Qadin.NET / Fərqli bir üsulla-ARIQLA(1000-ci xəbərim)

Fərqli bir üsulla-ARIQLA(1000-ci xəbərim)

Əziz Qadin.Net istifadəçiləri və daimi ziyarətçiləri!

Bu gün sizlərə 1000-ci xəbərimi təqdim edirəm.Eynilə saytın fəaliyyətə başladığı zamanda ilk xəbərim də məhz bu rubrikada arıqlamaq mövzusu ilə bağlı olmuşdur.Ənənəni pozmaq istəmədim.Dedim elə,1000-ci xəbərim də həmin rubrikadan olsun.

http://qadin.net/index.php?newsid=5- 4 həftəyə - Sağlıqlı arıqlama - 4 fevral 2009

Bu gün isə sizlərə maddələr mübadiləsini sürətləndirməklə bədəninizin normal çəkidə qalmasına,özünüzü formada tutmanıza dair məlumatlar,reseptlər və lazımi hərəkətlərlə tanış olacağıq.

Əvvəlcə maddələr mübadiləsini sürətləndirən çay tərkibindən başlayıb daha sonra bu mübadiləni sürətləndirməyi artıran14 digər üsulları öyrənəcəyik.

Maddələr mübadiləsi dostu ÇAY:

Fərqli bir üsulla-ARIQLA(1000-ci xəbərim)

 

Tərkibi: Yaşıl çay, 1 ədəd alma və limon, 1 çubuq darçın, 1 çay qaşığı tumurcuq qara bibər, 1 çay qaşığı mixək, 2 litr su.
Hazırlanması: Alma və limonları dörd bərabər parçaya böldükdən sonra qabıqlarıyla birlikdə bir qaba qoyun. Qara bibər, darçın və mixək əlavə edib 2 litr suda qaynadın. Qarışığı süzüb bir qaba tökün. İçməyə yaxın içinə yaşıl çay əlavə edin və çox dəmlənmədən istifadə edin. Bu çayı yeməkdən sonra isti içmək lazımdır.

Maddələr mübadiləsi dostu ÇORBA:

 

Fərqli bir üsulla-ARIQLA(1000-ci xəbərim)

 

Tərkibi: 200 qram yarım yağlı qatıq, 1 yemək qaşığı noxud, 1 yemək qaşığı buğda, 3 xiyar, 1 çay qaşığı kətan toxumu, 2 diş sarımsaq, şüyüd.
Hazırlanması: Noxud və buğdanı qaynadın. Xiyarları küp- küp doğrayın, sarımsaqları əzin.Bütün bu qarışımı iki su stəkanı soyuq suyla qarışdırın. Ədviyyat və kətan toxumu əlavə edib istifadə edin. Arıqlamaq istədiyiniz zamanlarda, bir ya da iki gün günorta və axşam istifadə etmənizdə fayda var.
Maddələr mübadiləsini sürətləndirmənin 14 ipucu:
Fərqli bir üsulla-ARIQLA(1000-ci xəbərim)
1- Günə mütləq səhər yeməyi yeməklə başlayın:
Colorado Universitetində 3 min könüllü ilə edilən bir testdə, nahar edənlərin daha asan arıqladığı müşahidə edilmişdir. Qidalanmaq, orqanizmi aktiv edən bir hadisə olduğu üçün səhər edəcəyiniz balanslı bir səhər yeməyi, maddələr mübadilənizin aktiv olmasına kömək edir. Axşamlar isə maddələr mübadiləsi yavaşladığı üçün ağır yeməklərdən qaçmaq lazımdır.
Fərqli bir üsulla-ARIQLA(1000-ci xəbərim)

2- Az-az,amma tez-tez yeməklə bədəninizi daimi işlək tutun.
Gündə üç əsas və üç ara yemək, yəni ən az altı pay yeməyə diqqət edin. Almanız lazım olan enerjini, altı paya böldüyünüzdə həm daha az acacaq, həm də tez-tez və az-az yeyərək bədəninizi davamlı işlədərək maddələr mübadiləsi sürətinizi artıracaqsınız. Uzun müddət ac qaldığınızda, maddələr mübadiləsi sürətiniz düşəcəyi üçün mədənizi boş buraxmaqdan qaçın.
Fərqli bir üsulla-ARIQLA(1000-ci xəbərim)

3- Az kalorili pəhrizlərdə verilən kilolar geri dönür.
Uzun müddət ac qalan bədəndə, maddələr mübadiləsi yavaşlayır və enerji istehlakı minimuma enir. Bədən enerjidən qənaət etməyə başlayınca da arıqlamaq çətinləşir. Gündəlik 1000 kalorinin altındakı pəhrizlərlə arıqlamalar,qısa müddətdə təkrar alındığı üçün də bədən tarazlığını pozub maddələr mübadiləsi sürətini yavaşladır. Üstəlik belə pəhrizlər sağlamlığı da pozur.
Fərqli bir üsulla-ARIQLA(1000-ci xəbərim)

4- Toksinlərdən azad olmaq üçün hər gün mütləq 2-3 litr su için:
Bədəndə yaranan su itkisi səbəbiylə də maddələr mübadiləsi sürəti yavaşlaya bilər. Az maye qəbul etmək  isə bədəndə yığılan toksin maddələrinin atılmasını yavaşladaraq, arıqlamağa maneə törədir.
Fərqli bir üsulla-ARIQLA(1000-ci xəbərim)
5- Yeməkdən sonra uzanmayın, hərəkət edin:
Yeməkdən sonra edilən yüngül gəzintilər maddələr mübadiləsini sürətləndirmədə təsirli rol oynayır. Ağır məşqləri isə yeməkdən sonra etməyin. Ən az iki saat sonraya buraxın.
Fərqli bir üsulla-ARIQLA(1000-ci xəbərim)
6- Yuxunun azı da,çoxu da maddələr mübadiləsinə təsir edir:
Maddələr mübadiləsi; həm nizamsız yuxudan, həm də həddindən artıq yuxudan mənfi təsirlənir. Sağlam həyat üçün 6-8 saat arasında nizamlı yuxu yatmanız, ən az sağlam qidalanma və məşq qədər əhəmiyyətlidir.
Fərqli bir üsulla-ARIQLA(1000-ci xəbərim)
7-Kiçik dəyişikliklər edib,fərqli qidalanmağa üstünlük verin:
Fərqli qidalar, həm tərkiblərində fərqli qida elementləri saxlayır, həm də maddələr mübadiləsini fərqli dərəcədə aktiv edir. Hər gün eyni saatlarda eyni şeyləri yemək isə maddələr mübadiləsi sürətinin düşməsinə səbəb olur. Buna görə qidalarınızda hər gün kiçik dəyişikliklər edərək fərq yaratmağa diqqət edin.
Fərqli bir üsulla-ARIQLA(1000-ci xəbərim)

8 Daha çox kalori xərclədən zülala üstünlük verin:
Zülal yeyilməsini vacib tutmanız da maddələr mübadiləsinin sürətlənməsini dəstəkləyir. Çünki zülallar, tez bir zamanda enerji olaraq istifadə edilmir və bədən  bir müddətdən sonra zülal maddələrini  kalori olaraq əridir.
Fərqli bir üsulla-ARIQLA(1000-ci xəbərim)
9-Qalxanabənzər vəzini müayinədən keçirin:
Əgər balanslı qidalanırsınızsa, nizamlı idman etmənizə baxmayaraq arıqlaya bilmirsinizsə, bir endokrinoloqa və maddələr mübadiləsi mütəxəssisinə müraciət edərək qalxanabənzər vəzi yoxlatdırın. Bu vəzin az çalışması, maddələr mübadiləsi sürətini azaldan faktorlar arasında iştirak edir.
Fərqli bir üsulla-ARIQLA(1000-ci xəbərim)
10- Yeməklərdə yediyiniz loxmaları yaxşıca çeynəyin,sonra udun:
Qidaları yaxşı çeynəmədən udmayın! Yemək prosesini uzadın. Qidaların yeyilməsi və həzmi əsnasında da bədən kalori xərcləyər. Həzm  ağızda dişləmə ilə başlayır və həzm sistemini aktiv edir. Bu müddətə zaman ayırdığınızda, qidaları yeyərkən sərf edəcəyiniz enerji miqdarı artar.
Fərqli bir üsulla-ARIQLA(1000-ci xəbərim)
11- Kofeinli içkilər qadağan deyil, amma spirtlilər təhlükəlidir!
Gündə 250-350 milliqram kofein qəbul etmək maddələr mübadiləsi sürətini  8 ilə 13% nisbətində artırır. Ancaq gündə 400 milliqramın üzərində kofenin içilməsi və davamlı istifadə edilməsi, asılılıq yarada biləcəyi üçün məsləhət görülmür. Spirt isə sağlam maddələr mübadiləsi sürətinin tarazlığına mənfi təsir etdiyi üçün təhlükəlidir!
Fərqli bir üsulla-ARIQLA(1000-ci xəbərim)

12-Yağsız çiy tərəvəz və kəpəkli çörək həzmi asanlaşdırır:
Çiy tərəvəzləri, yağsız və soussuz olaraq dilədiyiniz qədər yeyə bilərsiniz. Lifli olan bu qidalar, həzmi aktivləşdirir, eləcə də yağların həzm edilməsini məhdudlaşdırır və çox az kalori ehtiva edirlər. Çox kalori ehtiva edən dənəli və qatqılı çörəklərə isə diqqət yetirin. Qoz, yağ, küncüt kimi qatqılar, artıqdan kalori deməkdir. Buna qarşılıq daha çox lif ehtiva edən kəpəkli çörəyi seçin.
Fərqli bir üsulla-ARIQLA(1000-ci xəbərim)
Press etmə
Press etmə kimi müqavimət məşqləri, əzələ inkişaf etdirdikləri üçün əlavə fayda verir. Gündə 20 dəfə edəcəyiniz press hərəkəti ilə qarın əzələlərinizi işlədə bilərsiniz. Bunun üçün, kürək üstü uzanaraq,əlləriniz başınızın arxasında olmaqla ayaqlarınızı bitişik mövqedə saxlayın. Qarın əzələlərinizi hərəkət  etdirərək 45 dərəcəlik bucaq meydana gətirməklə nəfəs verərək əvvəlki vəziyyətinizə qayıdın.
Fərqli bir üsulla-ARIQLA(1000-ci xəbərim)

Jim etmə
Bədəniniz düz və gərgin olacaq şəkildə, jim mövqeyində nəfəs verərək bədəninizi qollarınızın köməyiylə yuxarı doğru qaldırın. Nəfəs alaraq başlanğıc mövqeyinə geri dönün. Əzələlərinizin çoxunu işlədən bu məşqi, 30 saniyə dincəlməklə səkkiz təkrardan ibarət olan set halında tətbiq edin.
Fərqli bir üsulla-ARIQLA(1000-ci xəbərim)

Körpü qurmaq
Arxası üstə uzanma mövqeyində durun. Ayaqlarınızı, omba genişliyində tutaraq dizlərinizi bükün. Nəfəs verərkən omba və onurğalarınızı tək-tək yuxarıya doğru qaldırın. Yavaşca başlanğıc mövqesinə dönərək, hərəkəti səkkiz dəfə üç set halında təkrar edin. Bu hərəkət ayaq və omba əzələlərini gücləndirir.
Fərqli bir üsulla-ARIQLA(1000-ci xəbərim)
Qaçış və üzmə
Həftədə ən az üç gün, 30 dəqiqənizi məşqə ayırın. Qaçın, velosipedə minin, üzün, templi yeriyin, ya da aerobika edin. Xüsusilə bədəndəki yağ nisbətinin azaldılmasında təsirli olan bu tip məşqləri, orta dərəcədə etməniz kifayətdir.










 
20 mart 2011
GO BACK