə QEYRİ-ADİ görüntülər - FOTO
Balıq buğlaması (foto resept)
“İnsan mühəndisi” – orijinal yanaşma və gerçək mesaj
Pensiya ilə bağlı yeni xəbər
Sadə azərbaycanlı ev almaq üçün neçə il ac qalmalıdır?
Beren qayınanasını sildi
Yuxusuna inandı: Lotereyada 500 min dollar qazandı - FOTO
2015-ci ildə hansı hədiyyələri vermək olmaz?
Gəlinlər üçün ayaqqabı modelləri
Azərbaycanda qeyri-adi toy karvanı
Obama müsəlmanları təbrik edib
Real həyat əsasında çəkilmiş filmlər
Ay tutulmasının vaxtı məlum oldu
Samsung yeniliyə sürətlə hazırlaşır
Atamın məhəbbəti
Şəhadətnamə və attestat almaq istəyənlə
Ən ucuz noutbuk təqdim edildi
Futbol azarkeşlərinin peyğəmbər sevgisi
"Bazardan aldım bir dənə, evdə açdım, min dənə":
Günün qoroskopu:Təşkilatçı olun!
Ən populyar şəhər seçildi
Çimərliklərdə nələr qadağandır? - SİYAHI
Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar məqalə dərc edilib
Saba Tümer paylaşdığı FOTO ilə gündəmdədir
"Rusiyadan silah almağımız onunla izah edilir ki..." - Elmar Məmmədyarov
Siz uşağınızı tanıyırsınızmı?
Riannanın 3 milyon dollarlıq qolbaqları - FOTO
Həzmi çətinləşdirən 4 qida
Arıqlamağa kömək edən salat
Bülent Ersoy vəliəhdini açıqladı - FOTO
Smartfonda istənilən insanı izləmək mümkündür
Körpə dərisi və şirin yuxu
Halvalı keks (foto resept)
Koronavirusa yoluxmuş şəxs bu xəstəxanaya yerləşdirildi
Sabahın HAVAsı
"Yedi numara"nın məşhur aktyoru İLLƏR SONRA-FOTO
Dünyada "Atalar günü"...
Azərbaycanda elektron hərraclar keçiriləcək
Taysonu Çiliyə buraxmadılar
Məşhurların şəkillərini təqlid edən Tom
2013-cü ilin dəbli gəlinlikləri
Qadın bir ayda iki dəfə koronavirusa yoluxdu