Bunu Trend-ə "Azəristiliktəchizat" ASC-nin sədr müavini İlham Mirzəliyevdeyib.Onun sözlərinə görə, müəyyən edilmiş normalara uyğun olaraq, Azərbaycanın dağlıq rayonlarında isitmə mövsümü noyabrın 1-nə, ölkənin digər rayonlarında isə noyabrın 15-nə təsadüf edəcək: "Bütün lazımi hazırlıq işləri görülüb və hazırda balansımızda olan bütün infrastruktur və qazanxanalar mövsümün başlamasına tam hazırdır".İstilik mövsümünə nəzərdən tutulmuş müddətdən tez başlama imkanları haqqında danışan ASC sədrinin müavini qeyd edib ki, hava şəraiti nəzərə alınmaqla buna ehtiyac yoxdur: "İstilik mövsümünə nəzərdən tutulmuş müddətdən tez başlamaq üçün havanın temperaturu bir neçə gün ərzində 6-8 dərəcə və ya aşağı olmalıdır. İstilik mövsümünə tez başlama səbəblərindən biri hava şəraitinin kəskin pisləşməsi də ola bilər və bunun üçün qazanxanaların işə salınması üzrə xüsusi hazırlıq qrafiki mövcuddur".İ.Mirzəliyevin sözlərinə görə, lakin hazırda havanın temperaturu 14-16 dərəcə isti təşkil edir: "Müvafiq olaraq, isitmə mövsümünə nəzərdən tutulmuş müddətdən tez başlamağa ehtiyac yoxdur. Normalara uyğun olaraq, isitmə mövsümündən sonra binalarda havanın temperaturu 18-20 dərəcə isti, tibb müəssisələrində isə 20-22 dərəcə isti olur. Yaşayış binaları və digər obyektlərin (məktəb, uşaq bağçaları, sosial obyektlər) də payız-qış mövsümünə hazır olması önəm kəsb edir. Bundan başqa, təkcə istiliyin verilməsi deyil, həm də onun itkiyə məruz qalmasının qarşısını almaq vacib amildir".ASC sədrinin müavini əlavə edib ki, istilik itkisinin qarşısını almaq üçün bütün binalar hermetik giriş qapıları ilə təmin olunmalıdır, həmçinin binaya giriş yolunun pəncərələri hermetik olmalıdır, zirzəmilərin və damların da istilik izolyasiyasını təmin etmək lazımdır: "Bununla da bu istiqamətdə zəruri tədbirləri görmək lazımdır. Son illər ərzində mərkəzi istilik sisteminin bərpa edilməsi və onun əhatə dairəsinin genişləndirilməsi sahəsində xeyli işlər görülüb. Görülmüş işlər nəticəsində ASC-nin istilik verdiyi binaların sayı 988-dən (2005-ci il) 3500-dək artıb".Qeyd edək ki, Azərbaycan sinoptiklərinin proqnozlarında artıq bir neçə müddətdir gecə saatlarında temperatur 5-10 dərəcə isti göstərilir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Düşmən Madagizdə döyüşə girməkdən imtina edir - RƏSMİ
Sellofanda toyuqla kartof
Avropa çempionatında inanılmaz dəyişiklik
Putin bir gündə beş naziri istefaya göndərdi
Gözəl saçlar üçün 9 məsləhət
Azərbaycan milli uşaq oyunları-5
Cavan olmam bir də mən?
Arktikada yeni ada və boğaz tapıldı
Qadınları cəlbedici edən xüsusiyyətlər
Məşhur tərzi: Billie Eilish
Yataq örtüyü modelləri
Sözümüzü "yuxarılara" necə çatdıraq?
Michael Grab
Farmanyana cavab: "Ermənistan əsgərlərinin Azərbaycan torpaqlarında nə işi vardı?"
"Azərbaycan" jurnalının yeni sayı işıq üzü gördü
Çap edilmiş sümüklər insanı xilas etdi
Putin Bakıya görə rus telekanallarını tənqid etdi
Əncirli keks (foto-resept)
Gut xəstəliyi ilə mübarizə aparmağın 12 yolu
Ayaqqabı alarkən nələrə diqqət etməliyik?
Castin Timberleykdən GÖZLƏNİLMƏZ ADDIM
Azərbaycanda müəllimlərin işə qəbulu üzrə yeni müsabiqə başlayır
Bakı-Qazax qatarı ləğv edilir
Azərbaycanda 500-ə yaxın insana orqan köçürülüb
Kür çayı üzərindən keçən ikinci dəmir yolu körpüsünə ilkin baxış keçirilib
Ermənilər qul kimi yaşamağa hazırdırlar, təki...
Ermənistan və Azərbaycan arasında status-kvo partladılır
Eşitmə qüsurları
Sürətli saç uzadan kök maskası
Zander (foto resept)
Eyni şəxs üçüncü dəfə koronavirusa yoluxdu
Koronavirusun altı “növü” mövcuddur. Hansı daha təhükəlidir?
Daha bir türk serialı başlayır
Alişan 100 min dollar istəyib
"Uğursuz" dahilər
Manatın taleyi necə olacaq?
Bakıda yeni metro stansiyası
Şanxay sakinləri daha 2 həftə “ev həbsində” olacaq
Sobada tərəvəzli salat (foto resept)
Məşhur aktrisa xəstəxanalıq oldu
Məşhur aktrisa gəncliyindən danışdı
Məşhur cütlüyün Boşanma Səbəbi məlum oldu-FOTO
Yeni dollarlar
Enerji içkilərinin satışı ilə bağlı mühüm dəyişiklik
İdmana yeni başlayanlar üçün yağ yandıran 2 hərəkət
"Beyni qan" uşaqları necə qoruyaq?
Pensiya və maaş qalxacaq
Məşhur fransız brendi saxta çıxdı - FOTO
Bu azərbaycanlı Cocuq Mərcanlıya 3 milyon ayırdı
Rəngli görmə
- ŞƏRHLƏR