Artıq çəkini Yer üzündə yaşayanların yarısını narahat edən problem adlandırsaq, yanılmarıq. Əgər əvvəllər kökələn insana yaxşılaşdığını söyləyirdilərsə, indi əksinə, "xarab olub" deyirlər. Əgər əvvəllər analar oğullarına nisbətən kök qızlar axtarırdılarsa, indi bu "cəbhə"də də vəziyyət tam əksinə dəyişib.
Bir sözlə, kök olmaq tamamilə dəbdən düşüb. Etiraf edək ki, reklam çarxlarından, parlaq jurnallardan durmadan beynimizə yeridilən arıqlamağa çağırış, hər addımbaşı açılan idman zalları, fitnes klubları, arıqlama prosedurları təklif edən klinka və salonlar, mağazalarda "standart ölçü" adı ilə satılan kiçik ölçülü geyimlərin təsirinı tab gətirmək çətindir. Hansısa məqamda hər birimizdə köklük kompleksi yaranır və biz bu psixoloji hücumun təsiri altında artıq çəkidən əziyyət çəkdiyimizə əmin olub, dərhal bütün üsullarla "əzablı çəkidən" azad olmağa çalışırıq.
Dövrümüzdə ən azı 1-2 həftə pəhriz acısını duymayan çətin tapılar. Bu şəxslər yaxşı bilirlər ki, belə halda ən çətin iş düzgün arıqlamağı və zərərsiz pəhriz saxlamağı bacarmaqdır. Təcrübə sübut edir ki, arıqlamaq istəyənlərin böyük əksəriyyəti çoxlu səhvlərə yol verir. Odur ki, ideal bədən quruluşuna doğru gedənlərin ən çox rast gəldikləri yanlışlıqları araşdırmaq fikrinə düşdük.
Artıq çəki ilə mübarizədə xeyli təcrübəsi olan qadınlarla söhbətlərimizdən məlum oldu ki, pəhriz və idman zallarının reklamı xanımların əksəriyyətinin diqqətini daha cəlb etmir. Tənbəl xanımlar daha asan yolla arıqlamaq təklifləri gözləyirlər. Əziyyət çəkmədən, məsələn, dərman içməklə arıqlamaq onları daha tez cəlb edir. Lakin bunun sonrakı fəsadlarından çoxları xəbərsizdir. Möcüzəli dərman vasitəsilə 5-6 kq arıqlayan xanım tezliklə 10-15 kq çəki qazanacağına inanmaq istəmir. Heç ağlına belə gətirmir ki, əlavə çəki qazanmaqla yanaşı, qaraciyərin, böyrəklərin, mədə-bağırsaq və digər orqanlarının fəaliyyəti də pozulacaq.
Arıqladan dərmanların təsiri nəticəsində orqanların fəaliyyətinin pozulması özünü qısa müddətdə büruzə vermir. Lakin həkimlər bunun mütləq baş verəcəyini söyləyirlər. Arıqlamaq üçün qəbul edilən həblərin orqanizmə ziyanı çoxdur. Düzdür, xanımlar asan yol seçərək, müxtəlif həblər qəbul etməkdən çəkinmirlər. Lakin onlar sonradan əlavə çəki ilə yanaşı, müxtəlif daxili xəstəliklər də qazanırlar.
İstənilən preparatı qəbul etməzdən öncə, onun təsir mexanizmi barədə məlumatla tanış olmaq gərəkdir. Bu həblər əsasən işlədici təsir göstərir. Belə həblərin daimi qəbulu bağırsağın, qaraciyərin, böyrəklərin fəaliyyətini pozur. Lakin həbin piy qatlarına təsiri, demək olar ki, yoxdur. Bu növ preparatların qəbulu dayandırıldıqdan bir neçə gün sonra əvvəlki çəki asanlıqla geri qayıdır. Mədə-bağırsağın işləmə prosesinə müdaxilə etmək ziyandır. İşlədici effektə malik preparatları mütəmadi qəbul etmək olmaz, çünki bağırsaq dərmanın stimullaşdırıcı təsirinə alışır, ondan asıllığı yaranır və öz təbii funksiyasını unudur. Digər tərəfdən, işlətmə həbləri orqanizmin qidadan zülalları, vitaminləri, karbohidratları mənimsəməsi prosesinə də müdaxilə edir. Bu həblərin daimi qəbulu nəticəsində orqanizm ona öyrəşir və beləliklə də həbin daha təsiri olmur.
Arıqlamaq üçün nəzərdə tutulan həblərin başqa qrupu iştahanın azalmasına yönəldilib. Lakin bu həblərin daha qorxulu olduğu bildirilir. Belə ki, bu növ həblər birbaşa beyinə təsir edir. Uzun müddətli təsir daha təhlükəli ola bilər. Ümumiyyətlə, mütəxəssislər iştahanı azaldan həblərin 3 aydan artıq qəbul edilməsini qadağan edir.
Arıqlamağın yollarından biri də bioloji aktiv qida əlavələridir (BAƏ). Həkimlər bildirirlər ki, əslində BAƏ profilaktika üçün nəzərdə tutulub. Müalicə üçün isə digər metodlardan istifadə edilməlidir. Çünki digər dərman preparatlarından fərqli olaraq, BAƏ ciddi kliniki sınaqlardan keçirilmir. Bioloji əlavələrin köməyi ilə arıqlayanlar da eyni çəkini yenidən qaytarırlar. Əgər piylənmə xəstəlik mərhələsindədirsə, bunun digər müalicə metodları mövcuddur. Onu da deyim ki, arıqlamaq üçün hazırlanan həblərin orqanizmə mənfi təsiri hələ tam öyrənilməyib. Bizim ölkəmizdə bununla bağlı məlumat isə olduqca azdır. Fəsadlar barədə yalnız İnternetdən bəzi məlumatlar alırıq. Həblər vasitəsilə arıqlayan xanımların bədənində izlər, çapıqlar qalır, dəriləri boşalır. Arıqlamaq və ya kökəlmək qida və idmanla tənzimlənməlidir. Belə ki, arıqlamaq istəyənlər ilk növbədə həkim və dietoloqlarla məsləhətləşməlidirlər. Bundan başqa, menyularındakı un məmulatlarının, yağların miqdarını azaltmalıdılar. Və təbii ki, idmanla məşğul olmalıdırlar.
XƏBƏR LENTİ
Bu rayonda qaz olmayacaq
Fərqli yeni il ağacları
İçlikli badimcan (foto resept)
TƏBİB rəsmisi: “Yenidən qapanmalara getmək istəmiriksə, təlimatlara riayət etməliyik”
Hələ belə “gözəl” gözlərə rast gəlməmisiniz - Foto.
Yaylıqların fərqli bağlanışı
Əsla makiyajlı yatmayın!
ETİRAFLAR-"Xoşbəxt olmaq istəyirik!"
Şəkərdən ölənlər daha çox qadınlardır
Dodaq boyasının rəngi xarakterinizi göstərir
Kafe və restoran sahiblərinə ŞAD XƏBƏR - QƏRAR
Təhsildə yeni qaydalar olacaq
Başqa dünyaya keçid tapıldı-ŞOK FOTO
Köhnə geyimdən corab hazırlayaq
Göbələk şorbası (foto-resept)
Sobada pendirli kabak (foto-resept)
"Azərbaycanın NATO sammitində iştirakı...
Hindli milyoder işçilərini İstanbula tətilə göndərdi
Mikroskop altında böyüdülmüş 20 görüntü
HAVA necə olacaq?-11 Noyabr
Vilayət Eyvazov generala yüksək vəzifə verdi
Siena beynəlxalq şəkil mükafatları
Vaxtı keçmiş məhsullar yenidən satışa çıxarıldı - FOTO
2020 Qızıl Qlobus Mükafatının Sahibləri
Ingilis Dili-XIII Dərs
Rəqqasə Fatimə Leyla Əliyeva ilə... - FOTOLAR
Hansı halda uşağın məktəbə qəbuluna imtina verilə bilər?
Rusiyaya daha bir şok
Kərə yağını əritməyin qaydası
Həm düşünək, həm gülək
Akının FOTOsu 20 dəqiqədə 150min LİKE yığdı
Azərbaycanda insan ömrünün uzadılması mərkəzi yaradılacaq
Nemtsovun Əliyev etirafı
Dadlı çiyələkli keks (foto resept)
Gözəl dəri üçün kartof maskası
Anamız üçün nə etmişik?
Azərbaycan tarixindən yüz şəxsiyyət-80
2013-cü ilin dəbdə olan rəngi
Balıq çubuqları (foto-resept)
Meyvə salatı
Mavi gözlü şəxsiyyət testi
Bu dərmanı almayın!
Püskürən vulkanın altında evləndilər - VİDEO
Ərdoğana cəza verildi
Amin Musayevin evindən eksklüziv görüntülər - VİDEO
Burada 8,7 milyon işsiz var
Millimizdə ciddi itki
"Taxt oyunları"nda "Starbucks" fincanı
Fahriye Evcen paylaşımı ilə diqqət çəkdi-FOTO
ABŞ-dan Rusiyaya xəbərdarlıq
- ŞƏRHLƏR