Əziz Qadin.Net istifadəçiləri və daimi ziyarətçiləri!
Bu gün sizlərə 1000-ci xəbərimi təqdim edirəm.Eynilə saytın fəaliyyətə başladığı zamanda ilk xəbərim də məhz bu rubrikada arıqlamaq mövzusu ilə bağlı olmuşdur.Ənənəni pozmaq istəmədim.Dedim elə,1000-ci xəbərim də həmin rubrikadan olsun.
http://qadin.net/index.php?newsid=5- 4 həftəyə - Sağlıqlı arıqlama - 4 fevral 2009
Bu gün isə sizlərə maddələr mübadiləsini sürətləndirməklə bədəninizin normal çəkidə qalmasına,özünüzü formada tutmanıza dair məlumatlar,reseptlər və lazımi hərəkətlərlə tanış olacağıq.
Əvvəlcə maddələr mübadiləsini sürətləndirən çay tərkibindən başlayıb daha sonra bu mübadiləni sürətləndirməyi artıran14 digər üsulları öyrənəcəyik.
Maddələr mübadiləsi dostu ÇAY:
Hazırlanması: Alma və limonları dörd bərabər parçaya böldükdən sonra qabıqlarıyla birlikdə bir qaba qoyun. Qara bibər, darçın və mixək əlavə edib 2 litr suda qaynadın. Qarışığı süzüb bir qaba tökün. İçməyə yaxın içinə yaşıl çay əlavə edin və çox dəmlənmədən istifadə edin. Bu çayı yeməkdən sonra isti içmək lazımdır.
Maddələr mübadiləsi dostu ÇORBA:
Hazırlanması: Noxud və buğdanı qaynadın. Xiyarları küp- küp doğrayın, sarımsaqları əzin.Bütün bu qarışımı iki su stəkanı soyuq suyla qarışdırın. Ədviyyat və kətan toxumu əlavə edib istifadə edin. Arıqlamaq istədiyiniz zamanlarda, bir ya da iki gün günorta və axşam istifadə etmənizdə fayda var.
Colorado Universitetində 3 min könüllü ilə edilən bir testdə, nahar edənlərin daha asan arıqladığı müşahidə edilmişdir. Qidalanmaq, orqanizmi aktiv edən bir hadisə olduğu üçün səhər edəcəyiniz balanslı bir səhər yeməyi, maddələr mübadilənizin aktiv olmasına kömək edir. Axşamlar isə maddələr mübadiləsi yavaşladığı üçün ağır yeməklərdən qaçmaq lazımdır.
Gündə üç əsas və üç ara yemək, yəni ən az altı pay yeməyə diqqət edin. Almanız lazım olan enerjini, altı paya böldüyünüzdə həm daha az acacaq, həm də tez-tez və az-az yeyərək bədəninizi davamlı işlədərək maddələr mübadiləsi sürətinizi artıracaqsınız. Uzun müddət ac qaldığınızda, maddələr mübadiləsi sürətiniz düşəcəyi üçün mədənizi boş buraxmaqdan qaçın.
Uzun müddət ac qalan bədəndə, maddələr mübadiləsi yavaşlayır və enerji istehlakı minimuma enir. Bədən enerjidən qənaət etməyə başlayınca da arıqlamaq çətinləşir. Gündəlik 1000 kalorinin altındakı pəhrizlərlə arıqlamalar,qısa müddətdə təkrar alındığı üçün də bədən tarazlığını pozub maddələr mübadiləsi sürətini yavaşladır. Üstəlik belə pəhrizlər sağlamlığı da pozur.
Bədəndə yaranan su itkisi səbəbiylə də maddələr mübadiləsi sürəti yavaşlaya bilər. Az maye qəbul etmək isə bədəndə yığılan toksin maddələrinin atılmasını yavaşladaraq, arıqlamağa maneə törədir.
Yeməkdən sonra edilən yüngül gəzintilər maddələr mübadiləsini sürətləndirmədə təsirli rol oynayır. Ağır məşqləri isə yeməkdən sonra etməyin. Ən az iki saat sonraya buraxın.
Fərqli qidalar, həm tərkiblərində fərqli qida elementləri saxlayır, həm də maddələr mübadiləsini fərqli dərəcədə aktiv edir. Hər gün eyni saatlarda eyni şeyləri yemək isə maddələr mübadiləsi sürətinin düşməsinə səbəb olur. Buna görə qidalarınızda hər gün kiçik dəyişikliklər edərək fərq yaratmağa diqqət edin.
Əgər balanslı qidalanırsınızsa, nizamlı idman etmənizə baxmayaraq arıqlaya bilmirsinizsə, bir endokrinoloqa və maddələr mübadiləsi mütəxəssisinə müraciət edərək qalxanabənzər vəzi yoxlatdırın. Bu vəzin az çalışması, maddələr mübadiləsi sürətini azaldan faktorlar arasında iştirak edir.
Qidaları yaxşı çeynəmədən udmayın! Yemək prosesini uzadın. Qidaların yeyilməsi və həzmi əsnasında da bədən kalori xərcləyər. Həzm ağızda dişləmə ilə başlayır və həzm sistemini aktiv edir. Bu müddətə zaman ayırdığınızda, qidaları yeyərkən sərf edəcəyiniz enerji miqdarı artar.
Gündə 250-350 milliqram kofein qəbul etmək maddələr mübadiləsi sürətini 8 ilə 13% nisbətində artırır. Ancaq gündə 400 milliqramın üzərində kofenin içilməsi və davamlı istifadə edilməsi, asılılıq yarada biləcəyi üçün məsləhət görülmür. Spirt isə sağlam maddələr mübadiləsi sürətinin tarazlığına mənfi təsir etdiyi üçün təhlükəlidir!
12-Yağsız çiy tərəvəz və kəpəkli çörək həzmi asanlaşdırır:
Çiy tərəvəzləri, yağsız və soussuz olaraq dilədiyiniz qədər yeyə bilərsiniz. Lifli olan bu qidalar, həzmi aktivləşdirir, eləcə də yağların həzm edilməsini məhdudlaşdırır və çox az kalori ehtiva edirlər. Çox kalori ehtiva edən dənəli və qatqılı çörəklərə isə diqqət yetirin. Qoz, yağ, küncüt kimi qatqılar, artıqdan kalori deməkdir. Buna qarşılıq daha çox lif ehtiva edən kəpəkli çörəyi seçin.
Press etmə kimi müqavimət məşqləri, əzələ inkişaf etdirdikləri üçün əlavə fayda verir. Gündə 20 dəfə edəcəyiniz press hərəkəti ilə qarın əzələlərinizi işlədə bilərsiniz. Bunun üçün, kürək üstü uzanaraq,əlləriniz başınızın arxasında olmaqla ayaqlarınızı bitişik mövqedə saxlayın. Qarın əzələlərinizi hərəkət etdirərək 45 dərəcəlik bucaq meydana gətirməklə nəfəs verərək əvvəlki vəziyyətinizə qayıdın.
Jim etmə
Bədəniniz düz və gərgin olacaq şəkildə, jim mövqeyində nəfəs verərək bədəninizi qollarınızın köməyiylə yuxarı doğru qaldırın. Nəfəs alaraq başlanğıc mövqeyinə geri dönün. Əzələlərinizin çoxunu işlədən bu məşqi, 30 saniyə dincəlməklə səkkiz təkrardan ibarət olan set halında tətbiq edin.
Həftədə ən az üç gün, 30 dəqiqənizi məşqə ayırın. Qaçın, velosipedə minin, üzün, templi yeriyin, ya da aerobika edin. Xüsusilə bədəndəki yağ nisbətinin azaldılmasında təsirli olan bu tip məşqləri, orta dərəcədə etməniz kifayətdir.
XƏBƏR LENTİ
Beren Saat "Quruluş Osman"a görə üsyan etdi
Qoz qabığının möcüzəvi xüsusiyyəti
Bu gün Beynəlxalq Sülh Günüdür
Koronavirus pandemiyasının bitəcəyi tarix açıqlandı
2013-cü ilin dəbli gəlinlikləri
Obama məscidə gedir
Olimpiyaçıların gülməli simaları
Suqovuşanı işğaldan azad edən komandandan ilk AÇIQLAMA - VİDEO
Bakıda bu işçilərin maaşları artıb
Ölkədə əhalinin peyvəndlənməsinə başlanılacaq
Bakıda yağış yağacaq
Niyə hündürdaban ayaqqabı seçirik?
Çimərlik geyimləri
Azərbaycanın orta məktəblərində yay tətili azaldılacaq
“Cəsur döyüşçü” medalının kimlərə veriləcəyi müəyyənləşdi
Gələcəyin evləri belə olacaq
Uşağınızdan sizə məktub!
Günün ulduz falı
Kraliça şahzadənin qərarından narazıdır
Aktyor çəkiliş meydanında faciəli şəkildə öldü
Türkiyə Suriyanı vurdu
İstanbulda Şuşa sevinci - VİDEO
Yaponiyada inanılmaz yenilik - "Bax və ödə"
Bakıda "Baku World Challenge 2014" cəlbedici finalı start götürdü
“Qarabağ”da şok itki
Azərbaycanın bu şəhəri koronavirusa görə qırmızı zonadır? - AÇIQLAMA
Dekabrın ilk günündə QAR YAДћACAQ - Sabahın HAVAsı
İstilərə hazır olun
"Wi-Fi"yın sürətini artırmaq üçün bunları edin
Akademik Milli Dram Teatrının kollektivi Səyavuş Aslanın məzarını ziyarət edib
Restoranlarda bu qidalardan uzaq durun! - XƏBƏRDARLIQ
Taksi sürücülərinin nəzərinə!
Erməni silahı susmur
Yaponların dəriyə qulluq qaydaları
Gülnar Salmanova vəfat etdi
Xeyirli içkilər
Məşhurlar gözəl qalmağı necə bacarırlar? (2)
Yaponiyada sonuncu nüvə reaktorunun fəaliyyəti dayandırılır
Urmiyadan SOS: göl 2 il ərzində yox ola bilər
Kəs və yapışdır-10
Erməni silahı susmur
Beyons və əri dünyanın ən kasıb rayonunda - FOTO
"Bloomberg" saytı gündən-günə müasirləşən Bakıdan yazır
Məşhur müğənni səhv döymə etdirdi-FOTO
İspaniyada koronavirusa görə qadağalar davam edir: Əhali ayağa qalxdı
Azərbaycanlı ssenarist Amerikada İLKƏ imza atacaq
Qarabağ problemi - RUSİYA QARANT OLACAQ
"Qabusnamədən dəyərli sözlər" I hissə
Damla şokoladlı paxlava (foto resept)
İçi doldurulmuş kartof (foto resept)
- ŞƏRHLƏR